Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, görüş bu ölkənin Milli Təsviri İncəsənət Muzeyində keçirilib.
Bildirilib ki, muzey Vyetnamın bədii irsini nümayiş etdirən əsas mədəniyyət ocaqlarındandır. Muzeyin qalereyaları yerli və digər ölkələrdən ziyarətçiləri cəlb edən unikal kolleksiyaya sahibdir. Daimi ekspozisiyalarla yanaşı, burada müvəqqəti sərgilər, uşaqlar üçün yaradıcı məkan da var.
Leyla Əliyeva və No Fon Li iki ölkə arasında mövcud əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, Azərbaycanla Vyetnam arasında sıx əməkdaşlıq hələ Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfərini məhz Vyetnama etdiyi vaxtdan başlayıb. Bu gün isə Ümummilli Liderin adını daşıyan Fond iki ölkə arasında münasibətlərin sıx tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq səviyyələrində davam etdirilməsi üçün Vyetnamla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.
Görüşdə dövlət səviyyəsində qurulan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil, sosial sahələr üzrə layihələr çərçivəsində daha da dərinləşməsinin vacibliyi vurğulanıb, bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə əməkdaşlığının möhkəmlənməsində növbəti addım olacağına əminliklərini ifadə edilib.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1954-cü ildə yazdığı "Vyetnam süitası" əsərinin 2023-cü ildə Hanoy şəhərində premyerasının keçirilməsi, Azərbaycan musiqiçilərinin Vyetnam Milli Musiqi Akademiyası ilə birgə konsert proqramının təşkili kimi mədəni layihələrin gələcəkdə də davam etdirilməsinin, hər iki ölkənin mədəniyyət günlərinin təşkil olunmasının, o cümlədən mədəniyyət xadimlərinin, ziyalıların və gənc fəalların qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyi bildirilib, iki ölkənin turizm potensialı, ətraf mühitin qorunmasına yönələn layihələr diqqət mərkəzində olub. Həyata keçirilən layihələrin ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə xüsusi rol oynadığı qeyd edilib.












BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1139 Tarix: 22 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMonqolustan və Ukrayna ilə bu sazişlər təsdiqləndi - Yenilənib
"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış "Azərbaycan Respublikas
12.10.2026 225 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 319 "Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"
"Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri BİG.AZ-
12.10.2026 418 D vitamini qəbul edənlərə XƏBƏRDARLIQ
D vitamini çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan preparatlarla bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, D vitamininin D2 forması orqanizmdə D3 vitamininin səviyyəsinin azalması ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Böyü
12.10.2026 395 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12.10.2026 352 Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar
12.10.2026 324 Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
12.10.2026 253 Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti
12.10.2026 415 El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12.10.2026 302