Liseylərin I sinfinə qəbul üçün müsabiqə ləğv olunur-Nəticəsi necə olacaq?

Liseylərin I sinfinə qəbul üçün müsabiqə ləğv olunur-Nəticəsi necə olacaq?Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, 1-ci sinfə qəbul qaydalarında bəzi yeniliklər edilib. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçən uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, 2025-2026- cı tədris ili üçün I sinfə şagird qəbul qaydalarında edilən dəyişikliklər bir tərəfdən təhsildə bərabərliyə xidmət edən demokratik addım kimi təqdim olunsa da, digər tərəfdən təhsil keyfiyyəti, şəffaflıq və ictimai gözləntilər baxımından ciddi narahatlıqlar doğurur:
Liseylərin I sinfinə qəbul üçün müsabiqə ləğv olunur-Nəticəsi necə olacaq?"Əvvəlki illərdə "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və "Tərəqqi" texniki-humanitar liseyinə qəbul həm prioritetlər, həm də müsabiqə yolu ilə aparılırdı. Bu, eyni zamanda keyfiyyətli təhsilə çıxışda müəyyən balansı qoruyur, eyni məktəbdə həm qeydiyyat yerinə, həm də intellektual səviyyəyə görə şagirdlərin qəbuluna imkan yaradırdı. Yeni qərara əsasən, bu üç məktəbdə artıq müsabiqə keçirilmir, yalnız prioritetlərə əsasən və sərbəst seçim əsasında qəbul aparılacaq. Bu, o deməkdir ki, məktəbin yaxınlığında qeydiyyatda olmayan, lakin istedadlı və hazırlaşmış uşaqlar üçün həmin məktəblərdə təhsil almaq imkanı praktik olaraq aradan qalxır.

Bu yanaşma Təhsil haqqında Qanunun 5.1.3-cü maddəsindəki "təhsildə bərabərlik və hər kəs üçün əlçatanlıq" prinsipinə uyğun görünsə də, praktikada bu, təhsilin keyfiyyətinə və sosial ədalətə zidd nəticələr doğura bilər. Əgər məktəb dövlət hesabına fəaliyyət göstərirsə, o zaman cəmiyyətin istedadlı, motivasiyalı uşaqları üçün müsabiqə yolu ilə giriş imkanları saxlanmalı idi. Əks halda, bu məktəblər tədricən yalnız müəyyən ərazi və sosial qrupun təhsil məkanı olaraq qalacaq və bu da təhsil imkanlarının getdikcə segmentləşməsinə, yəni ayrı-seçkiliyə gətirib çıxaracaq.

Daha problemli məqam isə budur ki, müsabiqə tələbinin ləğvi tədrisin digər dildə aparıldığı bölmələrdə edilib. Bu isə daha ciddi ideoloji və strateji məsələdir. Əgər bu qərar, sadəcə rus bölməsi ilə məhdudlaşırsa, o zaman sual yaranır: nəyə görə bu güzəşt yalnız qeyri-azərbaycandilli bölməyə tətbiq edilir? Əgər məqsəd məktəbəqədər dövrdə dili bilməyən uşaqların adaptasiyasını asanlaşdırmaqdırsa, bu məsələ fərdi dəstək proqramları və təlim mexanizmləri ilə həll olunmalı idi, müsabiqənin ləğvi ilə deyil. Əgər isə məqsəd sosial ədalət idisə, o zaman bu model bütün bölmələrə şamil edilməli idi. Yalnız seçilmiş məktəblərdə və seçilmiş bölmələr üzrə bu modelin tətbiqi bərabərlik və ədalət prinsiplərinə ziddir.

Digər tərəfdən, elan olunan qərarda göstərilir ki, eyni tipli digər 6 məktəb üçün müsabiqənin olub-olmaması müraciətlərin sayına görə müəyyən ediləcək. Bu, isə qaydaların qeyri-müəyyən və dəyişkən olduğu təəssüratı yaradır. Həm valideynlər, həm də uşaqlar bu prosesə vaxtında hazırlaşmaqda çətinlik çəkəcəklər. Müraciət sayına əsasən qərar vermək, planlaşdırma və şəffaflıq baxımından uyğun mexanizm deyil. Qaydalar tədris ili başlamazdan əvvəl aydın və dəyişməz şəkildə müəyyən olunmalıdır ki, iştirakçılar da öz strategiyasını öncədən planlaşdıra bilsin.

Müsbət tərəfdən qeyd etmək olar ki, bu qərar bəzi valideynlər üçün məktəbə qəbul prosesində sadələşmə və stressin azalması baxımından müsbət qarşılanacaq. Müsabiqənin ləğvi ilə müəyyən sosial qrupların uşaqları üçün məktəbə daxil olmaq daha asan ola bilər. Lakin bu, təhsilin keyfiyyəti və məktəb resurslarının istifadəsi baxımından mənfi nəticələr doğura bilər. Daha geniş miqyasda yanaşsaq, bu qərar nəticəsində istedadlı, hazırlıqlı, özəl uşaq bağçalarında xüsusi təlim keçmiş uşaqların dövlət məktəblərinə inteqrasiyası çətinləşə bilər. Nəticədə həmin uşaqlar daha çox özəl məktəblərə yönələcək və təhsil sistemində bölgüləşmə daha da dərinləşəcək.

Dünya təcrübəsində istedadlı uşaqların dövlət məktəblərində təhsilə cəlbi üçün xüsusi proqramlar mövcuddur. Məsələn, Almaniyada və Koreyada xüsusi testlər vasitəsilə intellektual bacarığı yüksək olan uşaqlar üçün gimnaziya və liseylərə müsabiqə yolu ilə qəbul sistemi qorunur. Eyni zamanda, Fransa və Finlandiyada məktəb yaxınlığı prinsipi saxlanılsa da, müəyyən miqdarda yer ictimai açıq müsabiqəyə ayrılır. Bu balans modeli həm sosial ədaləti, həm də təhsil keyfiyyətini təmin etməyə kömək edir.

Nəticə olaraq, müsabiqə prinsipinin seçilmiş məktəblər üzrə və yalnız qeyri-azərbaycandilli bölmələrdə ləğvi təhsilin strateji istiqamətlərinə uyğun deyil. Qərar bərabərlik adı altında keyfiyyət prinsiplərini zəiflədə bilər və sosial strukturda təhsilə çıxış imkanlarını daralda bilər. Bu prosesin şəffaf, ümumi strategiyaya əsaslanan və uzunmüddətli nəticələr baxımından əsaslandırılmış şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Əks halda, təhsildə bərabərlik şüarı altında təhsilin keyfiyyəti və ictimai güvən risk altına düşə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1721   Tarix: 08 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları

Yumurtanı yalnız soyuducuda deyil, dondurucu kamerada da saxlamaq olar. Düzgün dondurulduqda yumurta bir neçə ay ərzində müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin yumurtanı qabıqlı halda dondurucuya qoymaq olmaz. Çünki donma zamanı içərisindəki maye genişlənir və nəticədə qabı

19:45 1
.

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

11:13 188
.

Güc Əlinizə Keçəndə, Əslində Kim Olarsınız?

Bu günlərdə elə xəbərlər eşidirik ki, insan bir müddət sonra xəbərin özündən çox, ona verdiyi reaksiyaya təəccüblənməyə başlayır. "Yenəmi. "Bu da oldumu. "Artıq heç nəyə təəccüblənmirəm. Bəlkə də ən təhlükəli cümlə məhz budur:. Artıq heç nəyə təəccüblənmirəm. Çünki təəccüblənmək əslind

15:26 141
.

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki

15:10 130
.

İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara

13:35 371
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

12:18 282
.

Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur

"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim

12:03 198
.

Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı

Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10

18:30 1
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 0
.