"Vaxtından əvvəl doğuş yeni doğulanlar arasında ölüm və əlillik hallarının bir nömrəli səbəbidir"
Tipik hamiləlik təxminən 40 həftə davam edir. Vaxtından əvvəl doğuş, hamiləliyin 37 həftəsindən əvvəl başlayan doğuşdur. Erkən müddətdə doğuş sancılarının başlaması, mütləq vaxtından əvvəl doğuş edəcəyiniz mənasına gəlmir. Lakin vaxtından əvvəl doğuş əlamətləri müşahidə edildikdə dərhal tibbi yardıma müraciət etmək vacibdir.
Vaxtından əvvəl doğulmuş körpələrdə ciddi patologiyaların rast gəlinmə ehtimalı daha yüksəkdir. Bu patologiyalardan bəziləri, məsələn, serebral iflic ömür boyu davam edən bir vəziyyət olaraq qalır. Öyrənmə geriliyi kimi digər problemlər isə uşağın həyatının irəliləyən dövrlərində, hətta yetkinlik yaşında belə özünü göstərə bilər.
Bəs, son dövrlərdə erkən doğuş hallarının artmasının səbəbləri nələrdir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən mama-ginekoloq Rəşad Sultanov bildirib ki, erkən doğuş hər zaman olub. Buna şərait yaradan faktorlar — düzgün qidalanmamaq, maddi vəziyyətin zəif olması və digər sosial çətinliklər əvvəllər də mövcud idi, hətta deyə bilərəm ki, əvvəlki dövrlərdə bu problemlər daha da ağır idi:
"Ümumilikdə, vaxtından əvvəl doğuşu iki qrupa bölmək mümkündür.
Birinci növ — spontan (özbaşına) erkən doğuşdur. Bu zaman müxtəlif səbəblərdən uşaqlıq yığılmağa başlayır, uşaqlıq boynu açılır və doğuş baş verir.
İkinci növ isə — medikal səbəblərlə sonlandırılan erkən doğuşdur. Yəni, hamiləlik zamanı yaranan patoloji hallara görə həkimlər hamiləliyin vaxtından əvvəl sonlandırılması qərarını verirlər. Bu hallara, məsələn, təzyiqin yüksəlməsi, sidikdə zülal miqdarının artması və digər risk faktorları daxildir. Belə hallarda ananın həyatını xilas etmək məqsədilə hamiləliyə son verilir və nəticədə uşaq "yarımçıq" doğulur.
Son illərdə keysəriyyə əməliyyatlarının artması da erkən doğuş hallarının çoxalmasına səbəb olur. Bəzən anaların səbirsizliyi və təzyiqi nəticəsində həkimlər planlaşdırılmış vaxtdan əvvəl keysəriyyə əməliyyatı həyata keçirmək məcburiyyətində qalırlar. Lakin bu, tibbi cəhətdən qəbuledilməz haldır, çünki uşağın ana bətnindən vaxtından əvvəl çıxarılması onun sağlamlığı üçün ciddi risklər yaradır.
Eyni zamanda, çoxdöllü hamiləliklərin artması da erkən doğuş riskini artıran mühüm amillərdəndir.
Xüsusilə vurğulamaq lazımdır ki, vaxtından əvvəl doğuş yeni doğulanlar arasında ölüm və əlillik hallarının bir nömrəli səbəbidir. Bu sahədə mütləq şəkildə profilaktik tədbirlər görülməli, maarifləndirmə və tibbi nəzarət gücləndirilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1467 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
Yumurtanı yalnız soyuducuda deyil, dondurucu kamerada da saxlamaq olar. Düzgün dondurulduqda yumurta bir neçə ay ərzində müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin yumurtanı qabıqlı halda dondurucuya qoymaq olmaz. Çünki donma zamanı içərisindəki maye genişlənir və nəticədə qabı
19:45 1 Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:13 188 Güc Əlinizə Keçəndə, Əslində Kim Olarsınız?
Bu günlərdə elə xəbərlər eşidirik ki, insan bir müddət sonra xəbərin özündən çox, ona verdiyi reaksiyaya təəccüblənməyə başlayır. "Yenəmi. "Bu da oldumu. "Artıq heç nəyə təəccüblənmirəm. Bəlkə də ən təhlükəli cümlə məhz budur:. Artıq heç nəyə təəccüblənmirəm. Çünki təəccüblənmək əslind
15:26 141 "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
15:10 130 İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13:35 371 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
12:18 282 Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim
12:03 198 Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı
Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10
18:30 1 Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində
17:41 0