Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü - Həbs edildi

Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü - Həbs edildiBakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət edən şikayətçi "Bolt" tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və YB dövlət qeydiyyat seriyalı avtomobilin 1976-cı il təvəllüdlü sürücüsü A.Məhərrəmov (şərti) saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs sərnişinlə yolda söhbət etdiyini, ona spirtsiz içki təklif etdiyini, lakin əxlaqsız təkliflər etmədiyini deyib:

"Şirkətə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Hadisə günü saat 14 radələrində "Port Baku" istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul etdim. Xanım sərnişin arxa oturacaqda əyləşdi. Ondan hara gedəcəyini soruşdum, rus dilində gedəcəyi ünvanı dedi, daha sonra adını soruşdum, adının Yana olduğunu bildirdi. Ona rus dilində nə gözəl adı olduğunu dedim. Daha sonra həmin xanım su istədiyini bildirərək marketdə saxlamağı xahiş etdi.

Avtomobildə olan spirtsiz energetik içkini təklif etsəm də, xanım adi su istədiyini bildirdi. Yaxınlıqdakı marketdə avtomobili saxladım, özü düşərək su alıb qayıtdı. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşdu, ona ödənişin kartla olduğunu bildirdim. Lakin hər hansı bir əxlaqsız təklif etməmişəm. Polisə dəvət olunarkən çox əsəbi olduğum üçün səs tonumu yüksəltmişəm, əlavə ifadələrdən istifadə etmişəm. Buna görə polis əməkdaşlarından üzr istəyirəm".

Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb.

Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1342   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Monqolustan və Ukrayna ilə bu sazişlər təsdiqləndi - Yenilənib

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış "Azərbaycan Respublikas

12.10.2026 225
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 319
.

"Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"

"Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri BİG.AZ-

12.10.2026 418
.

D vitamini qəbul edənlərə XƏBƏRDARLIQ

D vitamini çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan preparatlarla bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, D vitamininin D2 forması orqanizmdə D3 vitamininin səviyyəsinin azalması ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Böyü

12.10.2026 395
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12.10.2026 352
.

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar

12.10.2026 324
.

Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı

İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb

12.10.2026 253
.

Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti

12.10.2026 415
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12.10.2026 302
.