ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya norması açıqlandı
ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra Azərbaycanda radiasiya fonunda artım olmayıb.
BiG.AZ xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev deyib.
İslam Mustafayev bildirib ki, radiasiya baxımından Azərbaycan üçün heç bir təhlükə yoxdur: "Hadisələr Azərbaycandan 1000 kilometrə qədər məsafədə baş verir. Belə məsafələrdə nüvə obyektlərinin partlaması, hətta reaktor belə olsa, təsir göstərə bilməz. Həmin hadisə baş verən gün bizim ekspedisiya Zəngilan, İmişli, Biləsuvara qədər tədqiqatlar aparıb, bilmirdik ki, partlayış olacaq. Yoxlamalar nəticəsində heç bir radiasiya fonunun artması müşahidə olunmayıb. Hazırda bizim ekspedisiya həmin regionlardadır. Daimi işləyən, monitorinq aparan cihazlarımız var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin perimetr boyunca yerləşən avtomatik stansiyaları vasitəsilə məlumatlar Fövqəladə Hallar Nazirliyinə ötürülür. Ölkənin radiasiya fonu hərtərəfli müşahidə altındadır. Burada ən müxtəlif, dəqiq cihazlarla təchiz olunmuş briqadalar çalışır. Hazırda hələ ki radiasiya fonunda artım yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin də apardığı tədqiqatlara görə, bunun heç bir təsiri görünməyib. Eyni zamanda 1000 kilometr məsafəyə qədər də elə təsirlər milyon dəfə azalır. Ona görə də bu, Azərbaycana ciddi təsir edə bilməz. Müqayisə üçün, Çernobıl şəhərindən 135 km məsafədə Kiyev yerləşir. Çernobılda Xarkov Elektrik Stansiyası partlayanda Kiyevi nə köçürdülər, nə xüsusi bir rejim tətbiq etdilər. Yəni heç bir ciddi təsir olmadı. Ona görə də hər kəsi əmin edirəm ki, hələlik bu səviyyədə ciddi təsir və təhlükə yoxdur. Amma hücum edən ölkənin planlarını bilmirik. Hər halda biz öz işimizi görməliyik".
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı Fordo, Natanz və İsfahandakı nüvə obyektləri hədəf alınıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1105 Tarix: 22 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind
11:22 183 Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar
Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə
15:20 139 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumat
11:21 188 Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ
17:20 140 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək
12:50 149 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud
10:45 149 Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
17:20 121 Gələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. BİG.AZ -a istinadən xəbər verir ki, iqtisadç
00:41 373 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi
16:00 141