"Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır" EKSPERT AÇIQLADI

"Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır" EKSPERT AÇIQLADIAzərbaycanda 2025-ci ildə dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsaitin ayrılması bir tərəfdən dövlətin təhsilə diqqətini göstərsə də, digər tərəfdən bu vəsaitin məntiqsiz, qeyri-effektiv və nəticəsiz xərcləndiyini sübut edən təkrar olunan struktur problemlər mövcuddur. Dərs vəsaitlərinə hər il milyonlarla manat pul ayrılmasına baxmayaraq, onların elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiq imkanları ciddi şəkildə şübhə altındadır. Əgər bu qədər böyük vəsait ayrılırsa, nəticə də müvafiq olaraq təhsil alanın inkişafına, müəllimin işini asanlaşdırmağa və məktəbdə təlim prosesinin effektivliyinə töhfə verməlidir. Lakin real mənzərə tam əksini göstərir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır. Birincisi, şagirdlərin yaş xüsusiyyətləri və psixoloji inkişaf mərhələləri nəzərə alınmadan mətnlərin və tapşırıqların tərtib olunmasıdır. Məsələn, ibtidai sinif "Azərbaycan dili" dərsliyində I və II sinif şagirdləri üçün nəzərdə tutulan mətnlərin lüğət tərkibi ağır, cümlə quruluşu mürəkkəb və informativ yükü olduqca yüklənmişdir. Bu, inkişaf psixologiyasında Jean Piaget və Lev Vıqotski kimi tanınmış nəzəriyyəçilərin təklif etdiyi "şagirdin proksimal inkişaf zonası" prinsipinə ziddir. Şagird öz psixoloji və zehni yaşına uyğun olmayan bilgilərlə qarşılaşdıqda, öyrənmə prosesi travmaya və öyrənmədən soyumağa çevrilir:
"Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır" EKSPERT AÇIQLADI"İkincisi, dərsliklərin çoxunda məzmunun ardıcıllığı və inteqrativliyi pozulub. Riyaziyyat, informatika və coğrafiya dərsliklərində anlayışlar arasındakı məntiqi əlaqələr qeyri-kafi şəkildə qurulub. Bu isə şagirdin düşünmə, nəticə çıxarma və tətbiqetmə bacarıqlarının formalaşmasına əngəl törədir. Üçüncüsü, dərsliklərdə şəkil, diaqram, cədvəl və vizual materialların ya keyfiyyətsiz, ya da qavrama gücünə uyğun olmayan şəkildə təqdim edilməsi dəfələrlə müşahidə olunub. Belə vizual təhriflər isə sinifdə müəllimin təlimini çətinləşdirir, şagirdin mövzunu qavramasını zəiflədir.

Bundan əlavə, faktoloji və terminoloji səhvlər, sual və tapşırıqlarda uyğunsuzluqlar, təkrarçılıq, ədəbi və tarixi mənbələrin yanlış interpretasiyası, ideoloji və sosial yanaşmalardakı qeyri-obyektivlik və müəllim üçün metodiki göstərişlərin natamamlığı dərsliklərin sistematik zəifliyini ortaya qoyur. Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarında dərsliklərə istinadla qeydə aldığı illik 100-dən çox sual xətası buna bariz nümunədir.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 18.2-ci maddəsində göstərilir ki, təhsil proqramları və dərs vəsaitləri şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmalı, pedaqoji tələbləri və tədris məqsədlərini ödəməlidir. Lakin bu norma yalnız formal olaraq tətbiq edilir və təcrübədə onun icrasına nəzarət çox zəifdir. Əgər dərslik elmi, metodiki və psixoloji cəhətdən zəruri olan standartlara cavab vermirsə, ayrılan büdcə vəsaiti təkcə səmərəsiz xərclənmiş resurs deyil, həm də şagirdin inkişafına vurulan zərbə kimi dəyərləndirilməlidir.
"Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır" EKSPERT AÇIQLADIDünya təcrübəsində dərsliklərin hazırlanması açıq müsabiqə, ictimai iştirak və çoxsəviyyəli ekspertiza prinsipi ilə tənzimlənir. Məsələn, Finlandiyada dərsliklər dövlət tərəfindən yazılmır, müxtəlif nəşriyyatlar arasında müsabiqə ilə seçilir və yalnız müəllimlər, psixoloqlar, valideynlər və pedaqoji ekspertlərdən ibarət şura tərəfindən təsdiqlənir. Gürcüstanda dərsliklərin ictimai müzakirəsi məcburidir, Türkiyədə isə dərsliklərdəki dəyişikliklər yalnız 3 ildən bir və ictimai monitorinq əsasında həyata keçirilir. Azərbaycanda isə dərslik yazımı qapalı şəkildə həyata keçirilir, müəlliflər, rəy verən ekspertlər və qərarvericilər təkrar-təkrar eyni simalardır, bu isə təkrarçılıq, yaradıcılıq çatışmazlığı və məhdud pedaqoji baxış deməkdir.

Əgər bu sahədə ciddi dəyişikliklər həyata keçirilməzsə, illik milyonlarla manatlıq vəsait itirilmiş büdcə olaraq qalacaq, məktəbdə isə müəllim və şagirdlər bu sistemsizliklə mübarizə aparmağa məhkum ediləcək. Dərslik siyasətində islahatlar aparılmalı, açıq müsabiqə sisteminə keçilməli, şəffaf ictimai rəy mexanizmi qurulmalı, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq artırılmalı və hər bir dərslik mütləq şəkildə psixoloq, pedaqoq, fənn müəllimi və metodistlərin ortaq iştirakı ilə tərtib olunmalıdır.

Dərslik sadəcə kağızda bilik deyil, şagirdin dünyagörüşünü, düşünmə tərzini, şəxsiyyətini formalaşdıran əsas vasitədir. Əgər bu vasitə keyfiyyətsizdirsə, təhsil sisteminin bütövlükdə keyfiyyətindən danışmaq mənasızdır. Mövcud vəziyyət dərhal dəyişməli və dövlət tərəfindən ayrılan milyonlar təhsilin məzmununa çevrilməlidir, yoxsa bu vəsaitlərin nəticəsi cəmiyyət üçün sıfıra yaxın olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 10 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

11.10.2026 360
.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

11.10.2026 167
.

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard

11.10.2026 171
.

Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl

11.10.2026 179
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

11.10.2026 172
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11.10.2026 160
.

Dava zamanı qohumlarını ayıran polis öldürüldü

Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay

11.10.2026 211
.

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"

11.10.2026 140
.

ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər

11.10.2026 181
.