Uzunömürlü olub-olmayacağınızı necə öyrənməli? - CAVAB
Bir sıra amillər – həm fizioloji, həm də davranışla bağlı olanlar – uzunömürlülüyün göstəricisi ola bilər.
Uzun ömür adətən düzgün qidalanma, yaxşı irsiyyət və sağlam vərdişlərlə əlaqələndirilir. Lakin alimlər getdikcə daha çox, həm sağlamlığın möhkəmliyini, həm də potensial riskləri proqnozlaşdıra biləcək incə və bəzən təəccüblü amillərə diqqət yetirirlər. Onların çoxu gözəçarpan olmasa da, ciddi elmi araşdırmalarla təsdiqlənib.
Lent.az araşdırmanı təqdim edir.
Doğum vaxtı və sağlamlıq
Araşdırmalar göstərib ki, uşağın ailədəki doğum sırası müəyyən xəstəliklərə meylliliyə təsir edə bilər. Məsələn, ilk doğulan uşaqlar digərlərlə müqayisədə bəzi xərçəng növlərinə – xüsusilə leykoz və xaya şişlərinə – daha çox rast gəlirlər.
Dəqiq mexanizmlər hələ müəyyən edilməyib, lakin statistik əlaqə mövcuddur. Ola bilsin ki, bu, ana bətnindəki mühit, ananın keçirdiyi stress və ya immun sistemin uyğunlaşması ilə əlaqəlidir.
Barmaqlar və hormonlar: Uzunluq əhəmiyyət daşıyır
Əl barmaqları – şəhadət və adsız barmaq – arasındakı nisbət, ana bətnindəki hormonal fondan xəbər verə bilər. 60 yaşdan yuxarı 4500-dən çox kişi üzərində aparılan bir araşdırmada məlum olub ki, şəhadət barmağı adsız barmaqdan uzun olan kişilərdə prostat xərçəngi riski 30 faiz daha aşağıdır.
Alimlər bunu həmin şəxslərin gənc yaşlarında testosteron səviyyəsinin daha aşağı olması ilə izah edirlər.
Fiziki güc və uzunömürlülük
Fiziki güc, xüsusən də əl sıxma gücü (qol gücü), orqanizmin ümumi vəziyyətinin göstəricisi ola bilər. 6000-dən çox insanın uzunmüddətli müşahidəsi göstərib ki, daha güclü əl sıxmaya malik olan şəxslərdə xroniki xəstəliklərin yaranma riski daha aşağı olur və uzun ömür ehtimalı artır. Əzələ gücü bədənin metabolik aktivliyini və orqanizmin qocalma keyfiyyətini əks etdirir.
Saç tökülməsi və ürək-damar riski
Başın təpə hissəsində erkən və ya irəliləyən saç tökülməsi ürək problemlərinin riskinin artdığını göstərə bilər. Harvard Universiteti və Brigham Hospitalının tədqiqatçıları aşkar ediblər ki, bu tip keçəlləşməyə malik kişilərdə ürəyin işemik xəstəliyi riski 36 faiz daha yüksəkdir. Bunun hormonal dəyişikliklərlə və damar tənzimlənməsinin pozulması ilə əlaqəli olduğu güman edilir.
Dindarlıq və ömür uzunluğu
Daim ibadətə gedən və dini həyata fəal şəkildə qoşulan insanlar daha uzun ömür sürürlər. Bunun səbəbləri kompleks ola bilər: stress səviyyəsinin azalması, sosial qruplarda iştirak, daha sağlam həyat tərzinə riayət, həmçinin daxili rahatlıq və emosional dayanıqlılıq.
Niyə qadınlar daha uzun yaşayır?
Alimlər qadınların kişilərdən niyə daha uzun yaşadığını da araşdırırlar. Məsələ təkcə hormonlar və reproduktiv biologiya ilə bağlı deyil, sosial faktorlar da rol oynayır.
Qadınlar tibbi yardıma daha tez müraciət edir, sağlamlıqlarına daha diqqətlə yanaşır və təhlükəli davranışlara daha az meyllidirlər. Bu da onların uzunömürlülük şanslarını artırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 837 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında
11.10.2026 360 Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11.10.2026 167 Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11.10.2026 171 Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11.10.2026 179 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
11.10.2026 172 Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür
11.10.2026 160 Dava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11.10.2026 211 Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"
11.10.2026 140 ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11.10.2026 181