"Təəssüf ki, indi ağsaqqal və ağbirçəklərin cəmiyyətdə nüfuzu azalıb"-SOSİOLOQDAN AÇIQLAMA

"Təəssüf ki, indi ağsaqqal və ağbirçəklərin cəmiyyətdə nüfuzu azalıb"-SOSİOLOQDAN AÇIQLAMADövlət Statistika Komitəsinin aylıq hesabatında 2025-ci il üçün boşanmaların sayını qeyd edib. Hesabatda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2025-ci ilin ilk ayında 1814 boşanma halları qeydə alınıb. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2,0-dan 2,1-ə qədər artıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, artıq bir neçə ildir boşanmaların sayında artım müşahidə olunur. Mütləq şəkildə boşanmaların sayını azaltmaq üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə, sosial mediada və televiziyalarda ailə dəyərlərinə zərər vuran layihələr dayandırılmalıdır. Efirlərdə örnək ailələrdən portret verilişlər hazırlanmalıdır. Münaqişəli ailələr qeydə alınmalı, onlarla sosial-pedaqoji iş aparılmalıdır. Bu cür işlər aparıldıqda münaqişələri tənzimləmək mümkün olacaqdır:

"Təəssüf ki, indi ağsaqqal və ağbirçəklərin cəmiyyətdə nüfuzu azalıb"-SOSİOLOQDAN AÇIQLAMA"Ailələrlə işləyən sosial işçilər və psixoloqların lisenziyası və akreditasiyası həyata keçirilməlidir. Onlar ailələrlə işləyən şəxslər kimi fəaliyyət göstərə bilməlidirlər. Əvvəllər buna ehtiyac yox idi, çünki azərbaycanlı ailələr özləri-özlərini tənzimləyə bilirdilər. Ağsaqqal və ağbirçəklərin müdaxiləsi ilə belə işlərin qarşısı alınırdı. İctimai qınaqla boşanmaların qarşısı alınırdı. Təəssüf ki, indi ağsaqqal və ağbirçəklərin cəmiyyətdə nüfuzu azalıb. Beləliklə, insanlar ictimai qınaqdan çəkinmir, boşanmanı ailə dramı və faciəsi kimi qarşılamır, çox eqoist və zövqə düşkün həyata meyl edirlər. Əgər statistikanı araşdırsaq, görərik ki, əvvəllər boşanmalar uşağı olmayan ailələrdə olurdusa, bu gün artıq uşaqlı ailələrdə də yetəri qədər boşanma halları mövcuddur. İnsanlar artıq ailə qayğısı çəkməkdən imtina edirlər. Ümumiyyətlə, boşanmalarla bağlı koordinasiyalı fəaliyyət göstərmək lazımdır. Bu işdə həm kütləvi informasiya vasitələri, ailə və böhran mərkəzləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailələrlə mütəmadi iş aparmalıdır. Orta və ali məktəblərdə ailə dəyərlərini aşılayan dərslər təşkil edilməlidir. Gənc ailələr böhranlı vəziyyətlərdən çıxış yolu ilə məlumatlandırılmalıdır.
Ailə sağlam sevgiyə əsaslanaraq qurulmalıdır, hesabla qurulmamalıdır. Boşanmaların statistikasında saxta boşanma halları da mövcuddur. Bundan başqa, əvvəllər gənc ailələrdə bu hala rast gəlirdiksə, indi orta yaşlı insanlarda da boşanmalarla qarşılaşırıq. Bu da cəmiyyətin düşüncə transformasiyasını yaşadığını göstərir. Əvvəllər patriarxal kişi cəmiyyəti mövcud idisə Azərbaycanda, bu gün liberal təsirlərə məruz qalıb. Burada şübhəsiz ki, qərb güc mərkəzlərinin Azərbaycana təsiri böyükdür. Bu da öz işini görür. Gender bərabərliyi adı altında qadınlar kişilərə qarşı mübarizəyə başlayır, kişi-qadın qarşıdurması yaradılır. Bu da ailə münaqişələrində boşanmaya gətirib çıxarır. Hesab edirəm ki, ailə dağıdan layihələrin həyata keçirilməsinə media imkan tanımamalıdır. Azərbaycanın ənənəvi ailə dəyərləri qorunmalıdır. Azərbaycan cəmiyyətinin özünəməxsusluğu onun ailə institutunun olmasıdır. Biz cəmiyyətin təhlükəsizliyini düşünürüksə, ailənin sağlamlığını və dayanıqlığını təmin etməliyik. Əvvəllər ailəli insanlara iş həyatında da xüsusi hörmət və ehtiram vardı. Biz onu yenidən qaytarmalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 811   Tarix: 18 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd

13.10.2026 277
.

Azərbaycan-Laos sənədləri mübadilə edildi - Fotolar

Bu gün "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununl

13.10.2026 210
.

Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR

Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin

13.10.2026 262
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

13.10.2026 262
.

İlham Əliyevin adından rəsmi nahar verildi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummill

13.10.2026 240
.

Ordumuzun ilk qadın snayperi vəfat etdi

I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub

10:06 0
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

13.10.2026 232
.

"Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə

"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir

13.10.2026 279
.

Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl

13.10.2026 322
.