"Zelenski seçkiləri uduzacaq" - Politoloq

"Zelenski seçkiləri uduzacaq" - PolitoloqAğ evdə danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında qarşıdurma yaşanıb.Ukrayna lideri amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Zelenski seçkiləri uduzacaq və ya seçkilərə qatılmadan özünün siyasi mühacir kimi həyatının sığortalanması ilə bağlı problemlərin üzərində işləyəcək. NATO əvvəlki durumunda qalmayacaq:

"Ukraynanın münaqişənin dinc vasitələrlə nizama salınmasına dair ABŞ-nin təkliflərindən imtina etməsi bir tərəfdən Zelenskinin hədsiz iddialarından,digər tərəfdən isə onu Rusiya ilə müharibəni davam etdirməyə çağıran Avropa Birliyinin militarist ruhlu siyasətçilərinin korporativ maraqlarından irəli gəlir.Nəzərə almaq lazımdır ki,ABŞ NATO-nun hərbi və maliyyə gücünün 70%-nə malikdir və ABŞ-nin iştirakı olmadan NATO- da təmsil olunmuş Avropa dövlətlərinin müharibəni davam etdirmək cəhdləri onlara baha başa gələ bilər.Avropa Birliyinə daxil olan dövlətlər uzun illər ərzində hərbi xərclərini azaldaraq bəlli məsrəfləri sosial layihələrin icrasına yönəldiblər və buna görə də onların hərbi sənaye kompleksləri birlikdə götürüldükdə belə müharibənin artmaqda olan tələblərinin öhdəsindən gələ bilməyəcək.Avropa dövlətləri öz iqtisadiyyatlarını qısa zaman ərzində hərbi relslər üzərinə keçirə bilməyəcəklər. Rusiya isə əksinə büsbütün iqtisadiyatını hərbi relslər üzərinə keçirib,onun hərbi sənaye kompleksi müharibənin artan ehtiyaclarının öhdəsindən uğurla gəlir.Rusiyanın siyasi elitası cəmiyyəti müharibə notlarına kökləyə bilib və cəmiyyət vətənpərvərlik mövzusu ətrafında monolit təsir bağışlayır.

Ukraynanı silahlandırmaq və ona maliyyə dəstəyini artırmaqla Avropa Birliyi Trampın gedişləri nəticəsində laxlamış mövqeyini bərpa etmək istəyir.Avropa qitənin təhlükəsizlik problemləri ilə bağlı proseslərdən kənarda qalıb. Odur ki, oyundan kənar vəziyyətdən çıxmaq,özünün əvvəlki nüfuz və ya çəkisini bərpa etmək istəyir.
Avropa Birliyinin Rusiya ilə hərbi anlamda müxtəlif çəki dərəcələrində olması faktorunun mahiyyətinə varan prezident Tramp Vaşinqtonda məhz buna görə Böyuk Britaniyanın baş naziri Staymer ilə söhbət zamanı ona qəflətən,"Siz təkbətək mübarizədə Rusiyanın öhdəsindən gələ bilərsinizmi?"sualını ünvanlayanda Starmer tərəddüd etdi.Eyni ilə Fransanın prezidenti Makron da Vaşinqtonda Tramp ilə danışıqlarda onu inandırmağa çalışdı ki,Ukrayna müharibəsində Zelenski rejiminə dəstək mövqeyindən geri çəkilməsin. Bu isə onun göstəricisidir ki, Avropa ABŞ-siz bu müharibəni qalibiyyətlə başa çatdırmağa qadir deyil.
Ukrayna şübhəsiz ki, ABŞ və Rusiya arasında məlum razılıqlardan sonra nüfuz dairələrinə bölünəcək,Şərqi Ukrayna büsbütün Rusiyanın nüfuz dairəsində qalacaq,burada Rusiyanın ixtiyarına keçmiş ərazilər danışıqlar subyekti belə olmayacaq. Qərbi Ukrayna bufer dövlət kimi qalacaq. Hərçənd, onun bəlli ərazilərinə Polşa,Rumıniya,Avstriya kimi dövlətlər iddia qaldıracaq. Zelenski seçkiləri uduzacaq və ya seçkilərə qatılmadan özünün siyasi mühacir kimi həyatının sığortalanması ilə bağlı problemlərin üzərində işləyəcək.
NATO əvvəlki durumunda qalmayacaq. Avropa Birliyində mərkəzdənqaçma meylləri güclənəcək. Qitədə ifrat millətçi və ya faşist ideologiyasının daşıyıcıları sayıla biləcək siyasi partiyalar önə çıxacaqlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1213   Tarix: 03 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.