"1918-ci ildə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bu məlumatların daşıyıcısı olan bir çox ilkin mənbələr məhv edilib"

"1918-ci ildə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bu məlumatların daşıyıcısı olan bir çox ilkin mənbələr məhv edilib""Erməni millətçilərinin mifik "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün uzun illər ərzində tətbiq etdikləri zorakılıq və etnik təmizləmə siyasəti Azərbaycan xalqı üçün böyük faciələr doğurmuşdur. Tarixdə ən dəhşətli olaylardan biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi qırğınlardır. Bakı Soveti və daşnak-bolşevik silahlı dəstələrinin iştirakı ilə törədilmiş bu hadisələrdə dinc əhali - qadın, uşaq və qoca demədən - xüsusi qəddarlıqla qətlə yetirilmiş, on minlərlə insan öz torpaqlarından zorla didərgin salınmışdır. Həmin dövrdə yalnız Bakı şəhəri deyil, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələr də faciədən sarsılmışdır. Qırğınların miqyası dəhşət doğurur. 1918-ci ilin martın 30-dan aprelin 3-dək olan dövrdə on minlərlə azərbaycanlı öldürülmüş, insanların yaşadıqları məhəllələr dağıdılmış, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Eyni zamanda, minlərlə ləzgi, yəhudi, rus, avar və talış mənşəli insan da bu amansızlıqdan zərər görmüşdür. Kütləvi məzarlıqlarda tapılmış insan sümükləri göstərir ki, qətlə yetirilənlər balta və digər küt alətlərlə öldürülmüş, bəzilərinin başları xəncərlə bədəndən ayrılmış, mismarlardan istifadə olunmuşdur. Bu, erməni cəlladlarının törətdiyi vəhşiliyin sərhədsiz olduğunu bir daha sübut edir." Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Partiya sədri Sovet dövründə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bir çox ilkin mənbələrin məhv edildiyini və bu səbəbdən xüsusilə Şamaxı hadisələrinin araşdırılmasının hələ də davam etdiyini bildirib: "Əslində baş vermiş qətliamın tam mənzərəsi bu günə qədər dəqiq məlum deyil. Yerli tədqiqatçılar qeyd edirlər ki, bu və digər bölgələrdə baş vermiş kütləvi qırğınlar yalnız Azərbaycan xalqına deyil, həm də ölkə ərazisində yaşayan digər xalqlara qarşı yönəlmişdir. 1918-ci ilin mart hadisələri yalnız milli və dini mənsubiyyətə görə dinc əhaliyə qarşı törədilmiş soyqırımı kimi tarixdə qeyd olunmalıdır. Ermənilər bu cinayətləri öz siyasətlərinin bir hissəsi kimi açıq şəkildə etiraf ediblər. Tarixçi Yervand Lalayan qeyd edir ki, daşnak hökumətinin 30 aylıq hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizi qətlə yetirilmişdir. Hətta cəllad Njdehin xatirəsinə 1989-cu ildə Qafanda ucaldılan abidənin açılış mərasimində qeyd olunmuşdur ki, "indi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb." Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisələrin öyrənilməsi və soyqırımı kimi tanınması işinə böyük təkan 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərman olmuşdur. Həmin Fərmanla martın 31-i rəsmi olaraq "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş, 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilərək sistemli işə başlanmışdır. Bu təşəbbüslər sayəsində soyqırımı ilə bağlı yeni faktlar üzə çıxmış, Quba şəhərində kütləvi məzarlıq aşkar edilmiş və müasir dövr üçün tarixi ədalət təmin olunmuşdur. Dünya ictimaiyyəti qarşısında da Azərbaycanın prinsipial mövqeyi açıqdır: 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın bütün ərazilərində törətdiyi soyqırımı hadisələri geniş şəkildə tədqiq edilməli, bu faciələrin xatirəsi əbədiləşdirilməlidir. Prezident İlham Əliyevin 2013-cü ildə Qubada Soyqırımı memorial kompleksinin açılışı zamanı bildirdiyi kimi, 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan 31 Mart günü bu qanlı səhifəni unutmamaq və gələcək nəsillərə ötürmək üçün vacibdir. Beləliklə, 1918-ci ilin mart soyqırımı yalnız Azərbaycan tarixinin deyil, həm də bəşəriyyətin yaddaşında unudulmaz qanlı səhifə olaraq qalır. Bu faciə dərin tarixi dərslər verir, milli yaddaşın qorunmasının və ədalətin təmin edilməsinin nə qədər vacib olduğunu göstərir" - deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 142
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

00:15 104
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.