Yekaterinburq hadisəsi Azərbayacan-Rusiya münasibətlərini nə dərəcədə gərginləşdirdi?

Yekaterinburq hadisəsi Azərbayacan-Rusiya münasibətlərini nə dərəcədə gərginləşdirdi?İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, cənab İlham Əliyevin "Rusiya Qafqaz ölkəsidir,bu tarixən belə olub,belə də qalacaq"ismarıcı məlum qüvvələrin regionun geosiyasi konfiqurasiyasını pozmaq üçün çalışmalarına müvafiq səviyyədə verilmiş cavab kimi qiymətləndirmək olar.Xatırlatmaq yerinə düşər ki,Yekaterenburqda məskunlaşmış həmyerlilərimizin bir qismi arasında bu şəhərin və diyarın ticarət,iaşə obyektlərinə nəzarət uğrunda uzun müddətdir ki,əsl klan mübarizəsi gedib. Bu məsələ dəfələrlə Azərbaycan mərbuatının da işıqlandırdığı problemlərdən olub. Təəssüf ki,həmin materiallarda həmyerlilərimizin bir qisminin kriminal aləmlə münasibətləri barədə də məlumatlar yer almışdı.Söhbət Yekaterinburqda Baku Plaza və onun ətrafındakı yazılardan gedir:

"Yekaterinburqda Rusiya Federal Təhqiqat bürosunun keçirdiyi əməliyyat zamanı Rusiya vətəndaşları olan həmyerlilərimizin dünyalarını dəyişməsi cəmiyyətimizdə ciddi rezonans doğurub.Bununla bağlı Rusiya Prokurorluq orqanlarının verdiyi açıqlamalar dövlətimizin müvafiq instansiyaları tərəfindən araşdırılmadan ayrı-ayrı şəxslərin emosional konteksdə verdiyi açıqlamalar anlaşılan olsa da,təəssuf doğurur.Əvvəla,bu şəhərdə 100 mindən çox həmyerlimiz məskunlaşıb,onların əksəriyyəti Rusiya vətəndaşlarıdırlar və onların qanunvericiliklə təsbit olunmuş hüquqlarının qorunması məhz Rusiya Federasiyası dövlət institutlarının vəzifəsidir və bizim Xarici İşlər Nazirliyimizin hadisələrlə bağlı yayımlanan bəyənatında da bu məsələyə diplomatik konteksdə münasibət bildirilib.Həmyerlilərimizə qarşı keçirilən reydə yol verilmiş qanun pozuntularının aşkarlanması və günahkarların məsuliyyətə cəlb edilməsi hazırkı şəraitdə həllini gözləyən ən mühim vəzifələrdən biridir.Baş verənlərin rəsmi Moskvanın Bakıya təzyiq siyasəti ampluasında qiymətləndirilməsi üçün söylənilən fikirlər müttəfiqlik münasibətlərinə malik dövlətlər arasında münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcək amillər olduğundan bu münasibətlərin qlobalistlərin arzu etdiyi istiqamətə yönəldilməsinə bilavasitə təsir göstərə bilər.Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında maraqlı olan tərəflərə Azərbaycan prezidenti cənab İlham Əliyevin "Rusiya Qafqaz ölkəsidir,bu tarixən belə olub,belə də qalacaq"ismarıcı məlum qüvvələrin regionun geosiyasi konfiqurasiyasını pozmaq üçün çalışmalarına müvafiq səviyyədə verilmiş cavab kimi qiymətləndirmək olar.Xatırlatmaq yerinə düşər ki,Yekaterenburqda məskunlaşmış həmyerlilərimizin bir qismi arasında bu şəhərin və diyarın ticarət,iaşə obyektlərinə nəzarət uğrunda uzun müddətdir ki,əsl klan mübarizəsi gedib. Bu məsələ dəfələrlə Azərbaycan mərbuatının da işıqlandırdığı problemlərdən olub. Təəssüf ki,həmin materiallarda həmyerlilərimizin bir qisminin kriminal aləmlə münasibətləri barədə də məlumatlar yer almışdı.Söhbət Yekaterinburqda Baku Plaza və onun ətrafındakı yazılardan gedir.
Bütün bunlar baş vermiş hadisələr ətrafında maraqlı tərəflərin iştirakı ilə araşdırmaların aparılması və o cümlədən FTB əmkdaşlarının da, hərəkətlərinə qanun müstəvisində qiymət verilməsini zəruri edir.
Unutmaq lazım deyil ki,təmsil olunduğumuz regionun təhlükəsizlik,kommunikasiya,loqistika və digər sahələrində bütün region dövlətləri ilə yanaşı Rusiyanın da öz maraqları var. Rəsmi Bakı özünün çoxvektorlu siyasəti ilə bir qayda olaraq həmişə bu maraqların mahiyyətinə varıb və maraqlı tərəflərlə münasibətlərin qarşılıqlı,faydalı əməkdaşlıq müstəvisi üzərində həllinə həmişə böyük əhəmiyyət verib və dəstəkləyib.
Rusiya bizim şimal qonşumuz kimi nəhəng əmək bazarına və resurslarına malik dövlətdir.Bu ölkədə milyonlarla həmyerlimiz yaşayır,fəaliyyət göstərir,ölkələrimiz arasında münasibətlərin genişlənməsinə töhfə verirlər.Azərbaycan Statistika Komitəsinin keçən il üçün açıqlamaları göstərir ki,təkcə keçən il Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən ölkəmizə 497 milyon manat pul köçürülmüşdü. Əvvəlki illərdə bu 250 milyon dolları belə keçmişdi.
Nəhayət, bizi Rusiya ilə son 200 illik bir tarix baglayır,bu dövrun agrılı,acılı səhifələri olsa belə dövlətlərimiz arasında munasibətlərin bundan sonra da, qarşılıqlı inam və etimad üzərində inkişafı zamanın tələbidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 954   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud

10:45 111
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

00:19 224
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

00:07 213
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 301
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 199
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 178
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10.10.2026 254
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

00:44 328
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 180
.