Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsin son aldığı əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılmasıdır.
Bu barədə "Globalinfo.az"a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O qeyd edib ki, hazırda dövlət qulluqçularının pensiyası qulluq stajı və son dövrdə aldıqları dövlət məvacibi nəzərə alınmaqla hesablanır.
"15 il dövlət qulluğu stajı üçün orta dövlət məvacibinin 50 faizi, 15 ildən artıq hər il üçün isə əlavə 3 faiz nəzərdə tutulur və bu göstərici maksimum 80 faizə çata bilir. Bu mexanizm uzun müddət dövlət qulluğunda çalışan və yüksək vəzifələr tutan şəxslərin pensiyasının yüksək formalaşmasına imkan verir.
Yeni modeldə isə pensiyanın əsas hissəsinin fərdi hesabda toplanmış pensiya kapitalı əsasında, ümumi qaydada hesablanması, bunun üzərinə isə sabit aylıq əlavə verilməsi nəzərdə tutulur. Beləliklə, pensiyaya çıxarkən alınan yüksək vəzifə maaşının əvvəlki kimi həlledici rolu olmayacaq və sistem daha çox sığorta prinsipinə yaxınlaşdırılacaq.
Dəyişikliyin təsiri bütün pensiyaçılar üçün eyni olmayacaq. Uzun stajı və yüksək son əməkhaqqısı olan şəxslərin pensiyasına təsir daha ciddi ola bilər. Bu qəbildən olan pensiyaçıları xüsusi çəkisi bütün pensiyaçıların təxminən 10%-ni təşkil edir. Əksinə, daha aşağı maaşla işləyib fərdi hesabında böyük pensiya kapitalı formalaşdıran şəxslər üçün nəticə fərqli olacaq. Buna görə yeni mexanizmi bütün xüsusi şərtlərlə pensiya alanların pensiyasının mütləq azalması kimi qiymətləndirmək düzgün deyil.
Digər dəyişiklik pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Təklifə əsasən, orta aylıq əməkhaqqı səviyyəsində və ondan aşağı pensiyalar tam indeksləşdirilə, daha yüksək pensiyalar üçün isə daha aşağı indeksləşdirmə əmsalı tətbiq oluna bilər. Lakin konkret faiz və formul hələ yekun hüquqi norma kimi müəyyənləşmədiyindən ayrı-ayrı pensiyaçılar üzrə artım və ya azalmanı indidən hesablamaq mümkün deyil.
Beləliklə, təklif olunan modeldə son əməkhaqqısının rolu azalır, fərdi pensiya kapitalının əhəmiyyəti artır və qulluq stajına görə faiz əlavəsinin əvəzinə sabit aylıq əlavə tətbiqi nəzərdə tutulur.
Qanun hələ qüvvəyə minməyib və söhbət hazırda yalnız təklif olunan mexanizmdən gedir. Məlumata görə, yeni qaydaların qüvvəyə minənədək təyin edilmiş pensiyalara geriyə şamil edilməsi və əvvəlki ödənişlərin geri tələb olunması nəzərdə tutulmayıb. Mövcud pensiyaların gələcəkdə yenidən hesablanıb-hesablanmayacağı isə qanunun yekun mətnindən və keçid müddəalarından asılı olacaq", - deyə A.Nəsirli vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 96 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477