"Bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir"-DEPUTAT

"Bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir"-DEPUTAT"Konstitusiyamızın birinci maddəsinin ilk cümləsində ifadə olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Dövlətçiliyin, suverenliyin və demokratiyanın ehtiva olunduğu bu konseptual cümlənin hər hansı tarixi hadisə, yaxud proses ekvivalentini tapmaq istəsəydik, bu, heç şübhəsiz ki, 15 iyun - Milli Qurtuluş günü olardı. Çünki 31 il əvvəl, legitim hakimiyyətin yeganə mənbəyi olan xalq taleyini Heydər Əliyevə etibar etdi.

Bəzən biz ifadələr eşidir və işlədirik ki, 1993-cü ildə xalq Heydər Əliyevə sahib çıxdı, bəli, təbii ki, xalq israrla dövlətin rəhbərliyində Ulu Öndəri görmək istəyirdi, lakin sahib çıxmaq məsələsinə gəlincə, əminliklə deyə bilərik ki, əksinə, 31 il öncə başsız qalmış, taleyin ümidinə buraxılmış xalqa məhz Heydər Əliyev özü sahib çıxdı. Bu prosesi düzgün qiymətləndirmək üçün ilk növbədə Azərbaycan tarixinin faciəvi səhifələrindən olan 1987-1993-cü ilin 15 iyununa qədərki həmin dövrün tarixi-siyasi şəraiti təhlil olunmalıdır".

.

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, Milli Məclisin 16 iyun 1993-cü il Qərarında da ifadə olunduğu kimi, o dövrdə hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, Respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik 1993-cü ilin iyununa qədərki son bir ilin əsas xarakterik əlamətləri idi.

Hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bütün problemlərin fonunda iki məqsədi hədəfləmişdilər, birincisi, nəyin bahasına olur-olsun hakimiyyətdə qalmaq və hakimiyyətdə olduqları müddətdə, xalqın sərvətlərini talamaq, bu yolda bütün maneələri dəf etmək, bütün şərtlərlə razılaşmaq. Bildiyiniz kimi, bunun üçün hətta Kəlbəcəri belə xəyanətkarcasına düşmənə güzəştə getmişdilər:

"Bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir"-DEPUTAT"İkincisi, onların bu xəyanətkar fəaliyyətinin qarşısını ala biləcək yeganə lider, xalqın tək ümid yeri Heydər Əliyevin fiziki məhvinə nail olmaq. Təsəvvür edin, ölkə günü-gündən uçuruma yuvarlandığı, torpaqların işğal olunduğu bir şəraitdə, hakimiyyəti mənimsəməklə xalqa qarşı ən ağır cinayət törədən o dövrkü iqtidar xalqın gözünün Naxçıvana dikildiyini görərək bütün potensialını Heydər Əliyevlə mübarizəyə, Naxçıvana qarşı düşmən münasibətə səfərbər etmişdilər. Onların bu cılız məqsədləri hədəfləyən aciz psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və kor-koranə addımları xalqın səbrini son həddə çatdırmış, ölkədə ciddi narazılıq yaratmışdı. Məhz AXC-Müsavat iqtidarının yarıtmazlığı nəticəsində "mərkəzi hakimiyyətə" tabesizlik göstərən qanunsuz dəstələr meydana çıxmağa başladı. Vəziyyətdən çıxmaq üçün AXC-Müsavat cütlüyünə "günah keçisi" lazım idi və qurban kimi belə qanunsuz dəstələrdən birinə başçılıq edən və milli məsələlərə münasibəti heç də Xalq Cəbhəsi xəyanətkarlarından fərqlənməyən Surət Hüseynov seçildi. O, satqınlıqda və xəyanətdə ittiham edilərək ona qarşı təqibetmə kampaniyasına başlandı və dövrün iqtidarı siyasi hakimiyyətdəki "uğurlarını" hərbi sahədə də təkrarladılar. Təsəvvür edin, cəbhədə ağır döyüşlər getdiyi halda AXC-Müsavat iqtidarı Gəncəyə məqsədyönlü şəkildə Silahlı Qüvvələrin bütün növlərindən ibarət geniş miqyaslı hərbi qüvvələr, hətta hərbi hava hissələri cəlb etdilər. Vətəndaş müharibəsi nəticəsində 35 nəfər həlak oldu, 130 nəfər isə yaralandı. Milli Məclisin 5 iyun 2020-ci il tarixli iclasında Sədrin birinci müavini hörmətli Əli Hüseynlinin çox dəqiqliklə ifadə etdiyi kimi, "qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törətdilər".

Dəhşətlisi odur ki, bu cinayətlər yalnız qardaş qırğınında ehtiva olunmurdu. Qarşıdurma hakimiyyət böhranına gətirib çıxarmış, orduda nizam-intizam xeyli zəifləmiş, nəticədə Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, ciddi itkilər verilmiş, strateji mövqelər itirilmiş və bu rayonların işğalı labüdləşmişdi. Dövlətin kadr siyasətinin Azərbaycan Xalq Cəbhəsinin olmayan potensialına söykənməsi, bir qayda olaraq, ancaq populist və başıpozuq, özü barədə əsassız yüksək qənaətdə olan "meydan yetişdirmələri"nin irəli çəkilməsi, şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə vəzifələrə təyinat idarəçiliyi daha da böhrana sürükləyirdi. Ulu Öndərin özünün dediyi kimi "qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilmiş, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu". Məhz bu kimi kadrların "böyük zəhməti" hesabına yerlərdə hərc-mərclik, zorakılıq halları adi hala çevrilmiş, ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla dövlət orqanlarını öz əllərinə keçirmiş, onsuz da dağıdılmış iqtisadi sistemə köklü ziyan dəymiş, əhaliyə sosial xidmət və təminat xeyli pozulmuşdu.

Bir sözlə, yaşanan proseslərin, o cümlədən Gəncə hadisələrinin timsalında o dövrün getdikcə mürəkkəbləşən ağır situasiyası o zamankı hakimiyyətin səbatsız siyasətinin nəticəsi və məntiqi yekunu idi. Belə bir vəziyyətdə nəinki xalqın, eyni zamanda xəyanətkar və qorxaq AXC-Müsavat cütlüyünün özünün də yeganə ümidi Heydər Əliyevə qalmışdı.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə paytaxta qayıtdığı həmin periodlarda özlüyündə daha iki həqiqəti meydana çıxarmışdı. Birincisi, AXC-Müsavat iqtidarının səbatsız, prinsipsiz və talançı olduğu qədər həm də qorxaqlardan ibarət olmasını. Təsəvvür edin, vəziyyətin ağırlığına baxmayaraq həmin dövrdə Respublikanın rəhbər vəzifəli şəxsləri vətəndaş qarşıdurmasının, qardaş qırğınının törədildiyi Gəncədə - hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbirlər həyata keçirməmişdilər. Nəticədə, xalqın təkidli tələbi ilə Bakıya gəlmiş Ulu Öndər öz həyatını təhlükəyə ataraq Gəncəyə getməli oldu və dövrün iqtidar mənsublarını Azadlıq meydanında dar ağacından sallanmaqdan xilas etdi.
"Bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir"-DEPUTATİkincisi, Azərbaycan xalqı bir daha gördü ki, bu cür qorxaq və prinsipsiz bir hakimiyyət dövləti daha da uçuruma aparır və hakimiyyətin yeganə mənbəyi kimi Azərbaycan xalqı bu satqınların hakimiyyət yolunu birdəfəlik bağladı.

Heydər Əliyev hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi. Sonrakı dövrdə atılan addımlar, başlanan şərəfli yol barədə saatlarla danışmaq olar".

Deputat bildirib ki, ümumiyyətlə, 15 iyun Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, dövlətçiliyin və milli məfkurənin qurtarıcısı kimi çıxış etdiyi ilk tarixi proses olmayıb. Hələ, 1969-cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi. Biz illər ərzində yanlış təbliğatın, bəzi müəlliflərin yarıtmaz tarix dərsliklərinin ucbatından Sovet Azərbaycanına bütövlükdə ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev "dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?" sualına cavab verməyi bacaran ilk və son lider oldu:
"Bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir"-DEPUTAT"Tarixdən bəllidir ki, Sovet hakimiyyətinin ilk illərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Nə qədər qəribə olsa da, SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü Sovetlərə bağlı nə varsa, hər şeyə nifrət aşılamağa, hətta Böyük Vətən müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi KQB sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ NS sədrinin birinci müavini olanda da həmişə milli olub. Əks halda 1988-1989-cu ildə meydan hərəkatında olanlardan çox Heydər Əliyev məhrumiyyətlərə məruz qalmazdı.

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Öncə Bakıda qaldırılmalı olan 3 rəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Əsl müstəqillik yolu, əsl qurtuluş və dirçəliş əslində elə bu idi.
"Bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir"-DEPUTATÜmumiyyətlə, bu gün qərəzsiz və səmimiyyətlə düşünən hər bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir, Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Sirr deyil ki, biz kimin hansı mif uydurmasından asılı olmayaraq, mövcudiyyəti dövründə SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə sidq ürəkdən inanmışıq. Bizim çox dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi Sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın müstəqillik barədə düşünərək SSRİ kimi qüdrətli bir dövlətdən üz çevirməsi faktiki mümkünsüz idi. Amma Ulu Öndərin haqsızlıqlara məruz qalıb 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması bu xalqın sovetlərə inamının itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra, 1988-ci ildə başlanan meydan hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi.

Çox təəssüf ki, bəzi hallarda Azərbaycan tarixçiləri və Azərbaycanın müstəqillik tarixini qələmə alanlar nədənsə bu məqamın üzərindən sükutla keçirlər. Hansı ki, onların çoxunun əlini qələmə də, çörəyə də Heydər Əliyev çatdırmışdır. Əlbəttə, Heydər Əliyevin böyük tarixi cılız adamların yazdığı və yazdırdığı tarix kitablarına sığışa bilməzdi. Çünki, O özü elə tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir - hər kəs, o cümlədən də çox-çox alçaqda dayanıb Əliyev yüksəkliyinə özünü rəqib sayanlar. Təsəvvür edin, prezidentliyi dövründə ona müxalifətdə olanlar da, bu gün Heydər Əliyev yoluna kəm baxmağa çalışanlar da bu böyük şəxsiyyətin qarşısında o qədər acizdirlər ki, həqiqətən, özlərinin heç kim olduqlarını o dərəcədə yaxşı dərk edirlər ki, "mübarizə yolunu" məhz tarixə - ayrı-ayrı tarixi şəxsiyyətlərə uğursuz formada istinad etməkdə, Heydər Əliyev şəxsiyyətini guya onlarla üz-üzə qoymaqda görürlər.

Amma unudurlar ki, istər XX əsrin əvvəlində, istərsə də XX əsrin sonunda onların istinad etdiyi şəxsiyyətlərin, biz onların da ruhunu ehtiramla anırıq, heç birinin özünün yolu olmayıb, amma Heydər Əliyevin yolu var! Çünki əgər hansısa siyasi xətt, ideya davam edirsə, bu, yoldur, amma etiraf edək ki, nə qədər mütərəqqi olur-olsun, siyasi ideyalar faydalı formada davam etmirsə, bu artıq dalandır, yol deyil.

Bu gün Heydər Əliyevin davam edən yolu, siyasi xətti müstəqilliyin, suverenliyin, inkişaf və tərəqqinin yeganə qarantıdır. Tarix özü ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur, güclənir. Tarix də göstərir ki, Azərbaycan xalqının faciələri məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır.

Bilirsiniz ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən onların Azərbaycana ərazi iddiaları var və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə uğurla realizə ediblər. Hətta 60-cı illərin ortalarında sosial-məişət zəminini bəhanə edib Qarabağda qiyam da qaldırmışdılar və Qarabağın Ermənistana birləşdirilməsi hələ o zaman artıq labüd idi. Məhz Heydər Əliyevin simasında Azərbaycanda güclü və milli iradənin hakimiyyətə gəlməsi bu prosesə nöqtə qoydu. 1969-cu ildən 1987-ci ilə qədər Qarabağda kimsə baş qaldıra bildimi?

Amma 1987-ci ildə Ulu Öndərin istefasından iki həftə keçməmiş o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki cənab İlham Əliyevin 10 mayda Şuşadan bəyan etdiyi kimi, "Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu". Budur yazılmalı tarix. Yoxsa Zori Balayana kiminsə sanballı cavabı, yaxud kiminsə populist qəzet məqalələri seriyası, bunlar hansı siyasi-hüquqi nəticə verdi? 1987-ci ildən 1993-cü ilə qədər kim dayana bildi erməni millətçiləri və onların himayədarları qarşısında?

Bu gün Heydər Əliyev artıq siyasət üstü dəyərdir. İstər iqtidar, istər müxalifət komandası olsun, bu ölkədə, bu regionda yalnız bu yola söykənib xalqa xidmət etmək və uğur qazanmaq olar. Bu yol bizi Qarabağa, Şərqi Zəngəzura apardı, hazırda da 300 mindən artıq soydaşımızın üzü Göyçəyə, İrəvana və Qərbi Zəngəzuradır. Bu mənada, Heydər Əliyevin bu xalq qarşısında ən böyük xidmətlərindən biri də məhz dövlətçiliyin, milli iradəni ifadə edən siyasi xəttin davamlılığını Cənab İlham Əliyevin timsalında təmin etməsi oldu. Biz adətən ata vəsiyyətinə istinad edərkən Zəfərimizə fokuslanırıq, amma unutmayaq ki, Heydər Əliyev həm də böyük haqq və hüquq adamı idi. Onun digər vəsiyyəti özünün şah əsəri olan Azərbaycan Konstitusiyasının 8-ci maddəsində ehtiva olunur. Cənab İlham Əliyev necə ki şanlı Zəfəri ilə son 200 ildə qarşıda duran əsas ümummilli vəzifəni həll etməklə ata vəsiyyətini yerinə yetirdi, eləcə də həyata keçirdiyi ardıcıl sosial-iqtisadi, hüquqi və diplomatik addımlarla Ulu Öndərin dövlətçilik konsepsiyasını reallaşdırdı. Bu gün cənab İlham Əliyev, sözün əsl mənasında, xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin, sözün əsl mənasında, təminatçısı və harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hamisidir. Azərbaycan xalqının isə qarşısında hazırda yalnız bir vəzifə var, cənab İlham Əliyevin ətrafında sıx birləşmək. Ən azı mövcudiyyətimizi qorumaq naminə, böyüyən övladlarımızın xoşbəxt həyatı, təhülükəsizlik, sabitlik və inkişaf, müstəqillik, suverenlik və ən əsası Zəfərlərimizin davamlılığı naminə bu yol davam etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 423   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

TOP MP3