"Həyatımın ən ağır dönəmləri idi" – Aynişan boşanmasından danışdı
"İnsanlara aqressivləşdim ki, niyə hər kəs hər şeylə maraqlanır? Yaxşı nəsə olanda, insanlar maraqlananda adam incimir. Lakin problemlə maraqlananda, insanlar hücum çəkəndə adam özünü narahat hiss edir. Lakin anladım ki, özüm buna şərait yaratmışam. İlk başda paylaşmışam deyə, artıq insanlar başqa açıqlama gözləyirlər. Əgər başqalarının sənin şəxsi həyatını danışmağını istəmirsənsə, əzəldən bunu danışmamalısan. Ya da uzaqbaşı paylaşırsan ki, evləndim, bitdi".
Axşam.az xəbər verir ki, bu sözləri bloger Aynişan Quliyeva "Pərvizə görə" proqramında deyib. O, boşanma ərəfəsində insanların onu tənqid etməsindən danışıb:
"Hər halını paylaşırsansa, məcbur digər halını da paylaşmağını istəyirlər. Yəqin ki, şəxsi həyatımla bağlı xəbərlər çıxan dönəmlər həyatımın ən ağır dönəmlərindən biri idi, istəyirdim, tez bitsin. İndi insanlardan küsmürəm. İçimdə onlara qarşı kin olmayıb, "salam" verməsəm də, onlara qarşı pislik olmayıb, sadəcə küsmüşəm. İndi yaxın bildiklərimlə bəzi şeyləri paylaşıram. Onlardan səhv addım görəndə oturub danışıram. Əvvəl bir insanla küsdümsə, barışa bilmirdim. Elə olub ki, indiyə qədər də danışmamışıq. Son zamanlar altdan almağı öyrənmişəm.
Son vaxtlar "qocalmısan" yazırlar. Bu, normaldır. Mən bir çox arzuma çatdığım üçün bu "qocalma" uğurlu davam edir. Təki hər birimiz arzumuza çata bilək, illər ərzində nələrəsə nail olaq. Elə böyük arzularım yoxdur. Kiçik şeylərdən xoşbəxt oluram. Delfini qucaqlamaq ən böyük arzularımdan biri idi. Delfini qucaqladım. Hollivuda getdim, onda çox xoşbəxt idim. Əsas odur ki, bu arzularıma öz zəhmətimlə çatıram. Mənə icazə verir ki, özümlə qürur duyum".
Ev almasından söz açan Aynişan "Ev məsələsində anam dedi ki, mən kömək edim. Dedim, ana, qoy bir işi axıra kimi çatdırım, özümə sübut edim ki, böyümüşəm. Anam da baxır qürurlanır" sözlərini əlavə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu da Ədalət Şükürovun HƏYAT YOLDAŞI - FOTOLAR
Əməkdar artist Ədalət Şükürov 1 yaşlı nəvəsi İsgəndərə ad günü keçirib. Axşam.az-ın məlumatına görə, məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər. Ədalət Şükürovun həyat yoldaşı ilə görüntüləri sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, ifaçının bir qız, bir oğlan övladı var
03.10.2026 1251 Aygün Kazımovanın 36 yaşlı qızı İlqarədən gündəmi ALT-ÜST EDƏCƏK GÖRÜNTÜLƏR
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüləri yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görünüşü çox bəyənilib. Həmin fotoları təqdim edirik:
11.10.2026 677 "Bir aparıcıya bunu yaraşdırmadım"
Aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan bir radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb. Aparıc
10.10.2026 271 Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il
03.10.2026 280 Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
04.10.2026 676 Yenidən eyni layihədə rol alacaqlar
Türkiyəli aktyor Onur Seyit Yaranın "Yörük kızı" serialındakı tərəf müqabili bəlli olub. Axşam.az xəbər verir ki, ekran işində Mina Demirtaş rol alacaq. O, layihədə "Güneş" obrazını canlandıracaq. Qeyd edək ki, aktyorlar daha əvvəl "Yaz evi" filmində birlikdə rol almışdıla
03.10.2026 278 Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10.10.2026 314 "Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
04.10.2026 454 Oğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10.10.2026 449