Maykl Ceksonla bağlı daha bir sirr açıldı
Pop musiqisinin kralı Maykl Ceksonun faciəvi ölümündən on ildən çox vaxt keçsə də, onun yaxın dostu və keçmiş şəxsi vəkili Con Meyson sənətçinin həyatının son aylarına dair təfərrüatları – o cümlədən son sözlərini açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Meyson bu haqda yazdığı "Crazy Lucky: Remarkable Stories from Inside the World of Celebrity Icons" adlı kitabında Ceksonun ağır vəziyyətindən bəhs edir. O, Ceksonun maliyyə çətinlikləri, dərman asılılığı və səhnəyə qayıtmaq üçün göstərdiyi ümidsiz səylər fonunda yaşadıqlarını bölüşür.
2009-cu ildə Cekson "This Is It" adlı irimiqyaslı konsert turuna hazırlaşırdı. Bu tur 2009-cu ilin iyulundan 2010-cu ilin martına qədər davam etməli idi. Lakin o, şounun başlamasına bir ay qalmış vəfat etdi. Ceksonun 50 yaşı var idi. Ekspertizanın nəticələrinə əsasən, ölüm səbəbi həkim tərəfindən təyin edilmiş propofol və digər dərmanların dozasından artıq qəbulu olub.
Meyson xatırlayır ki, o, Renoidə olarkən narahatedici bir zəng alıb:
"Mənə dedilər ki, Mayklın vəziyyəti çox pisdir. Tur üçün məşq edirdi, amma bir dəfə səhnədə huşunu itirib yıxıldı. Ertəsi gün yenidən məşq zalında idi. Maykl yenə də Maykl idi".
Turun təşkilatçısı olan AEG şirkəti Cekson üçün şəxsi həkim kimi doktor Konrad Mürreyi işə götürmüşdü. Məhz o, Ceksona yuxusuzluqla mübarizə aparmaq üçün propofol maddəsini hər gecə damardaxili şəkildə tətbiq etməyə başlamışdı. Lakin hər gecə bu asılılıq daha da güclənirdi.
Meysonun sözlərinə görə, Ceksonun son sözləri ümidsizliklə dolu olub:
"Mən yata bilməsəm, normal fəaliyyət göstərə bilmirəm. Məhz buna görə, bu turneni ləğv etməli olacağıq. Amma istəmirəm ki, onlar bunu ləğv etsinlər".
Daha sonra doktor Konrad Mürrey səhlənkarlıqdan adam öldürmə ittihamı ilə təqsirli bilinib. Onun Texasdakı tibbi lisenziyası ləğv edilib, Kaliforniya və Nevadadakı lisenziyaları isə dayandırılıb. Məhkəmə onu 4 il həbs cəzasına məhkum edib, lakin cəmi 2 il həbsdə qalıb, 2013-cü ildə şərti azadlığa buraxılıb.
Maykl Ceksonun ölümü musiqi dünyası üçün böyük zərbə olub və pop mədəniyyətində silinməz iz qoyub. Onun son turu heç vaxt reallaşmadı, lakin yaxınlarının bu etirafları sayəsində indi onun son günlərində yaşadığı ağrılar və üzləşdiyi təzyiqlər daha aydın görünür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 739 Tarix: 30 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10.10.2026 272 London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10.10.2026 204 NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10.10.2026 199 Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
00:09 431 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg
10.10.2026 249 11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 317 Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
10.10.2026 212 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 181 "Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10.10.2026 213 onlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
00:07 218