Jerar Depardye cinsi təcavüzdə ittiham olunur

Jerar Depardye cinsi təcavüzdə ittiham olunurParisdə dünya şöhrətli fransız aktyor Jerar Depardyenin məhkəməsi başlayıb.

OLAY yazır ki, iki qadın 76 yaşlı aktyoru 2021-ci ildə çəkilən filmdə birlikdə işləyərkən cinsi təcavüzdə günahlandırır.

Günahı sübuta yetirilərsə, Depardyeni 5 ilə qədər həbs və 75 min avro cərimə gözləyir.

Aktyor məhkəməyə qara kostyumda vəkilinin qoluna söykənərək gəlib. Məhkəmə zalında hər iki şikayətçi, həmçinin daha əvvəl Depardyeni zorlamada ittiham etmiş aktrisa Şarlotta Arnault da iştirak edib. Bundan əlavə, "#MeToo" hərəkatının (qadınların cinsi zorakılıq və ya təcavüz təcrübələri barədə danışdıqları feminist icma) çoxsaylı tərəfdarları ədalət binasının ətrafına toplaşıblar.

Məhkəmə iclaslarının ilk günündən sonra Jerar Depardyenin vəkili Ceremi Assu bildirib ki, müvəkkili bütün şahidlərdən ifadələr təqdim etməyib.

O qeyd edib ki, onlardan bəziləri bu işə aydınlıq gətirə bilərdi, lakin ittiham tərəfi onların dindirilməsinə qarşı çıxıb.

"Həqiqət bizim tərəfimizdədir. Jerar Depardye heç kimə sataşmayıb" – deyə, vəkil vurğulayıb.

Görüşlər iki gün davam edəcək.

Əvvəlcə işə ötən ilin payızında baxılmalı idi, lakin Depardyenin səhhəti ilə əlaqədar təxirə salınmışdı. Sonradan tibbi ekspertiza müəyyən edib ki, ürək-damar problemlərinə və şəkər xəstəliyinə baxmayaraq, o, məhkəmə prosesində iştirak edə bilib. Müdafiə tərəfinin tələbi ilə dinləmələr aktyorun tələbi ilə gündə 6 saat olmaqla 15 dəqiqəlik fasilələrlə məhdudlaşdırılır.

Qeyd edək ki, Depardyeyə qarşı iş keçən ilin aprelində iki qadının onu Jan Bekkerin 2021-ci ildə çəkdiyi "Yaşıl Panjurlar" filminin çəkiliş meydançasında cinsi zorakılıqda ittiham etməsindən sonra başlayıb.

Bundan əlavə, 2023-cü ildə Fransanın "Mediapart" nəşri Jerar Depardyeni 2004-2022-ci illər arasında 11 filmin çəkilişlərində törətdiyi iddia edilən təcavüzdə ittiham edən daha 13 qadının ifadələrini dərc edib. Bu barədə ictimaiyyətə açıqlama verən ilk şəxs aktyorun Parisdəki evində ona iki dəfə təcavüz etdiyini bildirən Şarlotta Arnault olub. Oxşar ittihamlar 2023-cü ilin dekabrında naməlum səbəblərdən intihar edən aktrisa Emmanuel Debeverdən də sonra gəlib. Depardyenin özü təqsirini inkar edir, özünü "medianın linç qurbanı" adlandırır.

Eyni zamanda, Jerar Depardye vergi fırıldaqları və çirkli pulların yuyulması ilə bağlı araşdırma obyektinə çevrildi. O, Fransada vergidən yayınmaq üçün Belçikada qondarma iqamətgahda qalmaqda şübhəli bilinir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 969   Tarix: 26 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım

"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati

13.10.2026 142
.

Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik

ABŞ İranda həyata keçirdiyi əməliyyatlarda, bəlkə də, həddindən artıq irəli getdi, çünki indi Amerika kiminlə iş gördüyünü anlamır". Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "İndi İran xalqının lideri yoxdur. Bu, problemdir. Ola bilsin, bu liderlərlə bağlı məsələdə (keçmi

13.10.2026 171
.

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir

13.10.2026 277
.

Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu

Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman

13.10.2026 220
.

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd

13.10.2026 240
.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır

13.10.2026 257
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

13.10.2026 249
.

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd

13.10.2026 263
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

13.10.2026 195
.