"Son zəng" sadə və milli ruhda keçirilsin: Sosial bərabərlik üçün çağırış
Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı məlumatlar yayılıb.
Lakin sonradan Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir deyə bəyanat yayılıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, "Son zəng" tədbirlərində xarici musiqi və rəqslərə icazə verilməsəydi, bu çox müsbət addım olardı. Hər il bu tədbirlərdə bayağı və kriminal aləmə səsləyən musiqilərin səslənməsi, milli ruhda olan rəqslərin isə kölgədə qalması cəmiyyətdə narahatlıq doğurur və müzakirələrə səbəb olur:
"Son zəng illərdir ki, sanki yarışmaya çevrilib. Bir tədbirə ortalama 300-500 manat xərclənir. Bəzi ailələr bu vəsaiti qarşılayacaq imkana malik olmadığından, övladları tədbirə qoşula bilmir və bu da sosial ayrı-seçkiliyə səbəb olur.
Əgər bu tədbirlər məktəbli formasında və daha sadə formatda keçirilsəydi, bu daha ədalətli olardı. Əgər "Son zəng" mərasimlərinin sadə və milli ruhda keçirilməsinə dair qərar veriləcəksə, bu addım indi, hazırlıq prosesləri başlamamışdan əvvəl atılmalıdır. Şagirdlər və valideynlər də nəyə necə hazırlaşmalı olduqlarını öncədən bilməlidirlər.
Tədbirlərdə milli musiqilərin səslənməsi, tar, kamança kimi musiqi alətlərindən istifadə olunması isə çox gözəl bir təşəbbüs olardı.
Yayılan ilkin xəbərin məni sevindirməsinə baxmayaraq, sonradan təkzib olunması təəssüf doğurdu. Ümid etmək istəyirik ki, təhsil sistemində bu dəfə doğrudan da müsbət bir addım atılacaq.
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə çağırış edirəm: "Son zəng"lə bağlı konkret və aydın qərarın qəbul edilməsi, son dövrlərin ən düzgün və cəmiyyət üçün faydalı addımlarından biri olacaqdır. Tədbirlər bir mənalı şəkildə məktəbli formasında, məktəb daxilində və bütün məzunların bərabər şəkildə iştirak edə biləcəyi səviyyədə keçirilməlidir. Sosial bərabərlik əsas prinsiplərdən biri olmalıdır.
Azərbaycan gənci ümumtəhsil mərhələsini başa vurub yeni həyata qədəm qoyursa, bu proses milli-mənəvi dəyərlər fonunda tamamlanmalıdır. Hətta agentlik bu istiqamətdə qərar qəbul etməsə belə, bir vətəndaş və təhsil sahəsində çalışan biri olaraq, belə bir qərarın qəbulunu düzgün və vacib hesab edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1506 Tarix: 11 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 141 İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir
"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə
12:15 237 Azərbaycan-Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti
"Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin mina çirklənməsinin ağır nəticələri ilə üzləşməsi bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini, texnoloji yeniliklərin tətbiqini və beynəlxalq həmrəyliyi
11:55 212 Prezident onu qarşıladı - Fotolar
Bu gün Bakıda Laos Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulit
11:22 149 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 155 Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
12:37 209 Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir
15:44 155 Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı
Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10
18:30 1 Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ
12:45 177