Azərbaycandakı dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblarAzərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar.

Oxu.Az müraciəti təqdim edir:

"Hörmətli baş nazir,

Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq, Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bəzi din xadimləri ilə birgə sizə ünvanladığı və yanlışlıq yaradan son məktubla bağlı dərin narahatlığımızı bildirmək üçün sizə müraciət edirik. Bölgəmizdəki siyasi hadisələrə din prizmasından baxaraq, bu məktub yanlış məlumatlar ehtiva edir və açıq şəkildə Ermənistanla Azərbaycan arasında mövcud sülh prosesini təhlükəyə atmaq səylərinin bir hissəsidir.

Ermənistanla Azərbaycan arasında münaqişənin yeganə səbəbi 30 ildən artıqdır ölkəmizin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı olub. İndi Azərbaycan öz ərazilərini azad etdikdən, beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra münaqişə başa çatıb.

Hazırda Azərbaycanda məhkəmə qarşısına çıxan erməni vətəndaşlar "əsir" və ya "hərbi əsir" deyillər. 1991-2023-cü illərdə, eləcə də SSRİ-nin son illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü çərçivəsində azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törətdiklərinə dair çox sayda etibarlı və konkret sübut mövcuddur. BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilmiş "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında" 2019-cu il üzrə hesabatda (a/74/676 - S/2020 / 90) ermənilərin işğal zamanı törətdikləri insanlıq əleyhinə cinayətlər haqqında ətraflı məlumat verilib: https://t.co/bSVDxuJYSZ

Bəzi şəxslərin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil hüququ təmin olunur, heç vaxt hər hansı bir pis rəftardan şikayət etməyiblər və məhkəmə prosesləri şəffaf şəkildə aparılır. Bu yaxınlarda - martın 13-də BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun rəyində (a/HRC/VGAD/2024/46) Ruben Vardanyan işi üzrə ədalətli məhkəmə icraatından imtina edilməsi barədə iddialar rədd olundu, məhkəmə prosedurları isə beynəlxalq standartlara uyğun olaraq qəbul edildi.

Bu məhkəmə prosesi günahsız təcavüz qurbanlarının hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi və hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə Azərbaycanın münaqişədən sonrakı səylərinin bir hissəsidir. Ona görə də bu erməni şəxslərin azad edilməsi çağırışları müharibə cinayətlərinin qurbanı olmuş minlərlə azərbaycanlıya hörmətsizlik, eləcə də Azərbaycanın məhkəmə sisteminə müdaxilə əlamətidir. Bu çağırışlar həmçinin beynəlxalq normaların, eləcə də insanlığın əsas prinsiplərinin təhqir və pozulmasıdır. Cəzasızlıqla barışmaq olmaz.

Hörmətli baş nazir, Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi unikal məkandır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və biz fəxr edirik ki, dünyada etnik, dini, irqi ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər konfessiyaların nümayəndələrinin harmoniya, firavanlıq şəraitində necə bir yerdə yaşamalarının nümunəsi kimi çıxış edir.

Hamımız bilirik ki, eyni şey İngiltərə üçün də xasdır. Burada inklüzivlik, inteqrasiya və qarşılıqlı hörmətə sadiqlik həyatın bütün təbəqələrindən olan insanların inkişaf etmələrinə və harmoniyada yaşamalarına imkan verdi.

Böyük Britaniyada yaşayan və inkişaf edən Azərbaycan icması Britaniya cəmiyyətinin qonaqpərvərliyinin və həmrəyliyinin bariz nümunəsidir. Ermənistanla Azərbaycan arasında əvvəlki münaqişənin dinlə heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, bəzi erməni din xadimləri sülh prosesini pozmaq üçün Ermənistanla Azərbaycan arasında əvvəlki münaqişə kontekstində ixtilaf doğuran dini ritorikadan istifadə ediblər.

Erməni cəmiyyətindəki bu daxili fikir ayrılıqlarının indi başqa ölkələrə yayılması təəccüblü olmasa da, London arxiyepiskopu və Böyük Britaniyanın bəzi digər dini liderlərinin yalan şərhlər əsasında bölgəmizdə siyasi müzakirələrə cəlb edilməsi narahatlıq doğurur.

Ermənistan və Azərbaycan 2020-ci ildən intensiv sülh danışıqları aparırlar. Nəzərəçarpan irəliləyiş olsa da, bir neçə məsələ həll edilməmiş qalır. Biz Böyük Britaniyaya Ermənistanla Azərbaycan arasında keçmiş münaqişəyə dair balanslaşdırılmış mövqeyinə və regionumuzda mövcud sülh prosesini dəstəklədiyinə görə minnətdarıq. Biz əminik ki, Böyük Britaniya hökuməti Azərbaycanın regionda möhkəm sülhün bərqərar olması, eləcə də öz vətəndaşları üçün ədalətin təmin edilməsi üzrə səylərini bundan sonra da dəstəkləyəcək. Son dərəcə məsuliyyətli işinizdə sizə ən xoş arzularımızı bildirir, Birləşmiş Krallıq xalqının daha da çiçəklənməsi və rifahı üçün dua edirik.

Səmimiyyətlə,

Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Aleksiy - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu,

Milix Yevdayev - Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Aleksandr Şarovski - Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili - Alban-Udi Xristian Dini İcmasının sədri,

Zamir İsayev - Bakıdakı Sefarad Yəhudi Dini İcmasının rəhbəri".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 597   Tarix: 25 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki

13.10.2026 194
.

Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu

Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman

13.10.2026 220
.

"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam

"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl

13.10.2026 287
.

Azərbaycan-Laos sənədləri mübadilə edildi - Fotolar

Bu gün "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununl

13.10.2026 200
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

13.10.2026 223
.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

13.10.2026 353
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

13.10.2026 223
.

Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR

Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin

13.10.2026 193
.

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd

13.10.2026 148
.