Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib

Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibMartın 15-də Elm və Təhsil Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ölkədə təhsil sahəsində aparılan islahatların vacibliyini vurğulayıb. O, xüsusilə regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsinin yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə deyil, eyni zamanda müəllim hazırlığının, metodikanın və şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə mümkün olduğunu bildirib. Fariz İsmayılzadə çıxışı zamanı ölkədə və beynəlxalq arenada tətbiq olunan müasir təhsil modellərindən, ADA Universitetinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən və gələcək əmək bazarının tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətindən danışıb.

Sonra "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Təbriz Rzayev "Regional İnkişaf" İctimai Birliyinin inklüziv təhsilin təşviqi, bu sahədə müəllimlərin bilik və bacarıqlarının artırılması, aztəminatlı və digər həssas kateqoriyadan olan şəxslərin təhsilinə dəstəyin göstərilməsi, məktəblilərin düzgün ixtisas seçimi barədə maarifləndirilməsi, ali təhsil pilləsində ixtisasların təkmilləşdirilməsi və digər istiqamətlərdə mütəmadi layihələr həyata keçirdiyini bildirib, bugünkü görüşün də təhsil problemlərinin həlli və keyfiyyətinin artırılmasında önəmini vurğulayıb

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov isə təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən və bu kimi tədbirlərin regionlarda təhsil keyfiyyətinin artırılmasına töhfə verəcəyindən danışıb.

Daha sonra panel müzakirələrə start verilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında ali təhsil müəssisələrinin innovasiya və tədqiqat mərkəzləri kimi fəaliyyət göstərməsinin vacibliyindən bəhs edib. O, universitetlərdə elmi-tədqiqatların genişləndirilməsi, tələbələrin analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi üçün yeni metodologiyaların tətbiqinin zəruriliyini qeyd edib.

ADA Universitetinin prorektor məsləhətçisi Anar Vəliyev universitet təhsilini inkişaf etdirməyin yolları, daha yaxşı araşdırma üsullarından danışıb. O, həmçinin, ADA Universitetinin beynəlxalq əməkdaşlıqları, xaricdə təhsil imkanları və tələbələrin qlobal trendlərə uyğun bilik və bacarıqlarla təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı balanslı karyera inkişafı, düzgün seçimlər etmək üçün özünüdərkin əhəmiyyəti, əmək bazarının gələcəyi barədə fikirlərini bölüşüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev "Şagird nailiyyətlərinin inkişafında əsas problemlər" mövzusunda iştirakçılara məlumat verib.

Panel müzakirələr sual-cavab və müzakirələr ilə işini davam etdirib.
Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilibLənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 664   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?

Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil. xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaları

13.10.2026 222
.

Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları

Yumurtanı yalnız soyuducuda deyil, dondurucu kamerada da saxlamaq olar. Düzgün dondurulduqda yumurta bir neçə ay ərzində müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin yumurtanı qabıqlı halda dondurucuya qoymaq olmaz. Çünki donma zamanı içərisindəki maye genişlənir və nəticədə qabı

13.10.2026 237
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13.10.2026 498
.

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd

13.10.2026 249
.

Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barəd

13.10.2026 301
.

"Survivor 2027"nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib

13.10.2026 327
.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır

13.10.2026 273
.

Ürək köçürüləndən sonra ölən gənc tələbə imiş

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib. O, müayinə üçün Bakı şəhərinə gedərkən yolda halı pisləşib və nəticə fəciə ilə bitib. Qaynarinfo-nun -a istinadən məlumatına görə, Rəşad Məmmədəliyev tələbə idi. O, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini

10:09 124
.

Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir

"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində

13.10.2026 324
.