Bakıda 10 min manatlıq "iPhone" dələduzluğu - HÖKM OXUNDU
Mobil telefon alqı-satqısı adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
BiG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Y.C. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və Y.C. üzərində qəti olaraq 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, Y.C. metronun "28 may" stansiyası ətrafında fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazada satıcı işləyib. Zərərçəkən O.R. isə onun müştərisi olub. Y.C. ona Dubaydan "iPhone 15 Pro Max" markalı telefon gətirib satmaq istədiyini, lakin bunun üçün pulu olmadığını deyib.
Y.C. bunu deyərkən, zərəçəkənə birlikdə qazanc əldə etmək təklif edib. O.R. isə ona dörd ədəd telefonun pulunu verə biləcəyini deyib. Tərəflər razılaşdıqdan sonra, O.R. Y.C-yə hissə-hissə 10 800 manat pul verib. Bundan sonra Y.C.-ni tapmaq mümkün olmayıb.
O.R. aldadıldığını anlayaraq, polisə şikayət edib. Y.C. şübhəli şəxs qismində saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Məhkəmə istintaqı zamanı Y.C. elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 623 Tarix: 16 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQara dənizdə gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi, 1 nəfər hospitala yerləşdirildi
Bu gün gecə saat 1:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb. -ın xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, 15 nəfərdən ibarət gəmi heyətində olan
13.10.2026 291 Diabet xəstələri bal yeyə bilərmi? Qan şəkəri səviyyəsinə təsiri haqqında bunları bilməlisiniz
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu istehlak edərkən xüsusilə diqqətli olmalıdırlar. Bunun əsas səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin yüksək miqdarda olmasıdır
13.10.2026 255 "Survivor 2027"nin kapitanları onlar oldu
"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib
13.10.2026 331 Paşinyan Aİ ilə bağlı mövqeyini dəyişir? Ermənistandan açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mövqeyini dəyişməkdə ittiham olunur. xəbər verir ki, Sputnik Armenia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyanın açıqlamasını yayımlayıb. Erməni siyasətçinin sözlərinə görə, Paşinyan Ermənistanda və dünyada mövcu
10:34 97 "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
13.10.2026 213 İlham Əliyevin adından rəsmi nahar verildi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummill
13.10.2026 241 Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün
10:55 84 "Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"
Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:. "Kişilərin qız uşaqların
13.10.2026 381 Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu
Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman
13.10.2026 294