"Bələdiyyələrin birləşməsindən sonra onların fəaliyyəti üçün daha sivil şərait yaradılacaq"-VÜQAR TOFİQLİ

"Bələdiyyələrin birləşməsindən sonra onların fəaliyyəti üçün daha sivil şərait yaradılacaq"-VÜQAR TOFİQLİAzərbaycan bələdiyyələrinin fəaliyyətinin artıq 25-ci ili tamam olur. Bu 25 il ərzində Azərbaycan bələdiyyəsi müəyyən inkişaf yolu keçib. Söz yox ki, bu inkişaf yolu çətinliklərlə və neqativlərlə dolu olub. Bələdiyyələrin fəaliyyətinin ilk 15 ili ərzində məsuliyyətsiz və bacarıqsız insanların seçilməsi, icra hakimiyyəti nümayəndələrinin bələdiyyələrə ciddi nüfuz etməsinin nəticəsində neqativ hallara çox rast gəlinib. Bu neqativ halların çox olmasının nəticəsində Azərbaycan bələdiyyəsi bu gün "torpaq satan" adını üstündən ata bilməyib. Buna görə də müzakirələr bəzən bələdiyyələrin üzərindən olur. Əslində isə son 10 il ərzində Azərbaycan bələdiyyələri vətəndaşlara yüksək səviyyədə xidmət göstərib və göstərməkdədir. İstər şəhid və qazilər ailələrinə, istərsə də sosial layihələrin icra edilməsində, istərsə də digər məqamlarda öz sözünü deyib.

BiG.AZ-a açıqlamasında Bələdiyyələrin fəaliyyətinin təbliği ictimai birliyinin sədriVüqar Tofiqli bildirib.

O, qeyd edib ki, bütün prosesləri araşdırdığımızda görürük ki, Azərbaycan bələdiyyəsi müəyyən uğurlara imza atsa da, daimi çətinliklərlə üz-üzə qalıb. Bu çətinliklərin aradan qalxmasında dövlət və hökumət rəsmiləri bir sıra planların icrasına başlayıb. Bu planlardan biri də bələdiyyələrin birləşdirilməsidir. Bələdiyyə sayının 685 olması Azərbaycan kimi bir ölkə üçün çoxdur. Güman edirəm ki, bu proses növbəti illərdə də həyata keçirilməlidir:

"Bələdiyyələrin birləşməsindən sonra onların fəaliyyəti üçün daha sivil şərait yaradılacaq"-VÜQAR TOFİQLİ"Bəs bu birləşdirilmələr bələdiyyələrə nə verə bilər?
Birinci növbədə maliyyə sisteminin birləşməsi və təmərküzləşməsinə, əldə edilən vəsaitin artmasına səbəb ola bilər. İkinci növbədə isə xərclərin azalmasına səbəb ola bilər. Bu mənada bələdiyyələrin birləşdirilməsi gündəm mövzusu olmalıdır.
Məsələnin başqa bir tərəfi də ondadır ki, Azərbaycanda bələdiyyələr birpilləli sistemlə fəaliyyət göstərir. Bəzi problemlər məhz buradan qaynaqlanır. Bizim bələdiyyə sistemimiz bütün dünyada qəbul edilmiş formada olsaydı, vətəndaşın mövqeyi başqa cür ola bilərdi.
Bizdə ucqar dağ kəndinə seçilmiş bələdiyyə sədri və üzvləri ilə Bakı şəhərində 30 mindən çox səslə seçilmiş bələdiyyə sədri arasında heç bir fərq yoxdur. Dünya bələdiyyə qaydalarında iki pilləli sistem tətbiq edilir və qeyd edilən şəxslərin arasında hüquq fərqliliyi olur. Onların fəaliyyəti bir-birindən fərqlənir.
Birləşdirilmələrin həyata keçirilməsi bələdiyyələrin nüfuzunun yüksəlməsinə, cəmiyyətdə nüfuzunun artmasına müəyyən mənada təsir edəcək.
Ümumilikdə isə biz əgər bələdiyyə sisteminin inkişafını və cəmiyyətdə rolunu artırmaq istəyiriksə, bələdiyyələrə geniş müstəvidə şərait yaratmalı və bələdiyyələrə verilən səlahiyyətləri əllərindən almamalıyıq. Təəssüf ki, bir neçə istiqamətdə bələdiyyə büdcələrinə yönəldilmiş maliyyə, vergi və rüsumların bir neçəsi bələdiyyələrdən alınaraq dövlət büdcəsinə yönəldilib. Qanunvericiliyə görə, bələdiyyələrdən alınan vergilərin müəyyən faizi yenidən bələdiyyə hesabına keçirilməlidir. Təəssüf ki, köçürmə prosesində boşluqlar bələdiyyə büdcələrinə aid maliyyənin aidiyyəti üzrə ödənilməməsinə səbəb olur. Nəticədə isə bu kimi hallar bələdiyyələrin cəmiyyət arasındakı nüfuzuna da təsir göstərir. Vətəndaşın müraciətini bələdiyyələr operativ şəkildə icra edə bilmir.
Bəzən "Bələdiyyələr ləğv edilməlidir" kimi cəmiyyətdə fikirlər formalaşır. Təəssüf ki, bu fikri səsləndirən vətəndaşlar bələdiyyəyə vergi verməkdən yayınan şəxslərdir. Bələdiyyə vətəndaş münasibətlərinin tənzimlənməsi, bələdiyyə, icra və icraedici orqanların qarşılıqlı münasibətlərinin tənzimlənməsi məsələsində böyük problemlər var. Buna görə də bələdiyyələr cəmiyyətdə qazanmalı olduğu nüfuzu əldə edə bilmir. Nəticədə də cəmiyyətdə bələdiyyələr haqqında neqativ fikirlər formalaşır.
Düşünürəm ki, bələdiyyələrin birləşməsindən sonra onların fəaliyyəti üçün daha sivil şərait yaradılacaq. Bütün problemlər kompleks şəkildə öz həllini tapacaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 17 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 200
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

14.10.2026 168
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14.10.2026 60
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14.10.2026 169
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14.10.2026 325
.

Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl

14.10.2026 118
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM

14.10.2026 172
.

ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq

OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində

14.10.2026 186
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14.10.2026 358
.