Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Bunun məhsuldarlığa mənfi təsir edəcəyi proqnozlaşdırlır.

Son günlərdə ölkəmizdə yağıntı miqdarının normadan dəfələrlə artıq müşahidə edilməsi kənd təsərrüfatı sahəsinə də ciddi ziyan vurmaqdadır. Əvvəlki dövrlərdə bu aylarda artıq bazarlarda bir çox mövsümi meyvə-tərəvəzlərə rast gəlirdik. Lakin havaların yağışlı keçməsi bu il üçün heç də üzümüzü güldürmür. Belə vəziyyətdə çoxumuzu bir sual düşündürür: havanın belə qeyri-sabit keçməsi kənd təsərrüfatına necə təsir göstərəcək? Bunun bazardakı qiymətlərə təsiri olacaqmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub

Aqrar ekspert Eldar Hüseynovun sözlərinə görə, yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub: "Havaların dəyişkən keçməsi, davamlı yağışların yağması kənd təsərrüfatı üçün çox pis oldu. Məhsul əkilən bölgələrimizdə ciddi fəsadlar var. Quba və Qusar ərazisində yağan leysan yağışları nəticəsində 80 min hektar əkin sahəsi ciddi ziyan görüb. Bəzi yerlərdə məhsulları yenidən əkirlər. Bu isə onların yetişməsində gecikməyə səbəb ola bilər. Şimal bölgələrində məhsulların gecikməsi digər ərazilərə görə, daha çox müşahidə ediləcək. Həm də havalar belə olduğu dövrdə məhsullarda xəstəliklər də yayılır. Bunun qarşısını almaq da xeyli çətin olacaq".

Hansı məhsullara ziyan dəyib?

E.Hüseynov bildirdi ki, Mil-Muğan zonasında bu dövrlərdə bir çox məhsullar, tərəvəzlər yetişirdi. Lakin bu il həmin zonada da məhsulların yetişməsində gecikmələr var: "Açıq havada əkilən pomidorun da bazara çıxmasında gecikmələr olacağı gözlənilir. Bu gedişlə qarpızın da yetişməsi uzanacaq. Qeyri-sabit hava şəraiti ən çox tərəvəzlərə təsir edəcək. Tərəvəz seqmentində ən çox ziyan görən pomidordur. Soğana xeyli ziyan dəyib. Meyvələr üçün isə elə də böyük risk mövcud deyil".

Ekspert qeyd etdi ki, taxıl məhsulları da yağışdan ziyan görən məhsullar siyahısındadır: "Taxıla da yağıntılar xeyli ziyan vurub. Bəzi sahələrdə kiflənmə, yatma müşahidə edilir. Normalda may ayının 20-dən arpa yığımı başlayacaq, iyunda isə buğda biçiləcək. Havalar bir az isindiyi təqdirdə bu məhsullarla bağlı problemlər aradan qalxa bilər".

İxrac olunan məhsullarla bağlı heç bir problem olmayacaq

Ekspertin fikrincə, yağıntılarla əlaqədar məhsullar az olacağından, qiymətlərin də artacağı qaçılmazdır: "Keçən il bu ildən daha çox məhsul əkilmişdi. Məsələn, keçən il 10 hektar badımcan əkilmişdisə, bu il bu rəqəm 2 hektardır. Pomidor bu il daha çox əkilib. Lakin daşqınlar səbəbindən əksəriyyəti tələf oldu. Aran zonasında Beyləqan və Yevlaxda pomidorları don vurdu. Bu səbəbdən pomidor ilk dövrlərdə baha ola bilər. Lakin payıza doğru bahalaşma səngiyəcək".

E.Hüseynov bildirdi ki, ixrac olunan kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem olmayacaq: "Çünki ixrac üçün əsasən istixanalarda yetişdirilən məhsullar göndərilir".

"Aqroparklar yaradılmalıdır"

İqtisadçı Rauf Qarayev də qeyd etdi ki, yağıntılardan ən çox ziyan görən tərəvəzlərdir: "Yağış mütəmadi olaraq müşahidə olunarsa, yeraltı suların qalxması müşahidə edilir. Nəticədə insanlar əkdikləri tərəvəzləri yığa bilmirlər. Məhsul məhv olduğu üçün bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur".

R.Qarayev daxili bazarda qiymətlərin yüksəlməməsi üçün aqroparkların yaradılmasını zəruri sayır: "Aqroparklarda istənilən məhsulu yetişdirə bilərik. İqlim dəyişikliyi, yağıntılar aqroparklara təsir etmir. Belə olarsa, artıq bazarda məhsul qıtlığı da yaranmayacaq".

İdxaldan asılılıq artacaq

R.Qarayevin sözlərinə görə, kənd təsərrüfatı məhsulları ilə bağlı qıtlığı aradan qaldırmaq üçün idxala da yönələ bilərik: "Əgər yağıntılar səbəbindən ölkəmizdə məhsul qıtlığı yaranarsa, digər ölkələrdən idxal edə bilərik. İdxal istiqamətlərinə İran, Gürcüstan, Türkiyə, Rusiyanı daxil etmək olar".

Ekspert düşünür ki, artıq aqrar strategiyamızı dəyişməliyik: "Bütün dünyada iqlim dəyişir. Dünyada da isti regionlar soyuyur, şimal regionlarda istiləşmə baş verir. Bu da o deməkdir ki, artıq cənubda yetişən məhsullar şimalda da yetişdirilə bilər və ya əksinə. Bu səbəbdən ölkəmizin kənd təsərrüfatı strategiyasında dəyişiklik edə bilərik. Bunu edə bilsək, havaların sərt, qeyri-sabit keçməsi kənd təsərrüfatına o qədər də təsir etməz".

R.Qarayevin fikrincə, havaların yağışlı keçməsindən istifadə etməliyik: "Çünki kənd təsərrüfatı sahəsində su çatışmazlığı yaranır. Bunun qarşısını almaq üçün süni göllər yaradılmalıdır. Ölkəmizdə yağış sularından yetərincə istifadə edilmir. Yağışlı havanın çox olması daşqınların yaranmasına səbəb olur. Bu, bir çox hallarda məhsullara ziyan vurur. Bunun qarşısının alınması üçün bəndlərin möhkəmlənməsi işləri də aparılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidə güclü yanğın başladı

Xankəndi şəhərində güclü yanğın baş verib. "Qafqazinfo"nun əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb. İlkin məlumata əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib

16.07.2026 160
.

Rusiya Kiyevdə və Ukrayna limanlarında hərbi hədəfləri vurduğunu bildirir

Rusiya Müdafiə Nazirliyi cümə axşamı günü Ukraynanın paytaxtı Kiyevdəki hərbi və sənaye obyektlərinə, eləcə də Odessa və Pivdennı limanlarında infrastruktur obyektlərinə və dəniz gəmisinə zərbələr endirdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, həm Moskva, həm də Kiyev əsas iqtisad

16.07.2026 195
.

Azərbaycanda qızılın qıramı neçəyədir?

Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib. "Yeni Sabah" xəbər verir ki, dünya birjalarında qızılın bir troya unsiyasının qiyməti hazırda 4063 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bunun paralelində, Azərbaycanda 1 qra

16.07.2026 186
.

EKSPERT: "Gələcəyin mediasında qalib gələn PLATFORMA deyil, keyfiyyətli məzmun olacaq"

İctimai Televiziyanın baş direktoru Balakişi Qasımovun ənənəvi televiziyanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər media sektorunda geniş müzakirələrə səbəb olub. O bildirib ki, ənənəvi televiziya özünün son on ilini yaşayır və rəqəmsal platformaların təsiri getdikcə artır. Bu açıqlama fonunda dünyanı

16.07.2026 206
.

"Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər

"Qarabağ"ın UEFA Avropa Liqasının ilk mərhələsi çərçivəsində "Vestri" ilə bu gün səfərdə oynayacağı matçın yayımı sual altındadır. Təmsilçimizin İslandiyada baş tutacaq cavab görüşü ölkəmizdə göstərilməsi düyünə düşüb. İlk oyunu yayımlayan "CBC Sport"dan -ın sorğusuna cava

16.07.2026 230
.

Rohinca qaçqınlarını daşıyan iki gəmi batıb: Yüzlərlə ölən var

Benqal körfəzində Rohinca qaçqınlarını daşıyan iki gəminin qəzaya uğraması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir. "The Times of India"nın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən yaydığı xəbərə görə, göyərtəsində ümumilikdə təxminən 530 qaçqını

16.07.2026 167
.

"1500 manatımı qaytar" - Hüseyndən Zaura tələb

Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluğa sənət aləmi də rəy bildirib. "Yeni Sabah" xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib. Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da şərh yazıb

16.07.2026 310
.

Sabah 35 dərəcə isti olacaq

İyulun 17-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiq

16.07.2026 177
.

Rusiyanın büdcə kəsiri proqnozdan təxminən 1 trilyon rubl çox ola bilər

Rusiyanın federal büdcəsində 2026-cı il üzrə xərclər təsdiqlənmiş plandan 1 trilyon rubldan (təqribən 13 milyard dollar) çox arta bilər. xəbər verir ki, bu barədə "Reuters" Rusiya hökumətinin büdcə portalının məlumatlarına istinadən xəbər yayıb. Məlumata görə, federal büdcə xərcləri hazırk

16.07.2026 167
.

TOP MP3