Uşağın yarasa yeməyindən ötürülən virus 50 nəfərin ölümünə səbəb oldu
Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasının şimal-qərb bölgəsində yarasa yeyən uşaqdan ötürülən virusa görə 50-dən çox insanın öldüyünü açıqlayıb. Hələlik diaqnozu qoyulmayan xəstəliyin ölüm göstəricisinin 12,49 faiz olduğu açıqlanıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasının şimal-qərbində 50-dən çox insanın naməlum xəstəlikdən dünyasını dəyişdiyini açıqlayıb. Bildirilib ki, xəstəliyin əlamətlərinin görünməsi ilə ölüm arasındakı müddət son dərəcə qısadır.
Bildirilib ki, epidemiya yanvarın 21-də başlayıb və ÜST-nin məlumatına görə, indiyədək 419 yoluxma halı qeydə alınıb. Məlum olub ki, bunlardan 53-ü ölümlə nəticələnib və xəstəlikdən ölüm nisbəti COVID-19-da 3,14 faizlə müqayisədə 12,49 faiz təşkil edib.
COVID-19-da olduğu kimi, bu xəstəliyin yarasalardan insanlara keçdiyi düşünülür. ÜST-nin Afrika ofisinin məlumatına görə, ilk hallar Boloko şəhərində aşkarlanıb. Uşağın yarasa əti yedikdən sonra 48 saat ərzində qızdırma əlamətləri ilə öldüyü bildirilir.
Əvvəlcə Ebola və ya Marburq kimi tanınmış hemorragik qızdırma xəstəliklərindən biri olduğu düşünülsə də, testlər bu xəstəliklərin neqativ olduğunu göstərib. Bəzi hallarda malyariyaya da bənzədilib. Vəhşi heyvanlardan insanlara keçən xəstəliklərlə bağlı narahatlıqların artdığı vaxtda, vəhşi heyvanların istehlakının belə xəstəliklərin yayılmasında təsirli ola biləcəyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1023 Tarix: 25 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏtirləri vanna otağında saxlamayın: Niyə istilik və nəm qoxunu korlayır
Sevdiyiniz ətir zaman keçdikcə qoxusunu dəyişə, əvvəlki intensivliyini itirə və hətta rəngi tündləşə bilər. Bunun əsas səbəblərindən biri düzgün saxlanılmamasıdır. Xüsusilə istilik, günəş işığı və temperaturun tez-tez dəyişməsi ətirlərin tərkibinə mənfi təsir göstərir. xarici mediaya istinadla ətirləri
19:15 153 "Nursema" yenidən "Kızılcık şerbeti"ndə
"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B
22:00 68 Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14:56 275 QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri
Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir
14:12 222 Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi
19:42 160 İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM
19:54 155 Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
12:58 245 Kimisi yemək səsinə dözə bilmir: Bunun səbəbi nədir?
Bəzi insanlar üçün adi səslər, məsələn, kiminsə yemək çeynəməsi, burnunu çəkməsi, nəfəs alması və ya qələmlə masaya toxunması dözülməz ola bilər. Bu hal misofoniya adlanır. BİG.AZ xəbər verir ki, araşdırmalara görə, misofoniya yaşayan insanlarda müəyyən səslər qəzəb, narahatlıq, ikrah və güclü gərginli
14:54 241 "Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi
İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind
21:15 116