Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto
"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur".
BiG.AZ xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir.
Açıqlamada bildirilib ki, xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır.
"Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir. Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını göstərir. Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir. Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır", - açıqlamada qeyd olunub.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 109 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
13:30 240 Ən dadlı narı necə seçmək olar?
Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır. Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Dietoloq Steys
21:00 1 D vitamini qəbul edənlərə XƏBƏRDARLIQ
D vitamini çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan preparatlarla bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, D vitamininin D2 forması orqanizmdə D3 vitamininin səviyyəsinin azalması ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Böyü
13:50 295 Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12:59 633 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
18:31 194 "Kişi qadından ancaq namus üstə boşanar"
"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən
20:15 138 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
17:03 339 Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
19:00 137 İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
11:43 184