"Bolt"dan həmin qəza ilə bağlı AÇIQLAMA
"Bolt tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar tətbiq vasitəsilə qeydiyyatdan keçir. Qeydiyyat zamanı sürücüdən dövlət tərəfindən təyin olunan tələblərə əsasən sənədlərin yüklənməsi tələb olunur."
Lent.az xəbər verir ki, bu barədə "Bolt" taksi şirkəti aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı məlumatda qeyd edib.
Bildirilib ki, sənədlərin yoxlanılıb təsdiqindən sonra tərəfdaş sürücüyə sürücü hesabı açılır və həmən şəxs fəaliyyətə başlayır. Bu proses sahibkarlar tərəfindən qurulan və işlədilən avtoparklarda fəaliyyət göstərən sürücülərin qeydiyyatı üçün də eynidir:
"Aprelin 10-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü tərəfindən saat 12:59-da sifariş qəbul olunmuş və saat 13:11-də sərnişin göstərilən ünvandan götürülüb. Qeyd edək ki, qeydiyyatdan keçmiş sürücü həmin gün, qəza baş verməzdən əvvəl saat 10:18-də şəxsiyyətin yoxlanılması və təsdiqlənməsi mərhələsindən keçib.
Qəza törətmiş avtomobilin buraxılış kartı bu il yanvarın 23-də yoxlanılıb. Həmin avtomobil tərəfindən ilk sifariş isə 23 yanvar tarixində icra olunub. Aparılan araşdırma nəticəsində müəyyən olunub ki, qəzanı törədən avtomobilin buraxılış kartı aprelin 8-də müvafiq dövlət qurumu tərəfindən ləğv edilib.
Adətən bu kimi hallarda avtomobilin "Bolt" platformasında fəaliyyətinin dayandırılması bloklanma prosesi əsasında qısa müddət ərzində həyata keçirilir. "Bolt" şirkəti buraxılış kartlarının səhihliyini və mövcudluğunu müvafiq dövlət qurumunun məlumatları əsasında mütəmadi yoxlayır və buraxılış kartı olmayan avtomobillərin fəaliyyətini ən qısa müddətdə (1 gün ərzində) bloklayır. Lakin aprelin 10-da taksi parkı tərəfindən bu nəqliyyat vasitəsi və müvafiq icazələri, o cümlədən sertifikatı olmayan sürücü daşımalara cəlb edilib. Bu cür hallar yolverilməzdir və qanunvericiliyin pozulması kimi qiymətləndirilir".
"Bolt"dan həmçinin bildirilib ki, şirkət üçün əsas prioritet sərnişin və sürücünün təhlükəsizliyidir:
"Artıq 2023-cü ildən "Bolt" tərifindən Sürücünün uyğunluğu funksiyası (Driver verification) işə salınıb və 2024-cü ilin sonundan avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi funksiyası (car verification) icra edilir. Hər iki funksiya avtomobil və sürücünün uyğunluğunu yoxlayaraq, qaydalara davamlı riayət olunmasına dəstək olur.
Sürücünün kimliyinin mütəmadi yoxlanılması və təsdiqi funksiyası, "Bolt" tətbiqinə təhlükəsizliyi artırmaq üçün əlavə olunub. Bu funksiya, sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, canlı operator tərəfindən qiymətləndirilir.
Hazırda istintaq davam edir və aidiyyəti qurumların müraciəti əsasında tələb olunan məlumat və dəstək "Bolt" tərəfindən təqdim olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1023 Tarix: 12 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
10.11.2026 194 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152 Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB
Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni
10.11.2026 192 Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses
10.11.2026 210 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
10.11.2026 222 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 304 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
10.11.2026 210 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 162