Stresli mühit, gərgin iş, yekunda "tükənmişlik sindromu": Qarşısını almaq üçün nə etməli?

Stresli mühit, gərgin iş, yekunda "tükənmişlik sindromu": Qarşısını almaq üçün nə etməli?Son zamanlar insanlarda el arasında "tükənmişlik sindromu" adlanan psixoloji dəyişim tendensiya halını alıb.

Bir vaxtlar uzun müddət işləyən insanlarda yaranan yorğunluq, iş mühitindən sıxılma, motivasiyanın azalması, məhsuldarlığın aşağı düşməsi artıq yeni karyera həyatına qədəm qoyanlarda da özünü göstərir.

İş həyatına can atan gənclər qısa bir müddətdə gördükləri işdən bezir, işləmək istəmirlər.

Onların qısa müddət ərzində motivasiyaları düşür, özlərini yorğun hiss edirlər.

Bu hal ilə rastlaşanlar səhərlər yuxudan durmaqda çətinlik çəkir, onlara işə doğru irəliləmək əziyyətverici proses kimi gəlir.

Maraqlıdır, bəs görəsən, insanlar arasında "tükənmişlik sindromu" adlandırılan bu vəziyyətin tendensiya halını almasının səbəbi nədir?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, bu tendensiyanın kökündə duran səbəbləri araşdırmaq və işəgötürənlərin bu vəziyyətin qarşısını almaq üçün görə biləcəyi tədbirləri müəyyənləşdirmək həm fərdi, həm də təşkilati səviyyədə son dərəcə vacibdir:
Stresli mühit, gərgin iş, yekunda "tükənmişlik sindromu": Qarşısını almaq üçün nə etməli?"Tükənmişlik sindromu" (burnout) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən davamlı stresin nəticəsi kimi təsnif edilir və üç əsas simptomla xarakterizə olunur. Daimi yorğunluq və enerji çatışmazlığı; işə qarşı neqativ münasibət və motivasiyanın azalması; peşəkar effektivliyin aşağı düşməsi və özünü dəyərsiz hiss etmə.

Sindromun yaranmasına təsir edən əsas amillərə isə iş yükünün doğru paylanmaması və yüksək tələblər, iş və şəxsi həyat balansının pozulması, mükafatlandırma və dəyərləndirmənin qənaətbəxş, sosial və psixoloji dəstəyin olmaması, təşkilati dəyərlərin və işçilərin gözləntilərinin uzlaşmaması kimi hallar qeyd edilir. Bəzi işçilər üçün iş yükü həddindən artıq ağır olur və daim yüksək nəticə gözləntiləri altında işləmək onların enerji ehtiyatlarını tükəndirir. Digər tərəfdən, bəzi hallarda isə işin monotonluğu və kifayət qədər məsuliyyətin olmaması motivasiyanın azalmasına gətirib çıxarır".

O qeyd edib ki, texnologiyanın inkişafı iş və şəxsi həyat arasındakı balansı silib:

"Xüsusilə uzaqdan iş rejimi geniş yayıldıqca, insanlar işdən kənar vaxtlarında da davamlı imeyllərə cavab vermək, layihələri düşünmək və iş prosesində qalmaq məcburiyyətində qalırlar. Bu vəziyyət də emosional və psixoloji yorğunluğu artırır. Eləcə də işçilər gördükləri işə uyğun maddi və mənəvi mükafat almadıqda, özlərini dəyərsiz hiss edirlər. Xüsusilə gənc nəsil daha çox tanınma, fərdi inkişaf imkanları və məqsədəuyğun iş mühitinə ehtiyac duyur. İş mühitində rəhbərlik və həmkarlarla sosial münasibətlərin zəif olması, psixoloji təzyiqin mövcudluğu da insanları tükəndirir. Xüsusilə dəstəkləyici menecerlərin olmaması, işçilərdə təklik və təcrid olunma hissi yaradır. İşçilər mənəvi baxımdan dəyərlərinin uyğunlaşmadığı təşkilatlarda daha tez tükənirlər. Bu, xüsusilə milli və beynəlxalq korporativ mühitlərdə, fərqli mədəni dəyərlərin toqquşduğu yerlərdə daha qabarıq görünür.

Çünki yorğun və motivasiyasız işçilər daha az effektiv işləyir, stres və tükənmişlik yaradıcılıq imkanlarını məhdudlaşdırır, nəticədə müəssisələr üçün əlavə işçi itkisi və yeni işçi təlim xərcləri yaradır, iş mühitində ümumi mənfi atmosfer yaradır".
Stresli mühit, gərgin iş, yekunda "tükənmişlik sindromu": Qarşısını almaq üçün nə etməli?Psixoloq vurğulayıb ki, işəgötürənlər motivasiyaedici və dəstəkləyici iş mühiti yaratmaqla, tükənmişliyin qarşısını ala bilərlər:

"Bunun üçün bir çox qabaqlayıcı tədbirlər görülməlidir. Unutmamalıyıq ki, bir insanın işə motivasiya ilə gəlməsi, orada özünü rahat hiss etməsi, işini sevməsi təkcə onun şəxsi məsələsi deyil. Bu, HR mütəxəssislərinin, rəhbərlərin, iş mühitini quran hər kəsin məsuliyyətidir. Bir çox qlobal şirkətlər artıq HR idarəçiliyində psixologiyadan aktiv istifadə edir. "Google" işçilərin stres səviyyəsini azaltmaq üçün psixoloji dəstək proqramları və emosional intellekt təlimləri keçirir. Nəticədə onların əməkdaşları daha uzun müddət şirkətdə qalır və daha səmərəli işləyirlər. "Microsoft" və "Salesforce" psixoloji testlər və fərdi psixoloji dəstək sistemləri tətbiq edərək işçilərin işə bağlılığını artırıb. "Toyota" işçilərin motivasiyasını artırmaq üçün psixoloji faktorları dəyərləndirən xüsusi psixometrik testlər və işə qəbulda psixoloji uyğunluq təhlili aparır. Bu təcrübələr sübut edir ki, psixologiya və HR birləşdikdə daha güclü və sağlam iş mühiti formalaşır. Azərbaycanda da iş mühitində bir çox qabaqlayıcı tədbirlərin görülməsi, işçilərin işə bağlılığının, məhsuldarlığının, emosional tükənmənin qarşısını almağa faydalı olardı. Öncəliklə, işə qəbul prosesində psixometrik testlər tətbiq edilməlidir. Namizədin təkcə peşəkar biliklərini yox, həm də psixoloji xüsusiyyətlərini qiymətləndirilməlidir. İş yerində stresin idarə olunması proqramları tətbiq olunmalıdır. Çünki yüksək stres əməkdaşın məhsuldarlığını 50%-ə qədər azalda bilir. Liderlik və emosional intellekt təlimləri mütəmadi keçirilməlidir. Çünki rəhbərlərin psixoloji yanaşması komandanın effektivliyinə birbaşa təsir edir. İşçilərin fərdi inkişafına dəstək verilməlidir. İş yeri təkcə maaş yeri deyil, həm də işçinin özünü inkişaf etdirməsi üçün bir mühit olmalıdır.

İş mühitində "tükənmişlik sindromu"nun yayılması həm fərdlərin, həm də təşkilatların rifahına ciddi təsir edir. İşəgötürənlər psixoloji və sosial aspektləri nəzərə alaraq, işçilərin motivasiyasını artıracaq və onların "tükənmişlik sindromu"ndan qoruyacaq strategiyalar həyata keçirməlidirlər. Əsas məqsəd yalnız işçilərdən yüksək nəticə gözləmək yox, onların psixoloji rifahına investisiya edərək uzunmüddətli məhsuldarlıq yaratmaqdır".

Aygün Mirakif


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1021   Tarix: 25 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13.10.2026 289
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

13.10.2026 341
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

13.10.2026 223
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

13.10.2026 306
.

Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər

Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd

13.10.2026 158
.

"Survivor 2027"nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib

13.10.2026 202
.

Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir

"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi

13.10.2026 221
.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır

13.10.2026 257
.

Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu

Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman

13.10.2026 220
.