Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ"Monitorinqin məqsədi yalnız şagirdlərin bilik səviyyəsini ölçmək deyil, eyni zamanda, müəllimlər, proqram tərtibatçıları və təhlil aparan idarəedici orqanlar üçün vacib məlumatların toplanması və təhlilinin aparılmasıdır. Bu il monitorinq 300 mindən çox şagirdi əhatə edəcək. IV sinif şagirdləri tədris dili və riyaziyyat fənləri üzrə sualları cavablandıracaqlar. VI sinif şagirdləri isə təbiət, tədris dili və riyaziyyat fənləri üzrə monitorinqə cəlb olunacaqlar. Suallar mövcud tədris proqramına uyğun hazırlanıb. Bu monitorinqin özəlliyi odur ki, suallar hazırlanarkən kifayət qədər ciddi elmi-metodik iş aparılıb".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O bildirib ki, bu monitorinqdə şagirdlərin təhlil və düşünmə bacarıqları tələb edən suallarla da qarşılaşması nəzərdə tutulub. Bu cür suallar həm də müəllimlər üçün bir göstərici rolunu oynayır. Belə ki, bu nəticələr əsasında həm kiçik, həm də böyük summativ qiymətləndirmələrin gələcəkdə daha keyfiyyətli şəkildə hazırlanması mümkündür:

"Bu ilin yeniliklərindən biri də odur ki, ölkə üzrə 10 000 şagird rəqəmsal qiymətləndirməyə cəlb olunacaq. Həmin şagirdlər xüsusi təchiz olunmuş mərkəzlərdə, kompüter vasitəsilə, rəqəmsal formatda keçiriləcək monitorinqdə iştirak edəcəklər. Qalan şagirdlər isə əvvəlki illərdə olduğu kimi, kağız daşıyıcı üzərində aparılan monitorinqə qatılacaqlar".

Onun sözlərinə görə, rəqəmsal qiymətləndirməni daha çox şagirdi əhatə edəcək şəkildə davam etdirmək planlaşdırılır. Bu yanaşma bir tərəfdən kağız daşıyıcılardan qənaətlə istifadəyə, digər tərəfdən isə monitorinq materiallarının yoxlanmasının rəqəmsallaşdırılması sayəsində prosesin sadələşdirilməsinə və zamana qənaətə imkan verir:

"Eyni zamanda, bu addım həm şagirdlərdə, həm də təhsil verənlərimizdə rəqəmsal bacarıqların formalaşmasına töhfə verir", - deyən müsahibimiz valideynlərə müraciət edib:

"Sabah övladlarının monitorinqdə iştirakına dəstək göstərsinlər, onların təyin olunmuş məktəblərə vaxtında gəlmələrini təmin etsinlər. Növbəti mərhələlərdə valideynlər öz övladlarının, məktəblərinin nəticələri barədə də məlumatlı olacaqlar".

Nəticələrə gəldikdə isə Vəfa Yaqublu deyib ki, rəqəmsal formatda keçirilən qiymətləndirmənin nəticələri dərhal əldə edilir. Kağız daşıyıcı üzərində aparılan qiymətləndirmənin nəticələrinin yoxlanılması isə müəyyən vaxt tələb edə bilər:

"İstənilən halda, nəticələrin açıqlanması vahid və şəffaf qaydada həyata keçiriləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 652   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.