ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra YENİ MƏLUMATLAR ÜZƏ ÇIXIB
Ermənistanda ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən hərbi-bioloji laboratoriya Ermənistanın və bir sıra digər ölkələrin mətbuatında gündəmdə saxlanılır.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hələ ötən il Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.
Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.
Bu məlumatların mətbuatda dərc edilməsindən sonra ABŞ-nin Ermənistandakı səfirliyi önündə aksiyalar da keçirilib.
İndi isə İrəvan mətbuatı yazır ki, Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən hərbi-bioloji laboratoriyalar, paytaxtda, eləcə də, Qeqarkunik, Şirak, Lori, Tavuş, Armavir, Ararat və Sünik bölgələrində fəaliyyət göstərir.
"Həmçinin İcevan, Gümrü, Martuni, Qafan və Vanadzorda (Böyük Qarakilsə) daha yaxşı təchiz olunmuş laboratoriyalar mövcuddur. Təkcə İrəvandakı bu laboratoriyalarda, inzibati heyət də daxil olmaqla 140-a yaxın insan çalışır", - deyə mənbə yazıb.
ABŞ-nin Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 13 hərbi-bioloji laboratoriyasının olduğu qeyd edilib. Kreml bu laboratoriyalara qarşı hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın 2023-cü ildə keçirilən iclaslarında da bu məsələ qaldırılıb və Ermənistana xəbərdarlıq olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 856 Tarix: 25 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
13.10.2026 194 Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu
Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman
13.10.2026 220 "Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
13.10.2026 287 Azərbaycan-Laos sənədləri mübadilə edildi - Fotolar
Bu gün "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununl
13.10.2026 200 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
13.10.2026 223 Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:
13.10.2026 353 Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
13.10.2026 223 Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR
Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin
13.10.2026 193 "Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko
"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd
13.10.2026 148