İtaliya XİN: "İran 10 atom bombası yaratmağa hazırlaşırdı"

İtaliya XİN: "İran 10 atom bombası yaratmağa hazırlaşırdı"İsrail İranın nüvə və raket proqramlarının inkişafı haqqında kəşfiyyat məlumatlarına əsaslanaraq hərbi zərbələr həyata keçirib.

Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri və vitse-baş nazir Antonio Tayani Yaxın Şərqdə vəziyyətin kəskinləşməsinə həsr olunmuş parlament çıxışı zamanı bildirib.

"İsrailin xarici işlər naziri Gideon Saar mənə bildirdi ki, əməliyyatın başlanması haqqında qərar Tehranın nüvə və raket proqramları haqqında dəqiq kəşfiyyat məlumatlarına əsaslanıb", - deyə Tayani qeyd edib.

Onun sözlərinə görə, İsrail kəşfiyyatına əsasən, İran növbəti altı ay ərzində 10 atom bombası və 2 000-dən çox ballistik raket əldə edə bilərdi.

Tayani vurğulayıb ki, hadisələrin belə inkişafı təkcə İsrail üçün deyil, bütün region və beynəlxalq ictimaiyyət üçün də ciddi təhlükə təşkil edir.

O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin İranı uranın zənginləşdirilməsi üzrə öhdəliklərini pozduğu üçün pisləyən son hesabatına istinad edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 445   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızılın qiyməti rekord həddə...

Dünya birjalarında qiymətli metalların bahalaşması fonunda Azərbaycanda da qızılın qiymətində yüksək göstəricilər qeydə alınır. "Yeni Sabah" rəsmi mənbələrə əsasən xəbər verir ki, dünya birjalarında (COMEX) qızılın 1 troya unsiyasının qiyməti hazırda təxminən 3 984 ABŞ dolları səviyyəsind

15.07.2026 271
.

Sabah 35 dərəcə isti olacaq

İyulun 17-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiq

12:42 54
.

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Yenilənib

Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib. "Qafqazinfo" "Shimal.news"a istinadən xəbər verir ki, 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Onun bir uşağının olduğu bildirilir

11:38 242
.

ABŞ-İran müharibəsi yenidən alovlandı: Neft qiymətləri kəskin bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ və İran arasında yenidən artan hərbi gərginlik dünya enerji bazarını diqqət mərkəzinə gətirib. Hörmüz boğazında yaranan vəziyyət isə qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da artırıb. Dünyada daşınan neftin əhəmiyyətli hissəsinin məhz bu strateji marşrutdan keçməsi səbəbindən bazarlard

11:08 154
.

Yaslardakı zəhərlənmələr lavaşdan olub - Rəsmi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-d

12:24 114
.

Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış

Ötən ilin sonunda Xaçmazda iki qardaş bacısı qızlarını sevən 17 yaşlı oğlanın başına oyun açıblar. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb. Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adların

15.07.2026 390
.

Rusiya nefti satılmır, tankerlər dənizdə qalıb - KİV

Neft emalı zavodlarına endirilən müntəzəm zərbələr səbəbindən Moskva gözlənilməz problemlə üzləşib: neft hasil edilir, lakin onun emalı getdikcə çətinləşir. xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. Məlumata görə, iyul ayında neft emalı həcmləri son 20 ildən çox müddətdə ən aşağ

15.07.2026 257
.

İranın Xarici İşlər Nazirliyi: "İranın danışıqlar planı yoxdur və hücumlara "sərt" cavab verəcək"

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi çərşənbə günü İran mediasına bildirib ki, İran ABŞ-ın hücumlarına "sərt" cavab verməyə davam edəcək və danışıqlar aparmaq planı yoxdur. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İranın Televiziya Xəbərləri Şəbəkəsindən (SNN) əldə edilən videoy

12:33 86
.

Yaşıl çay alarkən bunlara diqqət edin - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər sağlam qidalanmaya marağın artması ilə yaşıl çay da ən çox istehlak edilən içkilərdən birinə çevrilib. Xüsusilə detoks məqsədilə istifadə olunan yaşıl çaylar bazarda müxtəlif formalarda - açıq şəkildə çəki ilə, paketləşdirilmiş dəmləməlik və birdəfəlik paketlərdə satışa çıxarılır. Lakin b

11:35 142
.

TOP MP3