Kurslar məktəbi əvəzləyir: Azərbaycan təhsilində dəyişən güc balansı

Kurslar məktəbi əvəzləyir: Azərbaycan təhsilində dəyişən güc balansıRepetitorluq modelindən kurs sisteminə keçid Azərbaycan təhsilində uzun illərdir davam edən struktur çatışmazlıqların nəticəsidir. Son 5-7 il ərzində kurslara axının artması məktəbin, müəllimin və dövlət təhsil sisteminin ictimaiyyət qarşısında nüfuzunun zəifləməsindən qaynaqlanır. Hazırda ali məktəblərə hazırlaşan abituriyentlərin əksəriyyəti – bəzi rayonlarda 80 faizə qədəri – repetitor deyil, kurs modelinə üstünlük verir. Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən 2024-cü ildə qəbul imtahanlarında iştirak edən 132 min abituriyentin təxminən 70 faizi hansısa tədris kursunun abituriyentidir. Bu isə məktəbin funksional yükünü öz üzərinə götürən qeyri-formal təhsil müəssisələrinin normallaşmasına işarədir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki,Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 13-cü maddəsində alternativ təhsil formaları, o cümlədən özəl kurslar haqqında müddəalar göstərilsə də, bu sahədə tətbiq edilən nəzarət mexanizmləri faktiki olaraq yetərli deyil. Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kursların qeydiyyatı, lisenziyalaşdırılması, vergi ödəyicisi kimi nəzarətdə saxlanılması nəzərdə tutulsa da, hazırda ölkə üzrə fəaliyyət göstərən kursların yalnız az bir hissəsi (təxminən 35-40%-i) rəsmi lisenziyaya malikdir. Qalan hissə isə ya fərdi şəxslərin adından qeyri-rəsmi fəaliyyət göstərir, ya da "tədris mərkəzi" adı altında kommersiya fəaliyyəti həyata keçirir. Bu isə təhsilin özəlləşməsi deyil, anarxik bazar modelinə yönəlməsi deməkdir:

Kurslar məktəbi əvəzləyir: Azərbaycan təhsilində dəyişən güc balansı"Kursların təhsildə müəyyən qədər funksional əhəmiyyəti var. Onlar sistemli test bankları təqdim edir, müntəzəm sınaq imtahanları keçirir, şagirdin nəticələrini valideynə hesabat şəklində təqdim edir və qruplaşdırılmış təlim mühiti yaradır. Kurslar repetitorluqdan fərqli olaraq, fərdi yox, kollektiv öyrənmə modelini tətbiq edir və bu da müəyyən psixoloji və sosial dinamikanı stimullaşdırır. İmtahan nəticələrində kurs abituriyentləri repetitor hazırlığında olanlara nisbətən daha müntəzəm irəliləyiş göstərə bilir, çünki kurslar tez-tez təkrar imtahanlar və qruplar üzrə nəticə müqayisələri aparır. Bu isə rəqabət mühiti yaradır. Həmçinin, kurslar bir çox hallarda şagirdlərin məktəb təhsilində qarşılamadığı ehtiyaclarını (təkrar izah, mövzu üzrə praktika, zaman planlaması) ödəyir.

Bununla yanaşı, kurs modelinin ciddi mənfi cəhətləri var. Əvvəla, kursların əksəriyyəti təhsil keyfiyyəti deyil, qazanc prioriteti ilə fəaliyyət göstərir. Bu isə tədris prosesində məzmunun yox, sayın əsas götürülməsi ilə nəticələnir. Kurs rəhbərləri üçün önəmli olan qrupun doluluğu və valideynin ödəmə qabiliyyətidir. Bu isə müəllimin seçiminə, dərs keyfiyyətinə və öyrənmə mühitinə mənfi təsir edir. Digər tərəfdən, kurslar məktəb təhsilinin əvəzləyicisinə çevrilib. Bu gün şagirdlər məktəbə formal olaraq gedir, əsas tədrisi isə kursda alır. Belə bir model məktəbin legitimliyini və dövlət təhsilinin effektivliyini zəiflədir.

Əlavə olaraq, kurslarda pedaqoji təcrübəsi olmayan şəxslərin dərs deməsi halları artıb. Pedaqoji ixtisası və ya müəllimlik təcrübəsi olmayan şəxslər sadəcə özünün imtahan nəticələrinə və ya sosial şəbəkə populyarlığına əsaslanaraq kurslarda dərs deyir. Bu isə təhsil keyfiyyətində ciddi enməyə səbəb olur. Kurslarda şagird yüklənməsi də yüksəkdir – bir çox hallarda şagirdlər məktəb sonrası 5-6 saatlıq kurs təlimlərinə qatılır, bu isə onların psixoloji yüklənməsi, sosial izolyasiyası və dərsə qarşı ümumi marağının itməsi ilə nəticələnir".
Kurslar məktəbi əvəzləyir: Azərbaycan təhsilində dəyişən güc balansıEkspert qeyd edib ki, dünya təcrübəsi göstərir ki, effektiv təhsil sistemi olan ölkələrdə kurs və repetitorluğa ehtiyac olmur. Məsələn, Finlandiya, Norveç, Niderland, Estoniya kimi ölkələrdə məktəb sistemi elə qurulub ki, şagird məktəbdən kənarda əlavə hazırlığa ehtiyac duymur. PISA 2022 nəticələrinə əsasən bu ölkələrdə şagirdlərin 80 faizindən çoxu yalnız məktəb təhsili ilə yüksək nəticə əldə edir. Əvəzində, Cənubi Koreya, Yaponiya və Çində kurs sektorları çox inkişaf edib. Koreyada "hagwon" adlanan hazırlıq kursları məktəbdən sonra məcburi tədris modeli kimi qəbul olunur. Lakin bu ölkələrdə son illərdə təhsil bərabərsizliyi, psixoloji yüklənmə və sosial təzyiqlərlə bağlı ciddi tənqidlər var. Koreya hökuməti 2023-cü ildən etibarən gecə saat 10-dan sonra kursların fəaliyyətini qadağan edib və məktəb proqramlarının təkmilləşdirilməsi istiqamətində islahatlara başlayıb:

"Azərbaycan təhsil sistemində bu kurs mərkəzlərinin yayılması məktəb sisteminin keyfiyyət problemi ilə birbaşa bağlıdır. Əgər məktəb, müəllim və dərslik sistemi şagirdin imtahana hazırlığını tam təmin edə bilsəydi, kurslara bu qədər ehtiyac olmazdı. Məsələn, 2024-cü ilin rəsmi məlumatlarına əsasən, orta məktəblərdə 11-ci sinif şagirdlərinin yalnız 18 faizi ali məktəbə hazırlığı məktəbdən aldıqlarını etiraf edib. Bu isə məktəbin ali təhsilə hazırlıq funksiyasını yerinə yetirmədiyini göstərir.

Hazırkı vəziyyətdə kursların əsas təhsilə çevrilməsi normallaşdırılır. Lakin bu normallaşma təhsildə ciddi bərabərsizliklər yaradır. Aztəminatlı ailələrin övladları bu kurslara gedə bilmədiyi üçün yarışdan əvvəlcədən kənarda qalır. Bu isə sosial mənşəyə görə savad fərqinin yaranmasına səbəb olur. Bütün bu problemlər təhsilin kommersiyalaşdırılması fonunda daha da dərinləşir.

Bu modelin dəyişməsi üçün məktəb sistemi gücləndirilməli, təhsil proqramları real imtahan modelinə uyğunlaşdırılmalı, müəllim hazırlığı təkmilləşdirilməli və dövlət tərəfindən ictimai kurslar təşkil olunmalıdır. Həmçinin kurs mərkəzlərinin lisenziyalaşdırılması ciddi şəkildə nəzarətə götürülməli, müəllim heyəti sertifikatlaşdırılmalı, təhsil keyfiyyəti monitorinq edilməlidir. Əgər bu istiqamətdə dəyişikliklər baş verməzsə, yaxın 5 ildə məktəb sadəcə sertifikat alma yeri, kurs isə real təhsil məkanı kimi qəbul ediləcək və bu, təhsil sisteminin dağılmasına gətirib çıxaracaq.

Əslində, kurslar təhsildə dəstəkçi funksiyanı yerinə yetirməlidir, əsas funksiyanı isə məktəb daşımalıdır. Amma Azərbaycanda bu funksiya dəyişib. Nəticədə valideyn məktəbdən yox, kursdan nəticə gözləyir. Bu isə təkcə təhsilin yox, dövlətin maarifçilik ideologiyasının da məğlubiyyətidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1126   Tarix: 02 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.