Ən dadlı narı necə seçmək olar?

Ən dadlı narı necə seçmək olar?Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır.

Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

Dietoloq Steysi Vudsonun sözlərinə görə, ən yetişmiş və dadlı nar heç də həmişə xarici görünüşcə ideal olmur.

O, tam dairəvi meyvə əvəzinə bir qədər kvadratvari və ya qeyri-bərabər formalı nar seçməyi məsləhət görür. Mütəxəssis bildirir ki, narın bəzi tərəflərinin yastı və ya qeyri-adi formada olması onun daxilindəki dənələrin şirə ilə dolduğunu və meyvənin formasını dəyişdirdiyini göstərə bilər.

Narın çəkisi nəyi göstərir?

Nar alarkən bir neçə meyvəni əlinizə götürərək çəkilərini müqayisə etmək və ya mağazadakı tərəzidən istifadə etmək tövsiyə olunur.

Steysi Vudsonun sözlərinə görə, eyni ölçüdə olan narlar arasında daha ağır olanı seçmək daha məqsədəuyğundur.

"Əlavə çəki dənələrin şirə ilə dolduğunu, daha sulu, şirin və qida maddələri ilə zəngin olduğunu göstərir", - dietoloq bildirib.

Narın keyfiyyətini yoxlamaq üçün onu əlinizdə yüngülcə sıxmaq və ya çəkisini hiss etmək məqsədilə bir qədər hərəkət etdirmək olar. Meyvə bərk və dolğun olmalıdır. Həddindən artıq yüngül və içiboş təsiri bağışlayan narlardan uzaq durmaq məsləhətdir.

Narın qabığı necə olmalıdır?

Narın qabığının quruluşu da onun keyfiyyəti haqqında mühüm məlumat verir. Dietoloq möhkəm, elastik və sıx qabıqlı meyvələrə üstünlük verməyi tövsiyə edir. Keyfiyyətli narın qabığında çatlar və əziklər olmamalıdır. Mütəxəssisin sözlərinə görə, qabıqdakı çatlar bəzən həddindən artıq suvarma nəticəsində yarana bilər. Lakin bu, göbələk infeksiyasının əlaməti də ola bilər. Qida təhlükəsizliyi baxımından çatlamış narları almamaq daha məqsədəuyğundur. Əziklər isə narın şirəliliyinə və qida dəyərinə təsir göstərə bilər.

2023-cü ildə aparılan araşdırmada 28 gün ərzində saxlanılan əzik və zədəsiz narlar müqayisə edilib. Nəticədə zədələnmiş meyvələrin daha az elastik, daha kiçik və daha yüngül olduğu müəyyənləşdirilib.

Hansı narları almaq olmaz?

Mütəxəssislər toxunduqda yumşaq olan və qabığı qırışmış narlardan uzaq durmağı məsləhət görürlər. Bu əlamətlər meyvənin həddindən artıq yetişdiyini və hətta daxilində qıcqırma prosesinin başladığını göstərə bilər. Narın üzərində kif varsa və ya ondan xoşagəlməz qoxu gəlirsə, belə meyvəni almaq olmaz.

Narın rəngi onun yetişdiyini göstərirmi?

Narın ən xarakterik xüsusiyyətlərindən biri yaqut-qırmızı rəngidir. Lakin mütəxəssisin sözlərinə görə, meyvənin rəngi onun yetişmə səviyyəsi haqqında düşünüldüyü qədər dəqiq məlumat vermir. Yetişmiş narın rəngi açıq çəhrayıdan tünd yaqut-qırmızıya qədər dəyişə bilər. Bu səbəbdən yalnız rəngə baxaraq onun nə qədər şirin və şirəli olduğunu müəyyənləşdirmək mümkün deyil. Steysi Vudson nar seçərkən ilk növbədə meyvənin çəkisinə, formasına və qabığının quruluşuna diqqət yetirməyi tövsiyə edir. Bununla belə, qabığın rənginin bərabər olması müsbət əlamət sayılır.

Qeyri-bərabər və ləkəli rənglənmə meyvənin müxtəlif hissələrinin eyni səviyyədə yetişmədiyini göstərə bilər. Bu isə narın daxilindəki dənələrin şirinliyində və qida maddələrinin paylanmasında fərqliliklərə səbəb ola bilər.

Narın sağlamlıq üçün hansı faydaları var?

Nar yalnız dadı ilə deyil, sağlamlıq üçün potensial faydaları ilə də seçilir. Mütəxəssislərin sözlərinə görə, narın tərkibindəki faydalı birləşmələr qaraciyərin sağlamlığını dəstəkləyə, iltihabi proseslərin azalmasına və hüceyrələrin zədələnmədən qorunmasına kömək edə bilər.

Bəzi araşdırmalar narın yüksək xolesterin və qan şəkəri səviyyəsi ilə əlaqəli metabolik proseslərə müsbət təsir göstərə biləcəyini də irəli sürür. Bununla belə, nar qaraciyər xəstəliklərinin müalicəsi üçün dərman hesab edilmir. O, yalnız balanslaşdırılmış qidalanmanın faydalı hissəsi ola bilər.

Narı tumları ilə birlikdə yemək olarmı?

Narın içərisində gündəlik danışıqda tum adlandırılan çoxsaylı toxumlar yerləşir. Əslində, hər bir nar dənəsi şirəli qırmızı örtükdən və onun daxilindəki toxumdan ibarətdir. Bu toxumlar sərt və ya yarımsərt ola bilər. Çinli alimlərin apardığı araşdırmalar göstərib ki, nar toxumları müxtəlif fitokimyəvi birləşmələrlə zəngindir. Bu səbəbdən narın toxumları da meyvənin faydalı hissəsi hesab olunur və çeynəməkdə çətinlik yaratmadığı halda yeyilə bilər. (Lent.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

20:43 158
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

15:08 676
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

13:31 222
.

Etibarlı kişilər - Onları üzündən tanımaq olur

Alimlər müəyyən ediblər ki, insanlar kişinin ailəsini və uşaqlarını nə dərəcədə qoruya biləcəyini onun üz cizgilərinə baxaraq qiymətləndirə bilirlər. Xüsusilə geniş almacıq sümüklərinə malik kişilər ilk baxışdan daha güclü və etibarlı qoruyucu təsiri bağışlayırlar. xarici mediaya istinadən xəbər veri

19:45 146
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 219
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

20:38 120
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 196
.

Madyar gələn həftə Zelenski ilə görüşəcək

Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib. Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricə

20:45 109
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

20:57 133
.