Sumqayıt bulvarında attraksion qiymətlərini kim artırıb? (AÇIQLAMA)
Sumqayıt şəhər İcra Hakimiyyəti 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bulvarda attraksionların qiymətinin 5 manata qaldırılması ilə bağlı məlumata aydınlıq gətirib.
Qurumun mətbuat katibi Eyvaz Qocayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sumqayıt bulvarında fəaliyyət göstərən attraksionlar və əyləncə mərkəzləri fərdi sahibkarlar tərəfindən idarə olunur:
"Bu səbəbdən qiymət siyasəti Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmir və tənzimlənmir. Bu cür halların İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilməsi haqda bildirilənlər reallığı əks etdirmir".
Qeyd edək ki, tanınmış aparıcı Mətanət Əliverdiyeva sosial səhifə hesabında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Sumqayıt bulvarında attraksionların qiymətinin 1 manatdan 3-5 manata kimi qaldırılması ilə bağlı şikayətlənib. Aparıcı buna etirazını bildirdikdə orada qiymətin yuxarıdan tənzimləndiyini vurğulayıblar:
"Ayıb olsun, kiminsə adından istifadə etməyin. Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir? Ayıb olsun! Soruşuram ki, sizə kim ixtiyar verib qiyməti qaldırasınız? Cavab verirlər ki, yuxarıdan. Kiminsə adından istifadə etməyin. İnanmıram ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sizə belə göstəriş versin. Əgər belə şey olsaydı, hamısının qiyməti qalxardı. Uşaqlardan istifadə etməyin. Bakıda ən yaxşı attraksionlar pulsuz olub. Ayıb olsun sizə. Heç gözləməzdim".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1088 Tarix: 03 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11.10.2026 211 Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar
11.10.2026 167 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11.10.2026 197 Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ
11.10.2026 214 Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11.10.2026 196 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 185 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11.10.2026 178 Sabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy
11.10.2026 205 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün
11.10.2026 193