Bakı əhalisi üçün HƏYƏCAN ANONSU

Bakı əhalisi üçün HƏYƏCAN ANONSUSon günlər Bakıda müşahidə edilən hava şəraiti yaz fəslinə xas olmayan sərinliklə müşayiət olunur. Bir neçə gün öncə 25-30 dərəcə olan hava temperaturu hazırda cəmi 9 dərəcəyə qədər enib. Şəhərdə həmçinin yağış və güclü külək müşahidə olunur.

BiG.AZ yenisabah-a istinadən xəbər verir ki, sinoptiklər bu vəziyyəti şimaldan gələn soyuq hava axınları və bölgədə aktivləşən atmosfer cəbhələri ilə əlaqələndirirlər: Mütəxəssislər bildirirlər ki, bu cür kəskin hava dəyişikliyi bəzi əhali qrupları üçün risklidir.

Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər bu günlərdə daha ehtiyatlı olmalıdır. Belə hava şəraiti tənəffüs yolları infeksiyalarının, soyuqdəymənin və astma kimi xəstəliklərin artmasına səbəb ola bilər.

Eyni zamanda, hava dəyişiklikləri psixoloji vəziyyətə də təsir göstərə bilər - halsızlıq, yuxusuzluq və əhval dəyişikliyi bu günlərdə çox insanın qarşılaşdığı hallardandır.

Sinoptiklər yaxın günlərdə havanın nisbətən sabitləşəcəyini proqnozlaşdırsalar da, vətəndaşlara isti geyinmək, nəmlənməməyə diqqət etmək və bədənin müqavimətini qorumaq tövsiyə olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3436   Tarix: 13 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq

Azərbaycan ilə Kamboca arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, investisiya

11:08 185
.

Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA

Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib

11:31 153
.

Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı

"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. "Ümid edirəm ki, Bakıda keçiriləcə

15:03 152
.

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, filmi

10:44 170
.

Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur

"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim

12:03 198
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 179
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 155
.

Azərbaycan məktəbləri üzərindən aparılan mümkün təxribat cəhdləri narahatlıq doğurur

Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur

11:34 197
.

Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti

"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə

12:24 168
.