Bulvarda roliklə 4 yaşlı qızı vuran şəxsə bu cəza verildi

Bulvarda roliklə 4 yaşlı qızı vuran şəxsə bu cəza verildiBulvarda roliklə 4 yaşlı qızı vuraraq xəsarət yetirən şəxsin məhkəməsi keçirilib. Uşağın valideyni həmin şəxsi bağışlayıb.

Musavat.com xəbər verir ki, 2001-ci il təvəllüdlü Sabir Bulvarın "Azneft" dairəsi yaxınlığında roliklə hərəkətdə olarkən 4 yaşlı uşağı vurub. Yerə yıxılan uşağın başı daş döşəməyə dəyərək kəllə daxili travma alıb.

Sabir ifadəsində deyib ki, həmin gün dostları ilə birlikdə rolik sürürmüşlər. O, uşağı görmədiyini və bir-birlərinə dəydiklərini deyib. Əlavə edib ki, hadisədən sonra uşağın babası onu tutaraq saxlayıb: "Uşağın babası mənim qaçacağımı düşünüb qolumdan tutdu. Amma mən qaçmaq fikrində deyildim. Polislər gələndə mən onlarla şöbəyə getdim. Uşağı da xəstəxanaya apardılar".

O, baş verən hadisəyə görə təəssüfləndiyini və uşağın ailəsindən üzr istədiyini deyib.

Zərərçəkmiş uşağın ailəsi Sabirdən şikayətçi olmadıqlarını bildiriblər.

Sabir Cinayət Məcəlləsinin 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə onun barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun 2 gün həbsdə saxlanıldığı 2 gün cəzasıdan çıxılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 23 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"

"Avroviziya 2011" qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması din

14.10.2026 218
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14.10.2026 134
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14.10.2026 291
.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

14.10.2026 210
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib

14.10.2026 208
.

TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"

İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə

14.10.2026 197
.

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri

14.10.2026 209
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14.10.2026 125
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

14.10.2026 168
.