Metrodan istifadə edənlərin DİQQƏTİNƏ! İctimai nəqliyyatdan istifadə ediləcək

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ! İctimai nəqliyyatdan istifadə ediləcəkBakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.

BiG.AZ bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə "28 May" stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli – yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq "Dərnəgül" elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – "Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək "Nizami" stansiyasını birbaşa "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində "Nizami" stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:

• "Dərnəgül" istiqamətindən gələn sərnişinlər "Nizami" stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;

• "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər isə "28 May" stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.

Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir.

Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün "28 May" stansiyasında həm "İçərişəhər", həm də "Dərnəgül" istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da "28 May" stansiyasından yalnız "İçərişəhər" və "Həzi Aslanov" istiqamətinə, "Cəfər Cabbarlı" stansiyasından isə yalnız "Dərnəgül" və "Xətai" istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.

Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcəkdir.

Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaqdır. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

Bakı Metropoliteni, bu mühüm mərhələnin mümkün qədər operativ şəkildə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edir, sərgilənəcək anlayışa görə sərnişinlərə və ictimaiyyətə təşəkkürünü bildirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1281   Tarix: 11 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlər təkbətək görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:05 141
.

İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir

"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə

12:15 237
.

Azərbaycan-Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti

"Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin mina çirklənməsinin ağır nəticələri ilə üzləşməsi bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini, texnoloji yeniliklərin tətbiqini və beynəlxalq həmrəyliyi

11:55 212
.

Prezident onu qarşıladı - Fotolar

Bu gün Bakıda Laos Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulit

11:22 149
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 155
.

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd

12:37 209
.

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir

15:44 155
.

Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı

Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10

18:30 1
.

Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ

12:45 177
.