Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sabiq yeganə qadın cərrahı Asiman Məmmədova 13 il çalışdığı işindən qanunsuz çıxarıldığını idda edir.
O, üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"ə müraciət edib.
Asiman Məmmədova bildirib ki, onu xəstədən pul tələb etmək iddiası ilə qanunsuz olaraq işdən azad ediblər.
Öz hüquqlarını bərpa etməyə çalışan cərrah xanım bununla bağlı məhkəməyə də müraciət etdiyini bildirib.
Onun sözlərinə görə, məhkəmə onun xeyirinə, yəni işinə bərpası ilə bağlı qərar qəbul etsə də, hələ də işinə qaytarılmayıb.
İddialarla bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, məhkəmə Asiman Məmmədovanın xeyrinə qərar versə də, apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır.
İnstitutdan o da qeyd olunub ki, Asiman Məmmədova ilə bağlı xəstələrdən daha öncə pul alınmaları ilə əlaqədar hüquqpozmalara görə şikayətlər olub.
"Şikayətlərdən biri ilə bağlı həkimə 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Sonuncu dəfə "tin nyus" səhifəsinin sahibi öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək, bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib.
Nəticədə Asiman Məmmədova hüquq mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22 yanvar 2025-ci il tarixdə öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib", - deyə İnstitutdan bildirilib.
Ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 845 Tarix: 12 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQeydiyyat 1 günə endirildi: Eyni mənzilin bir neçə nəfərə satılması tarixə qovuşacaq? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı müddətinin 1 iş gününə endirilməsi əmlak bazarında mühüm dəyişiklik kimi qiymətləndirilir. Yeni qaydanın tətbiqindən sonra bir sıra millət vəkilləri bu addımın xüsusilə eyni mənzilin bir neçə şəxsə satılması kimi uzun illərdi
10:17 219 "Arzum"un məhkəməsi olacaq
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib. APA-ya istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Apellyasiya şikayəti haki
14:24 187 Baloğlan Əşrəfovun az tanınan mahnısının sirri açıldı
Əməkdar artist, mərhum müğənni Baloğlan Əşrəfovun geniş auditoriyaya tanış olmayan "Seviləydi sevənlər" mahnısı sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Mahnının paylaşılmasından sonra izləyicilər arasında müxtəlif müzakirələr aparılıb. Bəzi istifadəçilər bu əsəri Baloğlan Əşrəfovun ifasınd
15:15 132 Kamçatka sahillərində iki güclü zəlzələ baş verdi
Rusiyanın Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, ilk zəlzələ Avaça körfəzinin akvatoriyasında baş verib. Zəlzələnin ocağı 64,6 kilometr dərinlikdə, episentr
15.07.2026 223 Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - RƏQƏMLƏR
Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb. -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-i ildən 2025-i ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub. Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanları
15.07.2026 313 ÜST-dən xəbərdarlıq: "Ağcaqanad mənşəli təhlükəli virus yayılır
Dünyanın müxtəlif ölkələrində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya (Chikungunya) virusu ilə bağlı narahatlıq artır. Ölkə.az xəbər verir ki, bu barədə xarici KİV-lərin və beynəlxalq səhiyyə qurumlarının məlumatında bildirilib. Son aylarda bir sıra ölkələrdə yoluxma halları yüksəlib, bəzi bölgələrd
15.07.2026 272 Əhalisi 4 milyon azalıb
Rusiya Prezidenti Vladimir Putin 1990-cı illərdə ölkədə sosial sahənin, sənayenin və müdafiə kompleksinin ciddi şəkildə zəiflədiyini bildirib. xəbər verir ki, Putin həmin dövrü xarakterizə edərkən "90-cı illərdə sosial sahəni, sənayeni və müdafiə sektorunu tamamilə dağıtdılar" ifadəsini işlədib
15.07.2026 305 ABŞ-İran müharibəsi yenidən alovlandı: Neft qiymətləri kəskin bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ və İran arasında yenidən artan hərbi gərginlik dünya enerji bazarını diqqət mərkəzinə gətirib. Hörmüz boğazında yaranan vəziyyət isə qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da artırıb. Dünyada daşınan neftin əhəmiyyətli hissəsinin məhz bu strateji marşrutdan keçməsi səbəbindən bazarlard
11:08 194 Azərbaycanda "Temu" sahibi barəsində iş qaldırılıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Dövlət Agentliyinin açıqladığı "2026-cı il üzrə hökmran mövqedən sui-istifadə ilə bağlı rəqabə
15.07.2026 354