Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki aydır ölkə gündəmini zəbt edən yeniyetmənin qətli ilə bağlı onun ailəsi ilə əlaqə saxlayıb.
"Qafqazinfo" "Habertürk"ə istinadən xəbər verir ki, Ərdoğan Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin anası Yasemin Akıncılar Minguzziyə telefonla zəng edib.
Ölkə başçısı Y. Minguzziyə cinayətkarların layiq olduqları cəzanı alması üçün prosesi yaxından izləyəcəyini bildirib: "Allah səbir versin, Ahmetin məkanı cənnət olsun. Bayramdan sonra daha münasib vaxtda görüşərək dərdinizi paylaşmaq istəyirəm".
Yasemin Minguzzi prezidentə təşəkkür edib, həmçinin hadisəni törədənlərin yetişkin kimi mühakimə olunmasını istədiyini bildirib.
Qeyd edək ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb. Bu hadisə Türkiyədə gənclərin zorakılığı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub. Hadisədən sonra Türkiyə mətbuatında mümkün cəzaların nə ola biləcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı ekspertlər şübhəlilərin 18 yaşından kiçik olmalarının ala biləcəkləri cəzanın şiddətinə təsir edəcəyini bildiriblər. Vəkillər 18 yaşından kiçik hər kəsin qanuni olaraq uşaq sayıldığını və Türkiyə qanunlarına görə cəzanın azaldılmasının məcburi olduğunu bildirib. Bu isə birmənalı qarşılanmayaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1133 Tarix: 29 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447