"Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinə ilk növbədə Naxçıvanın blokadadan çıxarılması rakursundan yanaşırlar" - Politoloq

"Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinə ilk növbədə Naxçıvanın blokadadan çıxarılması rakursundan yanaşırlar" - PolitoloqTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir.

Mövzu ilə bağlı politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Türkiyə və Azərbaycan dəhliz və onunla bağlı məsələlərə ilk növbədə Naxçıvanın blokadadan çıxarılması,onunla dəhlizdən keçməklə quru əlaqəsinin bərpa edilməsi,habelə Mərkəzi Asiyanın türk dilli dövlətləri ilə inteqrasiyasiya əlaqələrinin genişləndirilməsi rakursundan yanaşırlar:

"Zəngəzur dəhlizi və onun ətrafında nəqliyyat kommunikasiya,loqistika problemlərinin həlli ilə bağlı məsələlər regionun tranzit rolunu və əhəmiyyətini artıra biləcəyindən bu gün kifayət qədər geosiyasi məzmun və mahiyyət təşkil edən qlobal peoblemdir. Onun realizə olunmasına region və dünya birliyi tərəfindən böyük maraq olduğundan dəhliz ətrafında məsələlər geosiyasi qarşıdurmanın güclənməsinə səbəb olur. Səbəb isə bəllidir,dəhliz regionda geosiyasi nüfuz dairəsi uğrunda gedən mübarizənin ayrılmaz tərkib hissəsinə çevrilib.
Dəhlizə maraq Azərbaycanın Ermənistanla müharibədə əldə etdiyi qələbədən sonra yenidən artıb. Bu qələbə regionda yeni geosiyasi konfiqurasiyanın formalaşmasına gətirib çıxarıb.
Türkiyə və Azərbaycan dəhliz və onunla bağlı məsələlərə ilk növbədə Naxçıvanın blokadadan çıxarılması,onunla dəhlizdən keçməklə quru əlaqəsinin bərpa edilməsi,habelə Mərkəzi Asiyanın türk dilli dövlətləri ilə inteqrasiyasiya əlaqələrinin genişləndirilməsi rakursundan yanaşırlar.Hesablamalara görə dəhlizin istifadəyə verilməsi Azərbaycanın ixracat imkanlarının 710 milyon dollara qədər artırılmasına ,habelə Naxçıvanla əlaqə bu illər ərzində hava məkanı vasitəsilə aparıldığından 10 milyon dollar qənatə gətirib çıxarmasına səbəb ola bilər.
Azərbaycanın 1-ci Qarabağ müharibəsində məğlubiyyətindən sonra Türkiyənin sabiq prezidenti Turqut Ozal,habelə xarici işlər naziri H.Çetin dəhliz vasitəsilə Mərkəzi Asiyanın türk qövmünə çıxmaq üçün amerikalı diplomat Pol Qoblun ərazi mübadiləsi layihəsini müdafiə edirdilər. Yəni Dağlıq Qarabağ üzərində Azərbaycan Ermənistanın hakimiyyətini qəbul edir,bunun müqabilində isə dəhliz vasitəsilə Naxçıvan Azərbaycanla birləşir və anklav durumundan çıxır.Lakin Azərbaycanın ərazi bütövlüyü üçün böyük təhlükə təşkil edəcək bu məkrli planın reallaşmasının qarşısını ulu öndər Heydər Əliyev özunə məxsus diplomatik bacarıq və siyasi uzaqgörənliklə almış oldu.
Bu gün dəhliz ətrafında danışıqlar Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya və İranın,qərbdə qlobalist dairələrlə bağlı siyasi elitaların,habelə rəsmi Pekinin də diqqət mərkəzindədir.
Regionda birinci Qarabağ müharibəsi nəticəsində qapadılmış nəqliyyat kommunikasiya xətlərinin açılması Azərbaycanın tələbi və Rusiyanın dəstəyi ilə 2020-ci ilin Moskva razılaşmasında bir daha gündəmə gəlmişdir.Həmin razılaşmanın 9-cu müddəasına uyğun olaraq dəhliz istifadəyə verildikdən sonra orada yükdaşınmalara Rusiya Federasiyasının sərhəd bölmələri nəzarət etməlidir,lakin Qərblə bağlı olan Ermənistan iqtidarı məhz bu məsələnin reallaşmasının qarşıaını almaq üçün dəhliz ətrafındakı danışıqları ləngidir və bu zaman Qərbin Orta dəhlizlə bağlı maraqlarından çıxış edir.Qərb Rusiyanı,o cümlədən bir kəmər,bir yol layihəsi ilə çıxış edən Çinin dəhlizdə üstün mövqelərə malik olmasına yol vermək istəmir.
Dəhlizin istifadəyə verilməsi Azərbaycanın qaz ixracat imkanlarının artmasına şərait yaratmış olacaq. İran bunun rəsmən əleyhinə olmasa da, dəhlizin Ermənistanın Sunik vilayətinin ərazisindən keçməsi,habelə İranın Ermənistanla mövcud sərhədlərinin dəyişdirilə biləcəyi ilə bağlı məqamları qabardaraq məlum layihənin realizə olunmasına mane olmaq istəyir. Dəhlizin istifadəyə veriləcəyi halda İran öz ərazisi ilə Azərbaycanın keçirdiyi malların ixracatından,habelə qaz ixracatından gəlirlərinin 30%aşağı düşəcəyindən ehtiyat edir. Odur ki,Türkiyə prezidenti bu xüsusda İrana müraciət edib,ondan dəhlizlə bağlı Ankara və Bakının təşəbbüslərinin müdafiə edilməsini xahiş edir.Türkiyə və Azərbaycan arasında 2023-cü ilin 15 iyun Ankara bəyannaməsi imzalandıqdan sonra rəsmi Ankaranın bu layihə ətrafında diplomatik və işgüzar fəallığı daha da artıb.Rusiya isə dəhliz ətrafındakı danışıqlarda 2020-ci ilin Moskva razılaşmasının şərtlərini müdafiə edir.
Dəhlizin reallaşmasına qlobalist dairələrlə bağlı Avropa siyasi elitalarının fəallığı isə səngimir.Makron Fransasının bu günlərdə Gorusda konsulluğun açılması ilə bağlı Paşinyan hökuməti ilə əldə etdiyi razılıq bunu təsdiq edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1425   Tarix: 29 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ

11.10.2026 277
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

11.10.2026 287
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11.10.2026 307
.

Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar

11.10.2026 181
.

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"

11.10.2026 186
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

11.10.2026 186
.

Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı

ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"

11.10.2026 191
.

SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən

11.10.2026 215
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11.10.2026 252
.