Estetik əməliyyatla üzünü dəyişdirənlərin aeroportdakı PROBLEMİ - Niyə buraxmırlar?
Ötən günlərdə tanınmış türkiyəli modelyer hava limanıında keçirdiyi estetik əməliyyatlara görə buraxılmayıb. Üz cizgiləri sənəddəkindən fərqlənən modelyeri identifikləşdirmək üçün barmaq izi bölməsinə yönləndiriblər.
Bəs görəsən, bu qayda Azərbaycanda necədir? Estetik əməliyyatlarla üz cizgilərini dəyişdirənlərin ölkədən-ölkəyə keçirilməsi zamanı hansısa problemlər yaşanır? Onlar mütləq şəxsiyyət vəsiqələrini yeniləməlidirlər?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Lent.az-a bildirib ki, üz görünüşündə və ya göz rəngində baş verə biləcək dəyişikliklər istintaq orqanları və ya hüquq-mühafizə qurumları üçün şəxsin identifikasiyasında heç bir maneə yaratmır:
"Ölkəmizdə tətbiq olunan biometrik şəxsiyyət vəsiqələri beynəlxalq standartlara uyğun hazırlanır və bu sənədlər vasitəsilə şəxsin kimliyinin dəyişdirilməsinin və ya gizlədilməsinin qarşısı effektiv şəkildə alınır. Üz görünüşündə və ya göz rəngində baş verə biləcək dəyişikliklər istintaq orqanları və ya hüquq-mühafizə qurumları üçün şəxsin identifikasiyasında heç bir maneə yaratmır. Sistem bu cür dəyişiklikləri nəzərə almaqla yanaşı, əsas və dəyişməz identifikasiya elementlərinə əsaslanaraq şəxsiyyətin tanınmasını təmin edir",-deyə qeyd edib.
DİN-dən verilən məlumata əsasən, şəxsin tanınması üçün estetik əməliyyatlar heç bir problem yaratmır.
Bəs hava limanında? Bu halda Türkiyədə olduğu kimi əlavə yoxlanışlar edilirmi?
Azərbaycan Hava Limanlarının mətbuat xidmətindən Lent.az-a bildirildi ki, hava limanında sənədlərini təqdim edən plastik əməliyyat keçirmiş sərnişinin görünüşü sənəddəki fotodan əhəmiyyətli dərəcədə fərqlənirsə, bu, əlavə yoxlamalara səbəb ola bilər:
"Hava limanlarında sərnişinlərin identifikasiyası və keçid prosedurları Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq təşkilatların müəyyən etdiyi beynəlxalq aviasiya təhlükəsizliyi tələbləri əsasında həyata keçirilir.
Sərnişinlərin identifikasiyası zamanı əsas meyar, təqdim olunan şəxsiyyət vəsiqəsi və ya pasportdakı fotoşəklin sərnişinin faktiki görünüşü ilə uyğunluğudur. Əgər plastik əməliyyat nəticəsində sərnişinin görünüşü sənəddəki fotodan əhəmiyyətli dərəcədə fərqlənirsə, bu, əlavə yoxlamalara səbəb ola bilər. Bu yoxlamalar, sərhəd nəzarəti prosedurlarının bir hissəsi olaraq həyata keçirilir və sərnişinlərin hüquqlarının qorunması təmin edilir.
Belə halların qarşısını almaq üçün vətəndaşlara plastik əməliyyatlardan sonra rəsmi sənədlərdə fotoşəklin yenilənməsini tövsiyə edilir".
Bəs Azərbaycan vətəndaşı estetik əməliyyatı xarici ölkədə etdirib və şəxsiyyət vəsiqəsinin orada dəyişdirilməsi mümkün deyilsə, bu zaman nə etməlidir?
Azərbaycan Hava Limanlarının mətbuatı bildirdi ki, "Əgər sənədlərin yenilənməsi mümkün deyilsə, əməliyyatla bağlı tibbi arayış və ya digər təsdiqləyici sənədlərin təqdim olunması faydalı ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 694 Tarix: 12 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca
11.10.2026 168 Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfir
11.10.2026 161 Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans
11.10.2026 144 15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA
Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi
11.10.2026 256 Sabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy
11.10.2026 205 Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşlar
11.10.2026 137 Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind
11.10.2026 162 Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11.10.2026 176 Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11.10.2026 171