"Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"

"Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi""Birinci övladım qız oldu. Sən demə böyrək çatışmazlığım var imiş və mənə uşaq dünyaya gətirmək olmazmış. Həkimlər övladım bətnimdə 6 aylıq olanda dedilər ki, gəl çıxaraq. Söylədim ki, olmaz. Mən artıq onu hiss edirdim. Həyat yoldaşım Valid də həkimlərlə eyni fikirdə idi. Cavab verirdim ki, ölərəm, uşaq qalar, sən böyüdərsən. Onu necə öldürüm, hiss edirəm axı? Allah dözüm verər, qorxma. Kliniki ölüm keçirdim. 1-2 gündən sonra ayıldım. Gətirib qoydular qucağıma ki, sənin qızındır. Baxdım, soruşdum ki, necə dünyaya gəldi? 7 ildən sonra oğlum da oldu. Risk etdim, müalicə aldım. Qətiyyən problem olmadı, heç elə bil xəstəliyim yox idi. Ayağı yüngül oldu".

BiG.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Həftənin qonağı" verilişində danışıb. O, mərhum həyat yoldaşı, ssenarist Valid Sənani və övladlarından söz açıb. O.Sənani bildirib ki, həyat yoldaşı qızı Lalənin onkoloji xəstəliyinə dözməyib və vəfat edib:

"Oğlum Moskvada 5 il oxudu. Həmin illəri Moskvanın bütün təyyarələrində gəzirdim. Həftədə bir dəfə xörəklər bişirib aparırdım. Təkcə onun üçün yox, oradakı tələbə uşaqlar üçün də aparırdım. Maddi imkanın buna çatırdı.

Valid uşaqlarına çox bağlı idi. Qızım xəstələnən gündən o da yatağa düşdü. Mənə və oğluma dedi ki, məni bağışlayın. Soruşdum ki, sənə nə olub? Dedi ki, məndən əlini üz. Cavab verdim ki, nə danışırsan, mən anayam, mən uzanmalıyam qızımın yanında, sən yox. Ayaqları tutuldu. İkisinə də mən baxırdım. Özlərinin yanında ağlamırdım, özümü ələ alırdım. Gülüb danışırdım ki, ürəklərinə heç nə salmasınlar. Çox çətin günlər idi. Səhərə qədər yatmırdım. Qızımı sağalda bildik. Onu evə gətirəndə Valid gördü ki, arıqlayıb, saçları yox idi, ləçək bağlamışdım başına. Ondan sonra Valid ayağa qalxmadı. 2011-ci ildə vəfat etdi. Kişilər çox zəif, iradəsiz, qorxacaqdırlar. Deyirdim, qorxma, Allaha dua et. Lalə ayağa durmamış getdi".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1163   Tarix: 08 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.