"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndiBakıda fəaliyyət göstərən məşhur "Dəstərxan" restoranı musiqi səsləndirilməsi zamanı normadan artıq səs-küy yaratdığı üçün cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, daxil olan şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən restoranda yoxlama aparılıb. Yoxlama zamanı səs-küy səviyyəsinin normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı restoran sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Qeyd olunan maddəyə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi ilə bağlı normaların pozulmasına görə fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 2500-3500 manat, hüquqi şəxslər isə 8000-10000 manat məbləğində cərimə edilə bilər.

Məhkəmədə restoranın nümayəndəsi bildirib ki, həmin tarixdə müəssisədə normadan artıq səs-küy müşahidə olunmayıb. Onun sözlərinə görə, nazirlik əməkdaşları müəssisəni qəsdən cərimələyiblər. Bu səbəbdən inzibati xəta haqqında protokol üzrə icraatın xitam verilməsi xahiş olunub.

Məhkəmə isə nazirliyin təqdim etdiyi protokola əsaslanaraq "Dəstərxan" restoranının sahibi barəsində 8000 manat məbləğində inzibati cərimə tətbiq edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 900   Tarix: 07 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

11:50 231
.

Azərbaycan məktəbləri üzərindən aparılan mümkün təxribat cəhdləri narahatlıq doğurur

Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur

11:34 208
.

Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl

20:00 134
.

Güc Əlinizə Keçəndə, Əslində Kim Olarsınız?

Bu günlərdə elə xəbərlər eşidirik ki, insan bir müddət sonra xəbərin özündən çox, ona verdiyi reaksiyaya təəccüblənməyə başlayır. "Yenəmi. "Bu da oldumu. "Artıq heç nəyə təəccüblənmirəm. Bəlkə də ən təhlükəli cümlə məhz budur:. Artıq heç nəyə təəccüblənmirəm. Çünki təəccüblənmək əslind

15:26 213
.

Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan v

11:42 195
.

"Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq

Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı

12:10 295
.

Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ

12:45 210
.

Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı

Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10

18:30 162
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

17:35 300
.