Tramp İlon Mask haqqında: "50% dahidir, 50% uşaq"
ABŞ Prezidenti Donald Tramp texnologiya milyarderi İlon Maskı öz müşavirləri ilə söhbətlərində "50 faiz dahidir, 50 faiz uşaq" kimi xarakterizə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşr Ağ Evdəki mənbələrə istinadla qeyd edir ki, Trampın başqa bir "proporsiya" ifadəsi də olub: "90 faiz dahi, 10 faiz uşaq".
Prezidentin bu qeydləri, Maskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti (DOGE) çərçivəsində gördüyü işlərdən narazılığını göstərir.
Mənbələrin sözlərinə görə, Tramp bir dəfə müşavirlərinə Maskın 1 trilyon dollar büdcə qənaətinə dair vədinin "boş söz" olub-olmadığını soruşub. Bu sual prezidentin Maskın real təsirinə şübhə ilə yanaşdığını ortaya qoyub.
Qeyd edilir ki, Mask tez-tez yüksək vəzifəli məmurlarla razılaşdırmadan qərarlar verib və bu da Ağ Evdə narazılığa səbəb olub. O, hətta prezidentin yaxın müşavirlərindən biri və Ağ Evin aparat rəhbəri Süzan Uaylsla da koordinasiyaya getməyib. Nəticədə Tramp müdaxilə edərək Uaylsa Maskın komandasına ciddi nəzarət etməyi tapşırıb.
Mənbələr bildirirlər ki, Tramp Maskın nazirlərə qarşı kəskin və hörmətsiz davranışlarından da narazı qalıb. O, kabinet iclaslarından birində Maskın digər administrasiya üzvlərinə qarşı "çirkin şəkildə" davrandığını eşidəndə təəccübünü gizlədə bilməyib.
Bundan əlavə, Mask Trampın yüksək gömrük rüsumlarının tətbiqi təşəbbüsünü və dövlət xərclərinin azaldılmasına dair qanun layihəsini açıq şəkildə tənqid edib.
Maskın administrasiyanı tərk etdiyini Tramp şəxsən deyil, onun "X" platformasında paylaşdığı postdan öyrənib.
Buna baxmayaraq, Tramp Maskla münasibətlərini isti saxlayır. Cümə günü keçirilən ortaq mətbuat konfransında o, milyarderə təşəkkür edib və gələcəkdə onun tövsiyələrinə qulaq asacağını istisna etməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 31 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11.10.2026 184 Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11.10.2026 167 "Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"
11.10.2026 169 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
11.10.2026 172 Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11.10.2026 196 Gömrükdən 67 piton keçirənlər saxlanıldı
Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük
11.10.2026 242 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi
11.10.2026 182 Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsind
11.10.2026 174 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11.10.2026 197