Rusiyada küçə heyvanlarını yemləmək qadağan edilə bilər
Rusiyada küçə heyvanlarını yemləmək, həmçinin onların tutulmasına mane olmaq və evdə gizlətmək qadağan edilə bilər.
"Qafqazinfo" "RBK"ya istinadən xəbər verir ki, bu müddəalar Rusiya Dövlət Dumasının deputatları tərəfindən hazırlanan qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, küçələrdən tutulan sahibsiz heyvanlar insanlara, onların əmlaklarına, habelə digər heyvanlara zərər vurduqda və ya zərər vurma təhlükəsi yaratdıqda onların sığınacaqda evtanaziyasına icazə verilməsi təklif edilir. Hazırda qüvvədə olan "Heyvanlarla məsuliyyətli rəftar haqqında" Federal Qanuna görə isə sığınacaqlardakı sahibsiz heyvanlar yalnız onların dözülməz fiziki ağrılarını dayandırmaq üçün evtanaziya edilə bilər.
Layihədə qeyd olunur ki, əgər heyvanın boynunda sahibi haqqında məlumat olan birka varsa, ancaq müəyyən edilmiş müddət ərzində müvafiq müraciət əsasında o, sahibinə təhvil verilə bilər. Digər dəyişiklikdə müəyyən edilib ki, heyvanın sahibi itkin düşdüyü gündən sonra üç gün ərzində itki ilə bağlı məlumat verməlidir, əks halda həmin şəxs heyvanı küçəyə atmış hesab olunacaq. Nəhayət, layihə evsiz heyvanların müvəqqəti saxlama yerlərindən və sığınacaqlardan kənarda saxlanılmasını qadağan edir.
Deputatlar, həmçinin İnzibati Xətalar Məcəlləsinə sahibsiz heyvanların tutulmasının qarşısının alınmasına görə cərimələri nəzərdə tutan əlavələr hazırlayıblar. Ərazilərində sahibsiz heyvan göründükdə ovlama xidmətinə müraciət etməyən hüquqi şəxslər üçün ayrıca cərimənin tətbiqi təklif edilir.
Səs-küylü qanun layihəsi fevralın 28-də Dövlət Dumasına təqdim edilib. Mənbənin məlumatına görə, sözgedən layihənin hazırlanmasına səbəb bir müddət əvvəl Soçidə iki itin 9 yaşlı uşağa hücum edərək onun üzünü parçalamasıdır. Lakin təklif olunan qanun layihəsi Rusiyanın bəzi şəhərlərində heyvansevərlərin hiddətinə səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 898 Tarix: 25 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"TEMU" İLƏ BAĞLI ARAŞDIRMA BAŞLADI - Sifarişlər təhlükə altındadır?
Azərbaycanda geniş istifadəçi kütləsinə malik olan "Temu" platforması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırmaya başlanılıb. Araşdırma şirkətin qiymət siyasətində rəqabət qanunvericiliyini pozub-pozmaması ilə bağlı iddiaları əhatə edir. Hazırd
21.07.2026 245 "Özümə yaxşı söz yazıb, başqa səhifədə məni söyür"
Aparıcı Zaur Baxşəliyev ünvanına yazılan fərqli rəylərə münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə ona həm xoş, həm də tənqidi sözlər yazan izləyicilərdən danışıb. Zaur bildirib ki, insanların münasibəti bəzən qısa zamanda dəyişir:. "Yazırsınız ki, sizi çox sevirəm. Sevginizl
21.07.2026 202 "Dedi ki, ağzını-burnunu vurub sındıraram!" - Klinika rəhbəri "Baku TV" əməkdaşlarına hücum etdi
Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb. Canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq çəkilişə mane olub. Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığı
21.07.2026 288 Rusiya Xarkovda qaz hasilatı obyektlərini vurdu
Rusiya ordusu son iki gündə Ukraynanın Xarkov vilayətində yerləşən "Naftoqaz" qrupuna məxsus qaz hasilatı obyektlərinə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, iyulun 19-da hücuma məruz qalan obyektlərdən birində yanğın baş verib
21.07.2026 196 Xiaomi 18 Pro necə olacaq? - Yeni flaqmanın əsas xüsusiyyətləri məlum olub
Hələ rəsmi təqdim olunmayan Xiaomi 18 Pro modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Tanınmış insayder Digital Chat Station cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, Xiaomi 18 Pro 6,4 düymlük ekran və bütün tərəflərdə ultra nazik çərçivələrlə təchiz olunacaq
21.07.2026 166 5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir
Valideynlər Bakının Nizami rayonunda yerləşən 17 və 19 saylı uşaq poliklinikalarında sənəd qəbulu zamanı yaranan sıxlıqdan narazıdırlar. "Qafqazinfo"ya müraciət edən şəxslər bildirirlər ki, bağçalara qeydiyyata düşən uşaqlar üçün tələb olunan sənədlərin təqdim edilməsi məqsədilə cəmi 5 günlü
21.07.2026 337 Saç balzamı həqiqətən vacibdirmi? - DERMATOLOQDAN AÇIQLAMA
Şampundan sonra balzamdan istifadə edənlərin sayı az deyil. Bununla yanaşı, bir çox insan bu məhsulun saç üçün nə dərəcədə faydalı olduğu və ümumiyyətlə istifadəsinin zəruri olub-olmaması ilə maraqlanır. Bəs saç balzamı saçın sağlamlığına necə təsir edir, onu hər yuyunmadan sonra istifadə etmək lazımdırmı
21.07.2026 240 Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatıb
İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb. Qaynarinfo xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qız
21.07.2026 205 Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
Müğənni Kəmalə Günəşli şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. xəbər verir ki, sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışaraq aralarında qarşılıqlı etimadın olduğunu bildirib. Kəmalə Günəşlinin sözlərinə görə, həyat yoldaşı onu qısqanmır və hər zaman ona güvənir. "Məni
21.07.2026 293