Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlamaRamazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur.

Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar.

Bəs bu məqam menyuların qiymətinə təsir göstərə bilərmi? Baku TV bunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxlayıb.

"Martın sonu, aprel, may və iyunun 15-dək olan günlər üçün toy sifarişlərimiz var. Aprelin 16-dan etibarən Məhərrəm ayı başlayır. Ondan sonra sifarişlər yavaş-yavaş verilir. Adətən Məhərrəmlik ərəfəsində gəlib tarix götürürlər. Qiymət artımı isə bizdən asılı deyil. Əgər bazarda artım olmasa, biz də qiymətləri qaldırmayacağıq. Bazarda ciddi bahalaşma olarsa, bizdə də 3-5 manat fərq yarana bilər", - administratorlardan biri deyib.

"Ramazan bayramından sonra toylarımız yaxşı gedir. Qiymətlərdə artım yoxdur. Məhərrəm ayından sonrakı tarixlər üçün də sifarişlər verilir və qiymətlərdə yenə dəyişiklik yoxdur. Bazarda bahalaşma olsa da, hazırda qiymətlər eyni qalır", - digər administrator bildirib.

Görünən odur ki, hələlik qiymət artımı gözlənilmir. Lakin bazarda məhsulların qiymətində yüksəlmə olarsa, vəziyyət dəyişə bilər.

Qeyd edək ki, hazırda şadlıq saraylarında menyu qiymətləri minimum 45-50 manatdan başlayır. Bəzi restoranlarda isə bu rəqəm 100 manat və daha yuxarı məbləğdə təklif olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1160   Tarix: 30 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nadir kosmik teleskop Yerə düşür: NASA onu xilas etməyə çalışır

NASA 22 ilə yaxın müddətdə Yer orbitində fəaliyyət göstərən Swift kosmik teleskopunu xilas etmək üçün qeyri-adi missiyaya hazırlaşır. Qaynarinfo xəbər verir ki, " "un məlumatına görə, agentlik aparatın orbitdən çıxaraq atmosferdə yanmasının qarşısını almaq məqsədilə təxminən 30 milyon dolla

03.07.2026 300
.

Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT

Yeni genetik araşdırma uzun illər Avropadan yayıldığı hesab edilən atların əslində Şimali Amerika mənşəli genlər daşıdığını və Çindən keçərək Avropaya çatdıqlarını ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, araşdırma qədim atların qitələr arasında yayılması və təkamülü ilə bağlı indiyədə

03.07.2026 274
.

Fransa, Belçika və Niderlandda isti hava səbəbindən ən azı 3700 ölüm hadisəsi qeydə alınıb

Fransa, Niderland və Belçika iyun ayında Avropada temperaturun kəskin şəkildə yüksəlməsinə səbəb olan isti hava dalğası zamanı 3700 ölüm hadisəsi qeydə alıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu rəqəmlərin ilkin olduğunu və arta biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislər

03.07.2026 224
.

"Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər" - Video

"Buzovnada yerləşən sanatoriya mərkəzində qapının şüşəsi qırılaraq 7 yaşlı oğlumun üzərinə tökülüb. Mərkəzdən mənə zəng edərək şüşənin pulunu ödəməyimi tələb etdilər". Bu şikayətlə "Qafqazinfo"ya uşağın atası Camal Əkbərov müraciət edib. Şikayətçinin sözlərinə görə, hadisə böyük oğlunu

03.07.2026 385
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

03.07.2026 342
.

Yay tətili uşaqlar üçün necə keçməlidir? - Valideynlərin bilməli olduğu vacib məqamlar

Yay tətili uşaqların həm dincəlməsi, həm də yeni bacarıqlar qazanması üçün ən əlverişli dövrdür. -in məlumatına görə, mütəxəssislər bildirirlər ki, üç ay davam edən tətil yalnız ekran qarşısında keçməməli, uşaqların fiziki, psixoloji və sosial inkişafına töhfə verən fəaliyyətlərlə zəngin olmalıdır. Psixoloqları

03.07.2026 317
.

İsrail Xameneyinin dəfn mərasiminə hücum planı hazırlayır

İsrailin İranın ali dini lideri Əli Xameneyinin dəfn mərasimi zamanı hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilir. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hücumun nə vaxt gerçəkləşdiriləcəyi hələlik açıqlanmayıb. İsrailin məqsədi İranın yüksək rütbəli dövlət rəsmilərini məhv etməkdir. Müəllif

03.07.2026 341
.

Abbas Bağırovdan restorana etiraz: Müştəriyə hörmətsizlik edirlər

Əməkdar artist Abbas Bağırov Hacıkənddə fəaliyyət göstərən restorandakı xidmətdən narazılığını ifadə edib. "Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Roofs" restoranı ilə bağlı paylaşım edib. Müğənni məkanda xidmət səviyyəsinin onu qane etmədiyini bildirib. O, sifarişləri

03.07.2026 331
.

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın cənub-qərbindəki Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb

03.07.2026 306
.

TOP MP3