Dünyanın ən ölümcül otağı olan "Fil ayağı" nədir? - Saniyələr... - VİDEO
1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında 4 nömrəli reaktorun partlamasından sonra əriyən nüvə yanacağı beton və poladla birləşərək son dərəcə sıx və ölümcül kütlə əmələ gətirib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu ərimiş material reaktorun dibinə sızıraraq 2.2 tonluq nəhəng bir qalağa dönür və bu kütləyə "Fil Ayağı" adı verilir.
"Fil ayağı" əvvəlcə saatda 10.000 rentgen (R/h) radiasiya yayırdı. Bu doza səviyyəsi bir insanı 30 saniyə ərzində öldürəcək qədər güclü idi. Bu gün onun radioaktivliyi azalsa da, hələ də təhlükəlidir.
"Fil Ayağı" əsasən uran oksidi, qrafit qalıntıları, beton və poladdan ibarətdir. Son dərəcə sərt və şüşə kimi bir quruluşa malikdir. İlk kəşf edildiyi zaman ona yaxınlaşan cihazlar belə həddindən artıq radiasiya səbəbindən tez xarab olurdu.
On il sonra, Çernobılın yüzlərlə şəklini toplayan ABŞ Enerji Departamentinin Beynəlxalq Nüvə Təhlükəsizliyi Layihəsi "Fil Ayağı"nın bir neçə şəklini əldə edib.
"Fil Ayağı" çox radioaktiv olduğu üçün o zaman elm adamları onun şəklini çəkmək üçün təkərdəki kameradan istifadə edirdilər. Bir neçə tədqiqatçı analiz üçün nümunə götürmək üçün kifayət qədər yaxınlaşıb. Araşdırmaçıların dediyinə görə, "Fil Ayağı" nüvə yanacağının qalıqları deyil.
Nüvə mütəxəssisləri izah edirlər ki, "Fil Ayağı" nüvə qəzası zamanı nüvə yanacağı və reaktorun nüvə strukturlarının hissələrinin həddən artıq qızıb əriyərək qarışıq əmələ gələn "korium" adlı nadir maddədən ibarətdir. "Korium" tarixdə cəmi 5 dəfə təbii şəkildə - bir dəfə 1979-cu ildə Pensilvaniya ştatında baş vermiş "Three Mile Island" qəzası zamanı, bir dəfə Çernobılda və üç dəfə 2011-ci ildə Yaponiyada Fukusima Daiiçi zavodunda qəza zamanı əmələ gəlib.
Qeyd olunur ki, əgər nüvə əriməsi dayandırılmasa, nəticədə ərimiş kütlə reaktor qabının dibinə doğru axır və əriyərək (əlavə ərinmiş materialların qatqısı ilə) döşəməyə tökülür. Daha sonra isti ərinmiş kütlə beton döşəmə ilə reaksiya girir və ərimiş maddənin tərkibi dəyişir. Ərimə kifayət qədər soyuduqda isə sərtləşir və qayaya bənzər sərt minerala çevrilir.
Bu gün Çernobılın nəzarət edilən ərazisində yerləşməsinə baxmayaraq, o, radiasiya yaymaqda davam edir və nüvə fəlakətinin ən hiss olunan qalıqlarından biri kimi tarixə düşüb. Bura eyni zamanda dünyanın ən radioaktiv otağıdır.
Məlumata görə, bu otaq növbəti 100 min il ərzində belə qalacaq və 300 saniyə radiasiyaya məruz qalmaq insanın 2 gün ərzində ölümünə səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1116 Tarix: 25 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
13:08 225 "Can borcu"nun aktrisası yeni serialda - Foto
Türkiyəli aktrisa Alayça Öztürkün yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Centilmen" serialında rol alacaq. O, "Handan" obrazını canlandıracaq. Qeyd edək ki, Alayça daha əvvəl "Can borcu" serialında çəkilib
20:15 152 Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir
"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin
12:39 207 Azərbaycan-Laos münasibətləri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında
12:36 258 Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
12:58 245 İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?
Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu
15:38 242 "Nursema" yenidən "Kızılcık şerbeti"ndə
"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B
22:00 68 "Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi
İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind
21:15 116 İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc strategiyası, Qarabağ Zəfəri və yeni inkişaf mərhələsinin siyasi təhlili
2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix ölkənin müasir siyasi tarixində baş vermiş dəyişikliklərin, dövlət idarəçiliyinin əsas istiqamətlərinin və Azərbaycanın regional güc mərkəzi kimi mövqeyinin təhlili üçün mühüm fürsətdir
12:13 222