Yoxsulluqda, amma Avropa İttifaqında: Paşinyan Ermənistanı aclığa məhkum etməyə hazırdır
Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti ərzaq tədarükü üçün alternativ marşrutlar tapmağa çağırıb. İrəvan Rusiya bazarından asılılığı azaltmağı planlaşdırır, lakin hələlik bunun üçün imkanlar görmür. Eyni zamanda, ölkə Avropa İttifaqına üzv olmaq fikrindən imtina etmir ki, bu da ölkədə ərzaq böhranına səbəb ola bilər.
"Report" xəbər verir ki, NEWS.ru portalının məqaləsində Paşinyanın öz vətəndaşlarını hansı səbəbdən aclığa məhkum etməyə hazırlaşdığı əks olunub.
Məqalədə qeyd olunur ki, fevralın 18-də Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın başçısı Arman Yeqoyan bildirib ki, ölkənin Avropa İttifaqına üzv olması haqqında qanun layihəsinin qəbulu üçün referendum keçirilməsinə ehtiyac olmayacaq və bununla da İrəvan Avrointeqrasiya kursuna sadiq qalacaq.
Ermənistanın Aİ-yə üzv olması haqqında qanun layihəsini "AvroReferendum" vətəndaş təşəbbüs qrupu hazırlayıb ki, bu da parlamentə təqdim edilməsi üçün tələb olunan 50 min əvəzinə 60 min imza toplayıb. Yanvarın 9-da sənəd hökumətin iclasında müzakirə edilib, daha sonra müzakirə üçün qanunverici orqana göndərilib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistan üçün Avropa İttifaqı ilə yaxınlaşmaq və eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olaraq qalmaq çətin olacaq. "Bu və ya digər şəkildə, yəqin ki, bu ikivektorluluğu daim qorumaq çətin olacaq. Müəyyən mərhələdə hər halda seçim etmək lazım gələcək", - diplomat qeyd edib.
Fevralın 18-də Paşinyan hökumətin iclasında əsas malların təchizatı üçün alternativ variantlar tapmağa çağırıb. Baş nazir heç bir ətraflı məlumat verməyib, lakin hakimiyyətin ərzaq təhlükəsizliyi sahəsində mümkün qədər çevik olmasının vacibliyini vurğulayaraq, yerli istehsalın təşviqinin zəruri olduğunu bildirib. İclasda əhalinin müxtəlif yaş qrupları üçün minimum ərzaq səbətlərinin hesablanması məsələsi də müzakirə edilib.
Hazırda Ermənistan taxılın təchizatı baxımından Rusiyadan kritik şəkildə asılıdır, yerli bazar isə ehtiyacların yalnız minimal hissəsini ödəyir. Ölkə günəbaxan yağının və şəkərin bir hissəsini də Rusiyadan idxal edir.
Ermənistan müxalifəti hesab edir ki, Aİ-yə qoşulma mövzusu 2026-cı il parlament seçkisində Paşinyanın əsas şüarı olacaq. Erməni baş nazirin əleyhdarları Aİ-yə qoşulma ideyasını perspektivsiz hesab edir və AİB ilə daha sıx inteqrasiya kursunu dəstəkləyirlər.
Bir sözlə, Paşinyan başa düşməlidir ki, Rusiya və AİB olmadan Ermənistan iqtisadiyyatını ağır böhran gözləyir. Buna görə də, onun Avropa yoluna dair məsuliyyətsiz bəyanatları yalnız bütün uğursuzluqlara baxmayaraq, hər hansı yolla hakimiyyətdə qalmaq istəyinin təzahürüdür. Məhz buna görə də, Paşinyan 2026-cı il seçkisinə hazırlığa artıq indidən başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 695 Tarix: 23 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
"Avroviziya 2011" qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması din
14.10.2026 218 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14.10.2026 134 Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14.10.2026 291 Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları
14.10.2026 210 Sergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib
14.10.2026 208 TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"
İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə
14.10.2026 197 İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?
Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri
14.10.2026 209 Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy
14.10.2026 125 "Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi
İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind
14.10.2026 168