İsveçin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib
İsveçin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib. SAF İsveç-Azərbaycan Assosiasiyasının təşkil etdiyi bayram şənliyində İsveçin müxtəlif şəhərlərindən 300-ə yaxın diaspor nümayəndəsi, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları və xarici qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış nitqində SAF-ın sədri Sevda Dadaşova, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna və Beynəlxalq Media Qrupuna göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Niderlandın Azərbaycan Beynəlxalq Klubunun rəhbəri Kəmalə Cəlilova təbrik çıxışında vurğulayıb ki, çoxlu sayda azərbaycanlının bir araya gəlməsi həm sevindirici, həm də qürurverici hadisədir.
"Qardaş ölkənin İsveçdəki diasporu ilə gələcəkdə birgə layihələr həyata keçirmək, əlaqələri daha da inkişaf etdirmək, eləcə də İsveçdə Azərbaycan mədəniyyətini təbliğ etmək və geniş şəkildə tanıtmaq olduqca vacibdir", – deyə Stokholmdakı Şimali Kipr Türk Nümayəndəliyinin rəhbəri Hakan Aksoy qeyd edib.
Tədbir çərçivəsində diaspor nümayəndələri çıxış edərək Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik ediblər.
Bayram şənliyinin musiqili hissəsində Azərbaycan və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, Ramazan Şərifzadə və Stokholmda yaşayan azərbaycanlı müğənnilər çıxış ediblər.
Tədbirin sonunda Məmmədova bacıları SAF tərəfindən təşəkkürnamə ilə təltif olunublar.








BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 825 Tarix: 18 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamı intizamlı, səliqəli və vahid formada - Video
Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər
13.10.2026 394 Azərbaycan-Laos sənədləri mübadilə edildi - Fotolar
Bu gün "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununl
13.10.2026 210 Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir
"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində
13.10.2026 321 Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər
Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd
13.10.2026 231 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
13.10.2026 207 "Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"
Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:. "Kişilərin qız uşaqların
13.10.2026 366 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
13.10.2026 212 "Survivor 2027"nin kapitanları onlar oldu
"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib
13.10.2026 321 Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR
Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin
13.10.2026 262