İcma ABŞ-nin Dini Azadlıq Komissiyasının illik hesabatını pisləyib

İcma ABŞ-nin Dini Azadlıq Komissiyasının illik hesabatını pisləyibQərbi Azərbaycan İcması ABŞ-nin Dini Azadlıq Komissiyasının bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair dərc etdiyi növbəti illik hesabatını pisləyib.

Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bildirilib ki, artıq bir neçə ildir Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirən komissiyanın builki hesabatı da Azərbaycana qeyri-obyektiv və əsassız iddialarla doludur:

"Əvvəlki illərdə olduğu kimi bu il də hesabatın müəllifləri öz iddialarını "Ümumerməni Xeyriyyə İttifaqı", "Araqats Fondu" kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən və radikal erməni diasporu üzvlərinin əlində alət olan "Freedom House" təşkilatının sənədləri ilə əsaslandırırlar".

Qeyd olunub ki, ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın qərəzini sübut edən digər mühüm məqam bu qurumun dünyada dini azadlığın əsas qənimi olan Ermənistanı, ümumiyyətlə, izləməməsidir:

"Komissiyanın təbirincə, Ermənistan öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbiristanlığı dağıtmaqla dini azadlığı tam "təmin edib". Mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən komissiyaya xatırlatmaq istərdik ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı".

Eyni zamanda, vurğulanıb ki, hesabatda "Dağlıq Qarabağ" kimi ifadələr işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib:

"Biz komissiyanın irqçi, regionda sülh və barışığa mane olan bu addımlarını qınayır və ABŞ tərəfini qurumun nümayiş etdirdiyi qeyri-obyektiv və ikili standartlara əsaslanan fəaliyyəti barədə ölçü götürməyə çağırırıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 791   Tarix: 26 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dedi ki, ağzını-burnunu vurub sındıraram!" - Klinika rəhbəri "Baku TV" əməkdaşlarına hücum etdi

Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb. Canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq çəkilişə mane olub. Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığı

21.07.2026 288
.

Diş ağartma dişlərdə həssaslıq yaradırmı? - STAMATOLOQDAN AÇIQLAMA

Son illər estetik görünüşə marağın artması ilə diş ağartma prosedurlarına müraciət edənlərin sayı da çoxalıb. Lakin bu prosedurdan sonra bəzi insanlar isti, soyuq və ya şirin qidalara qarşı diş həssaslığının artdığını bildirirlər. Bəs diş ağartma həqiqətən həssaslığa səbəb olurmu, bu hal müvəqqətidirmi

21.07.2026 227
.

"Özümə yaxşı söz yazıb, başqa səhifədə məni söyür"

Aparıcı Zaur Baxşəliyev ünvanına yazılan fərqli rəylərə münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə ona həm xoş, həm də tənqidi sözlər yazan izləyicilərdən danışıb. Zaur bildirib ki, insanların münasibəti bəzən qısa zamanda dəyişir:. "Yazırsınız ki, sizi çox sevirəm. Sevginizl

21.07.2026 202
.

Almaniya və Böyük Britaniya 2000 km mənzilli qanadlı raket HAZIRLAYIR - Rusiyaya qarşı...

Almaniya və Böyük Britaniya geniş müdafiə əməkdaşlığının bir hissəsi olaraq 2034-cü ilə qədər 200 kilometr məsafədəki hədəfləri vura bilən qanadlı raket hazırlamağı planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb. Bildirilib ki, bu layihə "Dərin Dəqiqli

21.07.2026 168
.

Azərbaycan milli mətbuatı 151 yaşında

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xatırladır ki, ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Zamanında böyük risklərə baxmayaraq, Zərdabi "Əkinçi"

00:09 107
.

Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik

"Son 14 ay ərzində bunu təəssüflə dəfələrlə deməli olmuşam. Bu müharibəni dayandırmaq yalnız Rusiya hökumətindən və Rusiya prezidentindən asılıdır. Danışıqlara və zərurət yaranacağı təqdirdə sülh danışıqlarına başlamaq da yalnız onun iradəsindən asılıdır. Lakin o, bunu etməkdən israrla imtina edir"

21.07.2026 190
.

Venesuelada ölənlərin sayı 5300-ə çatır

Venesuelada baş verən iki zəlzələ nəticəsində ən azı 5278 nəfər ölüb. xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqes "Telegram" kanalında məlumat yayıb. Siyasətçinin sözlərinə görə, zəlzələ nəticəsində 16 min 740 nəfər yaralanıb. Qeyd olunub ki, 24 iyunda baş verən əsa

21.07.2026 168
.

Aİ "AliExpress"i 550 milyon avro cərimələdi

Avropa İttifaqı (Aİ) Çinin "AliExpress" şirkətini onlayn ticarət platformasında qanunsuz, təhlükəliz və saxta məhsulların satışı ilə bağlı riskləri düzgün qiymətləndirmədiyinə, həmçinin, bu riskləri azaltmaq üçün kifayət qədər tədbirlər görmədiyinə görə 550 milyon avro cərimələyib. xəbər veri

21.07.2026 169
.

Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatıb

İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb. Qaynarinfo xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qız

21.07.2026 205
.

TOP MP3