Azərbaycanda ssenarist filmə görə təhdid olunur
Rejissor Elvin Rüstəmzadənin "Ayıq sürücü" qısametrajlı filmi Buzovna sakinləri tərəfindən etirazlara səbəb olub.
Oxu.Az xəbər verir ki, filmin ssenaristi Əli Ucal "Teleqraf"a açıqlamasında Buzovna sakinləri tərəfindən təhdid edildiyini bildirib.
"Ayıq sürücü" filmini təqdim etdikdən sonra çox müsbət reaksiyalar aldıq, heç kimdən aqressiya görmədik. Təqdimatdan üç-dörd gün sonra aktyor Mirzə Ağabəylinin oğlu mənə sosial şəbəkədə yazdı və bildirdi ki, film əladır, amma filmdən Buzovnanın adı çıxarılmalıdır. Mən onu başa saldım ki, film artıq yayımlanıb və bu mümkün deyil. Buzovnanın adı filmdə şərti olaraq qeyd edilir. O isə mənə cavab verdi ki, Buzovnanın adını çıxarmırsınızsa, təhqirlərə hazır olun! Sonra bizim ünvanımıza təhqirlər, söyüşlər yazmağa başladılar. Bizim filmdə Buzovnanın adını qeyd etməkdə məqsədimiz kimisə təhqir etmək deyil. Biz bu gün təhdid olunuruq. Mənə yazırlar ki, "Sizi tutacağıq", "Haradasa əlimizə keçəcəksiniz" və sair. Filmin rejissoru Elvin Rüstəmzadəyə və mənə qarşı böyük təhdidlər var. Filmin ssenari müəllifi olmaqla yanaşı, baş rolu da mən canlandırıram. Ən çox söyülən, təhqir edilən mənəm" , - deyə Ə. Ucal bildirib.
Ssenarist vurğulayıb ki, Buzovna sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər: "Polis bizimlə əlaqə saxlayıb ki, sizin haqqınızda şikayət var, izahat yazmalısınız. Buzovna camaatı isə 500 imza toplamaqla bizi məhkəməyə vermək istəyir. İnsanlar bizdən əl çəkmirlər. Film 200 min dəfədən çox izlənilib".
Qeyd edək ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 06 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13:30 224 Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:50 231 Prezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 156 Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. "Ümid edirəm ki, Bakıda keçiriləcə
15:03 194 "Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
18:15 166 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 237 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 186 "Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
17:31 236 İlham Əliyevin adından rəsmi nahar verildi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummill
15:24 207