Xocalı soyqırımından 33 il ötür

Xocalı soyqırımından 33 il ötürErmənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

BiG.AZ xəbər verir ki, Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.

"Xocalıya ədalət!" beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət!" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1177   Tarix: 26 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sergey Lavrov sabah Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu

13:08 225
.

"Can borcu"nun aktrisası yeni serialda - Foto

Türkiyəli aktrisa Alayça Öztürkün yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Centilmen" serialında rol alacaq. O, "Handan" obrazını canlandıracaq. Qeyd edək ki, Alayça daha əvvəl "Can borcu" serialında çəkilib

20:15 152
.

Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir

"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin

12:39 207
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

12:36 258
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

12:58 245
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

15:38 242
.

"Nursema" yenidən "Kızılcık şerbeti"ndə

"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B

22:00 68
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

21:15 116
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc strategiyası, Qarabağ Zəfəri və yeni inkişaf mərhələsinin siyasi təhlili

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix ölkənin müasir siyasi tarixində baş vermiş dəyişikliklərin, dövlət idarəçiliyinin əsas istiqamətlərinin və Azərbaycanın regional güc mərkəzi kimi mövqeyinin təhlili üçün mühüm fürsətdir

12:13 222
.